İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 Dekabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Bir qotur məqalə yazıb, 3 gündür zəhləmizi tökür…”- Elşən Musayev od püskürdü!

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
“AXCP sədri Əli Kərimli Britaniya nəşrinə qotur bir məqalə göndərib və bu minvalla 3 gündür sevincək, eyforik vəziyyətdə sosial şəbəkələrdə var-gəl edir, hamının zəhləsini tökür. Ki, ay belə tirajladım, elə yaydım, filan cür sökdüm, feşman cür yığdım, sair, ilaxır. Məqalə də nə məqalə? – Öz dövlətini hədəfə alan məqalə! Həqarət dolu məqalə! Erməni lobbisinin əlinə oynayan, düşmən dəyirmanına su tökən məqalə. Makronun, Şvabenin, Paşinyanın ritorikası ilə yazılan məqalə! Qələmini itiləyib və o ki var döşəyib Azərbaycanın qarasınca. Yaramaz gədə! Vətən xaini! Hələ utanmır, bunun reklamını da edir, binamusluğuna don da geyindirir.” 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
“Belə şeylə adam fəxrmi edər? Etməz, təbii. Əsla etməz! Əksinə, utanar, yerin dibinə girər. Amma Əli Kərimlinin sifəti, siması, xisləti “podoşva”nın elə bir nadir materialından hazırlanıb ki, bunun genetikasına şərəfsizlik elə bir şəkildə hopub ki, artıq dünya-aləm vecinə deyil. Ona görə də çərənləyə bildikcə çərənləyir. Sərsəmləyə bildikcə sərsəmləyir. Alçala bildikcə alçalır.
Deyir, COP -29 öncəsi həlqələri qırdıq, mühasirədən çıxdıq.
Həlqə sənin gözünə girsin! Hansı həlqədən çıxmısan? Sən axı kimə lazımsan ki, hələ bir həlqədə, mühasirədə də qalasan? Yanında 3-5 adam vardı, onlar da sənə  tüpürüb getdilər. Asif Yusifli, digərləri… Bəlkə yalandır?! Öz də niyə getdilər? – Əbədi boykot strategiyana üsyan, etiraz olaraq.
Yaxşı bəs bu məqalənin qəfil peydahlanma səbəbi nədir? Ya da belə deyək: Əli Kərimlinin “sirk meymunu” kimi ortalığa atılmasının təşəbbüskarları kimlərdir? Əlbət ki, erməni lobbisi və xaricdən idarə olunan cəmi anti-Azərbaycan qüvvələri! Düşünüblər, birdəfəlik istifadəyə ən çox yararlı kimdir? Ağıla ilk gələn Əli Kərimli olub. Ona görə də təcili qərar veriblər ki, AXCP sədrini bəlli para (güman ki, hətta qəpik-quruş)  müqabilində ürəkləri istəyən kimi Azərbaycana qarşı danışdırsınlar.  Kərimli də ölmürmü belə şey üçün? İstənilən əmrə tabedir! İxtiyari tapşırığa farağatdır! Hər cür yaramazlıq eləməyə bir candır!
Odur ki, kimsə təəccüblənməsin. Təəssüflənsin, amma qətiyyən təəccüblənməsin. Nə gözləyiriksə o da olur. Əli Kərimli şərəfli bir iş görsə adam bax onda təəccüblənər ki, bundan nə əcəb? Deyilmi?! Vəssalam da. Demək ki, ortalıqda qeyri-adi nəsə yoxdur. AXCP sədri sadəcə öz ampluasına sadiqdir və elədikləri yaramazlıqlardan zövq alir.
Biz də öz ampluamıza sadiq qalaq və belə vətən xainlərini daim ifşa edək! ” – deyə Partiya sədri fikirlərinə davam edib.
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir

Növbəti xəbər

Cəbrayıl şəhərinə ilk köç karvanı

Əlaqədar Xəbərlər

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

4 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

5 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

2 həftə əvvəl
Növbəti xəbər
Cəbrayıl şəhərinə ilk köç karvanı

Cəbrayıl şəhərinə ilk köç karvanı

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

4 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

5 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.