İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 İyun, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki…”

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

3 gün öncə partiya sədrləri, media nümayəndələri, QHT sektorunun bir sıra təmsilçiləri ilə bərabər Cəbrayıl və Zəngilana səfərimiz oldu.

 

İkinci dəfə gedirdik, həmin istiqamətə. Və… Bu gedişdə – tam səmimi sözümdür – tanıya bilmədim oraları. İlk təəssürat və müşahidələrimdən əsər-əlamət qalmamışdı. Dəyişiklik, fərqlilik, yenilik, inkişaf o həddə idi ki, başqa yerə istiqamətlənmədiyimizə əmin olmaq üçün hətta arada “Waze”i yandırırdım.

 

Yolüstü bizə “mina partlayışı” nümayiş etdirdilər. Zalım ermənidən “yadigar” qalan minalardan birinin partlayışını.

 

Bu ölüm alətinin necə vahiməli, vəhşət saçan bir şey olduğunu sadəcə gözlə görmək lazımdır…

 

Təsəvvür edin, partlayış təxminən 300 metr aralıqda icra olunur. Fəqət, həmin məsafədən belə dayandığın yeri titrədir və bir anlıq adama elə gəlir, minanın üzərinə çıxan da, partlayan da, uçan da, dağılan da sən özünsən.

 

Və dərhal, qeyri-ixtiyari, intuitiv düşünürsən ki, gör onun qurbanı olanlar nələr çəkiblər və hansı əzabla, məşəqqətlə dünyadan köçüblər.

 

Xüsusi sahə mövcuddur – minatəmizləyən qardaşımız bizi ora buraxmır – təhlükəli zona olduğu üçün. Üstəlik, yanımızdan da bir addım aralanmır.

 

Üzünə baxıram. Qəribə gərginlik var. Danışır, amma fikri başqa yerdədir. Söz soruşuram, abstrakt cavablandırır. Sanki beynində nəyisə düzür-qoşur, vurur-çıxır…

 

Necə gərgin olmasın? Aylardır, bəlkə də illərdir, hər saniyəsi riskdir, gözünün qarşısında nə qədər iş yoldaşı, həmkarı həmin minanın badına gedib və iraq olsun, ani bir diqqətsizlik onu da ailəsindən, övladından ayıra bilər…

 

***

 

Yol alırıq Cəbrayıla…Çatırıq.

 

Viran qoyulmuş evlərin yerində indi əzəmətli komplekslər ucalır.

 

Bu dəfə bizi soyuq daşlar deyil, sakinlər qarşılayır…

 

30 ildən sonra ilk dəfə insan nəfəsi, qoxusu görüb, Cəbrayıl!

 

Eynən bizimtək şokdadır, Cəbrayıl. Vallah-billah şokdadır ki, nə baş verir?! Necə baş verir?

 

***

 

Zəngilanda isə ən çox yadımda qalan məscid oldu. Əsas da axundun təqdimat zamanı söylədiyi sözlər:

 

“Vaxtilə burada yaramaz ermənilər donuz saxlayıblar. Qəsdən! Kənarda yüz yer varkən. Elə bilirdilər, sona qədər belə olacaq. Amma olmadı. İlim-ilim itdilər. Üstəlik, başları donuzlarını da özləri ilə götürməyə necə qarışdısa, papaqlarını götürmək yadlarından çıxdı.”

 

Getdiyimiz gün Sərdar Cəlaloğlunun doğum tarixinə təsadüf etmişdi. Adamın niyyəti varmış, yoxsa nə, bilmirəm, amma ünvana çatan kimi avtobusdan ilk düşən və məscidə doğru tələm-tələsik yürüyən də məhz Sərdar bəy oldu. Tez dəstəmaz alıb, namazını qıldı.

 

Qayıdanda elə xoşbəxt idi ki… Mən onu heç zaman belə görməmişdim.

 

***

 

Hərdən bizi “avtobus müxalifəti” – filan adlandırıb, məsxərəyə qoyanlar var ha… Bax, həmin canişinlərin diqqət və nəzərinə bəzi məqamları növbəti dəfə çatdırmağı özümə borc bilirəm. Ki, gecindən də olsa anlasınlar, dərk etsinlər və yekə qulaqlarından sırğa kimi sallasınlar;

 

Bu həyatın ən böyük gözəlliyi, adrenalini, ləzzəti elə həmin avtobusdadır!

 

Bu dünyanın gəlib keçmiş ən gözəl mənzərəsi, ən gözəl tablosu o avtobusdan seyr ediləndir!

 

Bu ölkənin ən qiymətli, ən dəyərli, ən doğma avtobusu üzü Qarabağa doğru yön alan, ünvanlanan avtobusdur!

 

Siz Qarabağa getməkdən utanın, biz isə erməninin əkiz tayı olan qaragüruhdan və kitabsızlardan!

 

Siz Novxanıda Avropa Birliyinin bayrağını qaldırın, biz isə Şuşada üçrəngli bayrağımızı.

 

Siz qeybətinizə sadiq qalın, biz isə qeyrətimizə.

 

Siz “Slava Ukrayna” deyib qışqırın, biz isə “Qarabağ Azərbaycandır!”

 

Siz Makrona, Paşinyana, Şvabeyə azarkeşlik edin, bizə isə Müzəffər liderimizin silsilə qələbələrinə.

 

Siz – şərəf və namus deyərkən Leyla Yunusları, Sevinc Osmanqızıları, Tural Sadıqlıları, Məhəmməd Mirzəliləri xatırlayın, biz isə canı və qanı bahasına əzəli torpaqlarımızı düşmən tapdağından azad edən qəhrəmanları.

 

Nəhayət;

 

Siz Vətən satanlardan yana olun, biz isə… Vətən qoruyanlardan!

 

Zatən fərqimiz də budur.

 

Və əmin olun, bu fərq… Ən az Marian çökəkliyi ilə Everest arasındakı məsafə qədərdir…

 

Elşən Musayev, Demokratik Maarifçilik Partyasının sədri, Milli Məclisin deputatı.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir…” – Elşən Musayev

Növbəti xəbər

Dahi siyasi lider fenomeni

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub

19 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir

19 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Günü-gündən ölkəmizin hərbi qüdrəti daha da artır

21 saat əvvəl
Elman Nəsirov Cəlilabadın Təzəkənd kəndində seçicilərlə görüşüb
Gündəm

Elman Nəsirov Cəlilabadın Təzəkənd kəndində seçicilərlə görüşüb

2 gün əvvəl
Azərbaycanda 26 yaşlı gənc siyasi elmlər üzrə fəlsəfə doktoru olub
Gündəm

“Qərbdən Şərqə baxış – çətin məsələ, yoxsa düstursuz tənlik?”

3 gün əvvəl
Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

6 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Dahi siyasi lider fenomeni

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

35 dəqiqə əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

18 saat əvvəl
“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına başlanıldı
Sosial

“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına başlanıldı

18 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub

19 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir

19 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.