İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır

3 həftə əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan regionda öz enerji təhlükəsizliyini tam təmin edə bilən nadir ölkələrdəndir. Dövlətimiz həm də enerji ixracı yolu ilə tərəfdaşlarının təhlükəsizliyini təmin edən etibarlı təchizatçı rolunu oynayır. XXI əsrdə enerji təkcə iqtisadi resurs deyil, həm də milli təhlükəsizlik və geosiyasi balansın əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın enerji strategiyası da məhz bu çoxşaxəli və strateji yanaşma əsasında formalaşdırılıb. İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası həmin strategiyanın mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkənin enerji təhlükəsizliyi, texnoloji dayanıqlılığı və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.

Açılış mərasimində çıxış edən dövlətimizin başçısı qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır: “1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”. “8 Noyabr” Elektrik Stansiyası yüksək generasiya gücü ilə Azərbaycan enerji şəbəkəsində çeviklik və etibarlılıq balansını təmin edir. Bu stansiyanın istismara verilməsi elektrik təchizatında qəfil dəyişikliklərə və pik tələbat dövrlərinə çevik reaksiya vermək imkanı yaradır. Beləliklə, həmin layihə yalnız enerji istehsalı ilə kifayətlənmir, həm də bütövlükdə sistemin operativ stabilliyini gücləndirir.

2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı hədəfi Azərbaycanın ekoloji və strateji gündəliyinin əsas prioritetlərindəndir. 8 Noyabr” Elektrik Stansiyası kimi yüksək səmərəliliklə işləyən enerji obyektləri bu strateji hədəflərə nail olunmasında mühüm önəm kəsb edir. Çünki bu tipli stansiyalar həm də yaşıl enerji layihələrinin enerji sisteminə inteqrasiyasına şərait yaradır. Səmərəli enerji istehsalı, şərti yanacağa qənaət və aşağı karbon emissiyası ilə “8 Noyabr” stansiyası ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal öhdəliklərinə uyğun fəaliyyət göstərdiyini göstərir.

“8 Noyabr” Elektrik Stansiyasının tikintisində İtaliya və Çin şirkətlərinin iştirakı Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli xarici enerji siyasətinin uğurlu nümunəsidir. İtaliya ilə neft-qaz sahəsində uzunmüddətli əməkdaşlıq, Çinlə isə xüsusilə günəş və digər bərpaolunan enerji texnologiyaları üzrə artan tərəfdaşlıq gələcək üçün sabit və etibarlı texnoloji əlaqələrin formalaşmasına zəmin yaradır. Bu beynəlxalq əməkdaşlıq insan resurslarının inkişafı və təcrübə mübadiləsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Müzəfər Ali Baş Komandan “8 Noyabr” Elektrik Stansiyasının açılışındakı nitqində bu tarixi həqiqəti də yada salaraq demişdir: “Bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir”.

Göründüyü kimi, Prezident İlham Əliyev Ermənistanın beynəlxalq konvensiyalara zidd olaraq enerji infrastrukturuna zərbə endirmək cəhdlərini yada salaraq bu obyektlərin Azərbaycan üçün həyati əhəmiyyətə malik olduğunu bir kəs daha xatırlatmaqdadır. “8 Noyabr” Elektrik Stansiyası bu konteksdə daxili təchizat sabitliyini gücləndirməklə yanaşı, ixrac potensialını da artırmağa imkan verir. Stansiyanın təbii qaz sərfini minimuma endirən müasir texnologiyalarla təchiz olunması Azərbaycan qazının daha böyük hissəsinin ixrac üçün yönləndirilməsini təmin edir. Bu faktor öz növbəsində Avropa və region ölkələrinin enerji təchizatında ölkəmizin rolunu daha da artırır.

 

Müşfiq Səfərov

 

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Nigar Camaldan “Yolüstü” ilə iş birliyi

Növbəti xəbər

Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 həftə əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 həftə əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 həftə əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycanın sərmayə iqlimi və regional rolu

1 həftə əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 həftə əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 həftə əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.