İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Beynəlxalq konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

“Report” xəbər verir ki, mətni “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin icraçı direktoru Abbas Abbasov oxuyub.

Müracətdə deyilir:

“Biz Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 20 oktyabr 2023-cü il tarixində Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən konfransın iştirakçıları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk.

Konfransın iştirakçıları olaraq biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini yüksək qiymətləndirir və ədalət və azadlıq uğrunda haqlı mübarizəmizə ardıcıl dəstəyinə görə minnətdarlığımızı bildiririk.

Bundan əlavə, biz Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının fundamental prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə sadiqliyini yüksək qiymətləndiririk.

Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təşkilatın fəaliyyətinin genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımları, xüsusən də, müstəmləkəçiliyə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayırıq.

Biz Azərbaycan Respublikasının ədalətli beynəlxalq disiplin əsasında dünya nizamı yaratmaq səylərini alqışlayırıq. Bu baxımdan, 2023-cü ilin iyulunda dekolonizasiyaya dair “Bakı Prosesi”nin tətbiqi və bu proses çərçivəsində qısa müddət ərzində keçirilən mötəbər tədbirlərin dekolonizasiya və səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə səmərəli işlərə verdiyi töhfəni yüksək qiymətləndiririk.

Əminik ki, bizim kollektiv və ədalətli mübarizəmiz, eləcə də dünya ictimaiyyətinin bununla bağlı artan tələbi dekolonizasiya ilə bağlı lazımi addımların atılması, təbii hüquq və azadlıqlarımızın təmin olunması ilə nəticələnəcək.

Biz Bakı Təşəbbüs Qrupunun bu ilin iyulunda Bakıda və sentyabrda Nyu-Yorkda təşkil etdiyi tədbirlərin yekun sənədlərində öz əksini tapmış prinsipial mövqeyimizin düzgünlüyünü və aktuallığını bir daha təsdiqləyirik.

Yeni Kaledoniyanın Müstəqilliyi uğrunda mübarizə aparan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) Azərbaycan Respublikasının Prezidentini Qoşulmama Hərəkatının sədri kimi 12 dekabr 2021-ci ildə Yeni Kaledoniyanın müstəqilliyi üçün keçirilən 3-cü referendumun nəticələri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinin alınmasında dəstək verməyə çağırır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gürcü politoloq: Azərbaycanın qazandığı Qələbə bizim üçün əsl nümunədir

Növbəti xəbər

Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilib – YENİLƏNİB

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

19 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın artan geosiyasi rolu

20 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Tarixi Zəfərdən Böyük Qayıdışa

20 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

4 gün əvvəl
Növbəti xəbər
Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilib – YENİLƏNİB

Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

8 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

17 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

19 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

20 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

20 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.