İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 İyul, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Belarus və Azərbaycan arasında faydalı iqtisadi əməkdaşlıq

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”

Belarus və Azərbaycan arasında möhkəm dostluğa əsaslanan əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. İki dövlətin Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Tarixin müxtəlif çağlarında çətin qlobal siyasi vəziyyət münasibətlərə heç bir mənfi təsir göstərməyib. Əksinə, çətin anlarda hər iki dövlət həmişə bir-birinə dəstək olub və bu ənənə davam edir. Bu da dövlətlərin rəhbərləri və iki qardaş xalq arasındakı səmimi münasibətin bariz nümunəsidir. Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri və keçirilən görüşlər, imzalanan sənədlər iki dövlət arasındakı münasibətlərin nə dərəcədə möhkəm olmasını göstərdi. Prezident İlham Əliyev həmkarı Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirib ki, aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir: “Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək”.

Prezidentlərin üzbə-üz və geniş tərkibdə apardıqları danışıqlar bir daha əyani şəkildə nümayiş etdirir ki, ölkələrimiz yaxşı dostdur. Hər iki dövlət başçısının da vurğuladığı kimi, hazırkı dövr indiyədək qarşılıqlı etimada əsaslanan hörmətin, strateji dostluğun, münasibətlərin daha da inkişaf etdirilməsi, o cümlədən iqtisadi-ticarət əlaqələrinin dərinləşməsinə yönəlib. “Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”,-deyə dövlətimizin başçısı öz bəyanatında bildirib.

Bu gün qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq Belarus və Azərbaycan arasında əlaqələrin gələcək inkişafı üçün flaqmandır. Belarus Azərbaycana transformator, kabel və digər elektrik məmulatları, ağac emalı məhsulları, ərzaq ixracını xeyli artırıb. Öz növbəsində, Azərbaycan Belarusa tərəvəz və meyvələrin tədarükü üçün etibarlı kanal yaradıb və bu, Belarusa dost olmayan ölkələrdən idxalı əvəz edib.

Birbaşa mal ticarəti ilə yanaşı, iqtisadi sahədə əlaqələrin genişləndirilməsində qarşılıqlı faydalı birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi getdikcə mühüm əhəmiyyət kəsb edir. Belarus maşınqayıranlarının Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığı ölkələrimiz üçün əlamətdar layihəyə çevrilərək sənaye kooperasiyası sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsini nümayiş etdirdi. 20 ildən artıq birgə iş nəticəsində zavodda Belarus traktoru, həmçinin digər texnika (MAZ, MZKT, AMKODOR) yığılıb. Belarus tərəfi birgə istehsal olunan texnikanın, o cümlədən taxılyığan kombaynların və yüksək ekoloji standartlara cavab verən müasir sərnişin avadanlıqlarının (elektrobuslar) çeşidinin genişləndirilməsi üzrə birgə işi davam etdirməkdə maraqldır.

Belarusun digər texnikalarının: tikinti, bələdiyyə, dəmir yolu, xilasetmə və müxtəlif növ xüsusi texnikanın Azərbaycana tədarükünün təşkilində perspektiv var. Belarus tərəfi Azərbaycana lift tədarükünün artırılmasında, eləcə də müvafiq istehlak həcmləri üçün onların yığılması istehsalının yaradılmasında da maraqlıdır.

Bundan başqa, Belarusla Azərbaycanın kənd təsərrüfatı sektorunun, o cümlədən heyvandarlığın inkişafı proqramlarının birgə həyata keçirilməsində mühüm potensial var. Belarus tərəfi heyvandarlıq komplekslərinin yaradılması üzrə zəngin qabaqcıl təcrübəni tətbiq etməyə, həmçinin damazlıq mal-qaraya, lazımi texnologiya və avadanlıqlara, yüksək məhsuldar, balanslaşdırılmış yem və premikslərə olan tələbatı ödəməyə hazırdır. Azərbaycan ərazisində baytarlıq preparatlarının birgə istehsalının yaradılması layihəsi çox aktualdır.

Aleksandr Lukaşenkonun işğaldan azad edilmiş ərazilərə, xüsusən də Azərbaycanın müstəqil şəkildə apardığı quruculuq prosesinə dəlalət edən Şuşa və Füzuli şəhərlərinə səfəri, bu prosesə səmimi şəkildə köməklik göstərməsi qiymətləndirilə bilər. Bunu Aleksandr Lukaşenkonun “Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq” kimi fikirlərindən də görmək olur.  Beləliklə, müşahidə etdiyimiz dostluq münasibətləri və keçirilən görüşlər Cənubi Qafqazda sülhün və davamlı inkişafın təmin edilməsinə, hər iki ölkənin xalqlarının mənafeyi naminə genişmiqyaslı işlərin uğurla davam etdirilməsinə öz töhfəsini verir.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gələcəyə yönəlmiş əməkdaşlıq

Növbəti xəbər

Azərbaycan-Belarus münasibətlərində yeni dövrün başlanğıcı

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

5 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

5 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycanın sərmayə iqlimi və regional rolu

5 gün əvvəl
Növbəti xəbər
Parlaq qələbələr

Azərbaycan-Belarus münasibətlərində yeni dövrün başlanğıcı

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

5 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.