İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

BDU-da nanohissəciklərin tibdə tətbiqi perspektivləri araşdırılır

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Nanohissəciklərin “yaşıl sintezi”, xarakteristikası və tibdə tətbiqi perspektivləri” mövzusunda elmi seminar olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Seminarda Biofizika və biokimya kafedrasının doktorantı, Türkiyənin Mardin Artuklu Universitetinin əməkdaşı Adıcan Mehmet Tevfik mövzu üzrə məruzə edib.

A.Mehmet Tevfik metal nanohissəciklərin sintezində bioloji obyektlərdən istifadənin geniş yayılmış metodlardan olduğunu bildirib. Qeyd edilib ki, bioloji sintez üsullarından “yaşıl sintez” özünəməxsus üstünlüyə malikdir, çünki bu zaman toksik kimyəvi maddələrdən istifadə olunmur. Bu, ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan daha sərfəli metoddur. Bitkilərdə tapılan biomolekullar, ikincili metabolitlər, fenol birləşmələr, spirtlər, flavonoidlər və karbonil qrupları olan fitokimyəvi maddələr metal ionlarını nanohissəciklərədək asanlıqla reduksiya edir.

Tədqiqatçının apardığı tədqiqatlarda Au (qızıl) və Ag (gümüş) nanohissəciklərin xüsusiyyətləri müvafiq olaraq UV-vis spektrofotometriyası, FT-IR spektroskopiyası, EDX, XRD analizi, TEM, SEM və digər mikroskopiya üsullarından istifadə etməklə müqayisəli tədqiq olunub, onların ölçüləri, forması, yükü və nanohissəciklərin zeta potensialı müəyyən edilib. Dazıotu (Hypericum triquetrifolium turra) bitkisinin sulu ekstraktı vasitəsilə əldə edilmiş Au və Ag nanohissəciklərin sağlam və şiş hüceyrə xətlərinə sitotoksik təsiri tədqiq olunub. Eyni zamanda, başqa bitkilərin sulu ekstraktları vasitəsilə alınmış nanohissəciklərin (müxtəlif metal təbiətli) sağlam və şiş hüceyrələrinə təsiri də müqayisəli şəkildə nəzərdən keçirilib.

Doktorant alınmış nəticələr əsasında metal nanohissəciklərin yaxın gələcəkdə tibdə geniş istifadə ediləcəyini vurğulayıb.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Son 20 il ərzində Azərbaycanda ÜDM 4 dəfə artıb

Növbəti xəbər

Heydər Əliyevin bir günü: Ümummilli Lider BMT kürsüsündə – təcavüzkar millətçiliyin bütün dünya üçün təhlükəsi barədə

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

7 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

7 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Sosial

TDT-nin artan nüfuzu

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Cəbrayılın inkişaf perspektivləri

2 həftə əvvəl
Parlaq qələbələr
Sosial

Heydər Əliyev irsi – müasir Azərbaycanın təməli

2 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Enerji diplomatiyasının zəfəri

2 həftə əvvəl
Növbəti xəbər
Heydər Əliyevin bir günü: Ümummilli Lider BMT kürsüsündə – təcavüzkar millətçiliyin bütün dünya üçün təhlükəsi barədə

Heydər Əliyevin bir günü: Ümummilli Lider BMT kürsüsündə - təcavüzkar millətçiliyin bütün dünya üçün təhlükəsi barədə

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

7 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

7 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

7 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

7 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

8 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.