İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

 

Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra, erməni işğalından azad olunan tarixi torpaqlarımızda  böyük bərpa və quruculuq işləri aparılır. Bu isə, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi qətiyyəti, hərbi sərkərdəlik məharəti, ordumuzun rəşadəti və xalqımızin bölünməz birliyi sayəsində qazanılmış  şanlı qələbənin davamı olan “Böyük Qayıdış”ın reallaşması deməkdır. Müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə, yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır. “Böyük Qayıdış”a dair bütün əsaslar və mexanizmlər mövcuddur.  Bu fakt bir daha Azərbaycan xalqının, dövlətinin və ölkə rəhbərinin Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarını yüksək inkişaf etmiş regionlara çevirmək istəyinin, məqsədinin və əzminin ifadəsidir. Şübhəsiz ki, bu missiya çox çətin, mürəkkəb, lakin şərəfli və mühüm bir vəzifədir. Qarabağın və Şərqi Zəngəzurun inkişafı, “Böyük Qayıdış”ın reallaşması təkcə ərazi bütövlüyünün bərpası, vətəndaşlarımızın doğma yurdlarına dönməsi,  ölkəmizin hərbi qüdrətinin artması ilə yanaşı, iqtisadi imkanlarımızın daha da artmasına səbəb olacaqdır.

Faktiki olaraq, 30 ilə yaxın bir müddət ərzində davam edən  erməni terroru, vandalizmi nəticəsində Qarabağda, Şərqi Zəngəzurda humanitar və  ekoloji fəlakət törədilmiş, qədim tarixi, mədəni, dini irsimiz məhv edilmiş, evlər dağıdılmışdır. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, erməni işğalçıları ilə bərabər, onların havadarı olan dövlətlər, həmçinin, bir sıra xarici şirkətlər də  sərvətlərimizi istismar və talan etmişlər.

Tarixi ədalətin, respublikamızın ərazi bütövlüyünün və xalqımızın milli ləyaqətinin bərpasını təmin edən şanlı Zəfər istər ölkəmizdə, istərsə də, bütövlükdə Cənubi Qafqaz regionunda yeni siyasi, sosial-iqtisadi, mədəni-humanitar və hərbi-strateji çağırışların meydana çıxmasını şərtləndirdi. Əvvəla, Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal faktının, separatizmin hökm sürdüyü, toqquşma və qarşıdurmaların intensiv xarakter daşıdığı bölgədə yeni əməkdaşlıq imkanlarının, təhlükəsizlik mühitinin formalaşdırılması üçün əlverişli şərait yaratdı. Bu imkanlardan səmərəli istifadə Cənubi Qafqazın uzunmüddətli perspektivdə, həm region dövlətlərinin, həm də, güc mərkəzlərinin maraqlarının uzlaşdığı çoxşaxəli tərəfdaşlıq məkanına çevrilməsini mümkün edir. Bu isə, geosiyasi, hərbi-strateji baxımdan mühüm əhəmiyyətə malik olmaqla yanaşı, iqtisadi cəhətdən də faydalı və perspektivlidir. Digər tərəfdən, postmüharibə dönəmində yeni hədəflər müəyyənləşdirən Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirməklə, həm mütərəqqi quruculuq və regional inkişaf modeli, həm də, bölgədə yeni tərəfdaşlıq platforması yaradır. Belə ki, müəyyən olunmuş strateji prioritetlərə uyğun olaraq, Azərbaycan dövləti öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə edərək və innovasiyalar tətbiq etməklə, bərpa-quruculuq işləri aparır. Bu proses çərçivəsində xarici tərəfdaşlarla da səmərəli əməkdaşlıq əlaqələri qurulur və birgə təşəbbüslər əsasında mühüm layihələr reallaşdırılır…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Əlaqələrin hərtərəfli inkişafı hər iki dövlətin xarici siyasətində əsas yer tutan vacib amillərdən biridir

Növbəti xəbər

Reallıqlardan irəli gələn hədəflər

Əlaqədar Xəbərlər

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

2 həftə əvvəl
Növbəti xəbər
Reallıqlardan irəli gələn hədəflər

Reallıqlardan irəli gələn hədəflər

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.