İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Beynəlxalq ictimaiyyət Xocalı hadisələrinin təkrarlanmaması üçün nə etməlidir?

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”

XX əsr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il keçir. 25-26 fevral 1992-ci ildə gecə Xocalıda Azərbaycan müasir tarixinin ən dramatik epizodu baş vermişdir. Amma dünya azərbaycanlıları bu faciəni unutmur. Azərbaycan diasporu bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmişdir. Bütün tədbirlərdə iştirakçılar bu qanlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Hətta Yer kürəsinin ən ucqar guşələrində belə, azərbaycanlılar bu günü bütün millətin matəm günü kimi qeyd edir, “Xocalıya ədalət” aksiyası keçirir. Prezident İlham Əliyev 26 fevral tarixində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı: “Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”. Beynəlxalq ictimaiyyət bu cür faciələrin  təkrarlanmaması üçün davamlı olaraq iş aparmaılıdır. Öncəliklə isə milli münaqişələr zamanı törədilmiş soyqrımlarla bağlı həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılmalıdır. Bununla bağlı isə əsasən beynəlxaq qurumlar öz ikili standart mövqeləridən əl çəkməlidirlər. Ermənistandan tələb etməlidirlər ki, bu qanlı faciəni törətdiyinə görə cavab versin. Bu gün Ermənistanı müdafiə edən Faransa bu ölkənin hərbi cinayətlərinə göz yumur. Cənab Prezident “böyük dövlətlərin adları” deyərkən məhz Fransa kimi ölkələri nəzərdə tutur. Bu gün Fransa Ermənistanı bütün hallarda qorumağa çalışır, eyni zamanda sülh razılaşmasına mane olur. Bir dəfə də olsun Fransa rəsmiləri Xocalı soyqrımı ilə bağlı hər hansı təəssüfləndirici, Ermənistanı qınayıcı çıxışlar etməyiblər. Əslində, Fransadan belə bir davranış gözləniləndir. Fransa özü də tarixdən məlumdur ki, dəfələrlə soyqrımı törətmişdir. Dünya hələ Afrikada Fransanın etdiyi soyqımıları unutmayıb. Məsələn, Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağda yürütdüyü siyasət arasında paralellər aparmaq olar. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşma dayanır. Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir. Eyni zamanda, Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Eyni cinayətlər Qarabağda yaşayan və erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. Məsələn, 1832-ci ildə Əlcəzairin Fransa tərəfindən işğal edilməsinə qarşı çıxan El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Bu hadisənin bənzərini biz 1992-ci ildə Xocalıda müşahidə etdik. Bu gün Fransa tərəfindən dəstəklənən Ermənistan o vaxt Xocalının dinc əhalisinə qarşı özü də gecə vaxtı soyqırımı törətdi. Bundan əlavə, həm Fransa, həm də Ermənistan müharibə zamanı Cenevrə konvensiyalarının tələblərini pozaraq qadağan olunmuş silahlardan istifadə ediblər. Bu gün beynəlxalq birlik bu baxımdan Ermənistana təzyiq göstərməlidir, elə Fransaya da. Azərbaycan dövləti Ermənistanın bu hərbi cinayətlərini dünyaya yaymaq üçün maksimum fəaliyyətini davam etdirir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. “Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur”,- deyə dövlətimizin başçısı əlavə etmişdir.

Xocalı soyqırımı Ermənistanla Azərbaycan arasında keçmiş münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən ən böyük hərbi cinayətlərdən biri idi. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətlə bağlı mühüm nəticəyə gəlib, təcavüzkarların bu növ davranışını hərbi cinayətlər və ya onlara qarşı cinayətlər kimi qiymətləndirilən xüsusilə ağır əməllər kimi qiymətləndirib.

Bütün ötən illər ərzində beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsinin həlli cəhdlərində diplomatik iradəsi və ardıcıllığı çatmamışdır. Dünyanın əsas oyunçuları vaxtında başa düşsəydilər və heç olmasa, siyasi təsir tədbirləri göstərsəydilər, Xocalıda baş vermiş faciənin qarşısı alına bilərdi. Bundan düzgün nəticə çıxarmaq olardı. Azərbaycan 30 il sonra öz torpaqlarını 44 günlük Vətən müharibəsində azad etməklə bu münaqişəyə son qoymuşdur. Bütün hallarda Qarabağ Azərbaycandır! Artıq Azərbaycan dövləti Qarabağda, o cümlədən Xocalıda yenidənqurma və bərpa işləri aparır. Xocalılar da öz  ata-baba yurdalarına qaydırlar. Xüsusən bu il onlar Xocalıda ilk dəfə şəhidlərimizi andılar.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xocalıya qayıdış

Növbəti xəbər

Rəna Əkbərova yeni vəzifəyə təyin olunub

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

3 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Sənaye gücü: Azərbaycan üçün strateji tərəfdaşlıq imkanları

2 həftə əvvəl
Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib
Sosial

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sabitliyin və inkişafın siyasi təminatçısı

1 ay əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Tarixin dönüş nöqtəsi

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

1 ay əvvəl
Növbəti xəbər
Rəna Əkbərova yeni vəzifəyə təyin olunub

Rəna Əkbərova yeni vəzifəyə təyin olunub

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir

1 saat əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsləri

1 saat əvvəl
Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

21 saat əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

3 gün əvvəl
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir
Xüsusi

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.