İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Beynəlxalq birliyin Azərbaycana olan böyük etimadı

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”

Azərbaycan son illər saysız beynəlxalq tədbirlərə ev sahibliyi edib. Və bu tədbirləri dövlətimiz çox yükəsk səviyyədə keçirib. Bunu ölkəmizə beynəlxalq təbirlərdə iştirak etmək üçün təşrif buyuran qonaqlar da xüsusi qeyd edirlər. Əlbəttə ki, bu, Azərbaycan dövlətinin məsuliyyətinin göstəricisidir. Artıq dövlətimiz daha bir mötəbər beynəlxalq tədbirə- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirliməsinə hazırlaşır. Məhz bu hazrlıq işləri ilə bağlı dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edərək görüləcək hazırlıq işləri haqqında danışıb. Dövlətimizin başçısının fikrincə Azərbaycanda eblə bir təbirin keilməsi ilə bağlı qərarın verilməsi böyük etimadır: “Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”. Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Nazir qeyd edib: “Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”. Sonra son illər Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib. Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətini də qeyd edib:  “Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.

Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”.

Azərbaycana qarşı hər zaman “ikili standart” mövqedə olan ölkələr Ermənistanın 44 günlük Vətən müharibəsində məğlub olmasın qəbul edə bilmirlər. Ona görə də müharibə günlərində Ermənistanı dəstəkləyən çıxışlar etdilər. Amma onlar Azərbaycana əks mövqedə olsalar da, mövcud reallığı qəbul etmək məcburiyyətindədirlər. Məhz elə “ikili standart” siyasət yürüdən ölkələr COP29 konfransının Azərbaycanda keçirilməsinin lehinə qərar veriblər. Onlar həm də Azərbaycanın gücünə arxalanaraq bu qərarı veriblər. Çünki bilirdilər ki, Ermənistan kimi marionet ölkə belə bir beynəlxalq tədbirə ev sahibliyi edə bilməz.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Səmimi dostluğun təzahürü

Növbəti xəbər

Azərbaycan COP29-a ciddi şəkildə hazırlaşır

Əlaqədar Xəbərlər

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

14 saat əvvəl
Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

16 saat əvvəl
Revanşist qüvvələrə vacib mesaj
Gündəm

Revanşist qüvvələrə vacib mesaj

16 saat əvvəl
“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…
Gündəm

“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…

1 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

2 gün əvvəl
Növbəti xəbər
Enerji istehsalı üçün yeni imkanlar yaradılır

Azərbaycan COP29-a ciddi şəkildə hazırlaşır

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

14 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

14 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

15 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.