İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var

12 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizin inkişafına böyük təkan verəcək: “Azərbaycan ilə Belarus strateji tərəfdaş və dost ölkələrdir. Belarus ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın böyük potensialı var. İki ölkənin əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. Prezident İlham Əliyev dövlət başçılarının mətbuata bəyanatı zamanı deyib: “Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu”.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı ikitərəfli diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanmışdır.Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır. Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var.

Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Belarus Prezidenti qeyd edib: “Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq. Təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyev ilə də yaxşı münasibətlərimiz var idi. Uzun müddət olmasa da, onunla çox səmimi şəkildə çalışırdıq. Mən hələ sovet dövründə bu insana böyük hörmət bəsləyirdim.  İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik.”

Belarus prezidenti Aleksandr Lukaşenko mətbuatda verdiyi bəyanatlarda Azərbaycanın son illər böyük nailiyyətlər əldə etdiyini , uzun müddət səhraya çevrilmiş torpaqlarını geri qaytardığını vurğulayaraq demişdir: Allaha şükürlər olsun ki, burada olduqca güclü, lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Aleksandr Lukaşenko İham Əliyevi “Qafqazın lideri” adlandırıb. Yalnız öz xalqına vurğun insan, bu xalqın firavanlığını istəyən insan bütün ölkədə bu cür quruculuq işləri apara, onun simasını bu cür dəyişə bilər. Azərbaycan Prezidenti İlham Əliyev çox demokratik, yüksək intellektual şəxsdir. Biz dost kimi bir-birimizə etibar edirik.

Belarus prezidenti Aleksandr Lukaşenko ötən səfərdən keçən dövrdə Bakıda çox böyük inkişaf proseslərinin şahidi olduğunu bildirərək dedi : ”Mən son 3 ildə olmadığım bu gözəl şəhərə daxil olarkən Bakının gözəlliyinə heyran oldum. Bütün bu inkişaf proseslərində, bütövlükdə Azərbaycanın qazandığı uğurlarda Prezident İlham Əliyevin böyük xidmətləri var. Bu sizin torpağınızın hər kilometrində , hətta hər metrində görünür.“

Aleksandr Lukaşenkonun səfəri zamanı Şuşa və Füzuli şəhərlərində Azərbaycanın həyata keçirdiyi quruculuq prosesinə şahidlik etməsi, habelə bu işlərdə səmimi olaraq öz yardımlarını təklif etməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində görüləcək işlərin təməli kimi qiymətləndirmək olar. Dostluq münasibətləri, keçirilən görüşlər bu gün Cənubi Qafqazda sülh və davamlı inkişafın təmin olunmasına, habelə hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İqtisadiyyat İnstitutunun doktoranturasına sənəd verənlər iki dəfə artıb

Növbəti xəbər

Azərbaycan-Belarus münasibətləri uğurla davam etdirilir

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

3 gün əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

5 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

5 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

7 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

7 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

7 ay əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Azərbaycan-Belarus münasibətləri uğurla davam etdirilir

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

17 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu
Xüsusi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.