“5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə “Loqos” Psixoloji və Nitq Mərkəzi, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi və “Təhsildə İnkişaf”ın təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbiri açıq elan edən “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədr müavini Rəşad Bayramov müəllimləri təbrik edib, fəaliyyətlərində uğurlar diləyib.
Daha sonra “Loqos”un fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Çıxış edən Mərkəzin Təlim-tədris şöbəsinin rəhbəri, Günel Axundova və “Təhsildə İnkişaf” layihəsindən Seyda Kərimova və Aytəkin Pənahova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar diləyib.
“Loqos” Psixoloji və Nitq Mərkəzinin psixoloqu Emin Səfərov “Təlim-tədris prosesində müəllim-valideyn-şagird üçbucağının əhəmiyyəti” mövzusunda öz fikirlərini bölüşüb.
Sonda peşə bayramı münasibətilə tədbirdə iştirak edən müəllimlərə sertifikatlar, aktiv fəaliyyəti ilə seçilən pedaqoqlara nominasiyalar təqdim olunub.
Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.