İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Fevral, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Bakı Sığorta” vətəndaşları aldadır- FOTOFAKT

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır” şüarlı reklamlarla tez-tez qarşılaşırıq.

Bəli, bu şüara aldanıb hamı özünü qəza və hadisələrdən sığortalayır.

Lakin hadisə baş verdikdə qəzaya hazırlıq vəd  edən bəzi sığorta şirkətlərinin sığorta pulunu ödəməkdən boyun qaçırmaq üçün bəhanələri saya gəlmir.

Vətəndaş Qocayev Sərxan “Bakı Sığorta” şirkətindən redaksiyamıza şikayət məktubu ünvanlayıb. Vətəndaşın iddiasına görə O, “Bakı Sığorta” şirkətinin yalan vədlərinin qurbanına çevrilib.Məktubda vətəndaş “Bakı” Sığorta şirkəti  tərəfindən aldadıldığını, hüquqlarının pozulduğunu iddia edir.  Öz şəxsi avtombilini sığorta etdirən Qocayev Sərxan  bu ilin mart ayının 30 -da Bakı-Qazax yolunda   qəzaya düşüb.  Hadisə nəticəsində Qocayev Sərxanın avtomobilinə 21 min manat civarında ziyan dəysə də, “Bakı Sığorta” burada da öz xeyrinə işləməyi bacarır. Dəyən ziyan 12 min manat hesablanır. Maşına dəymiş zərəri öz servislərində aradan qaldırmaq adı ilə külli miqdarda vəsaiti mənimsəyirlər.

Sonradan həmin pul sığorta şirkətində kimlərin  cibinə qayıdır, bax bu müəmmalı suala cavab axtarışındayıq.

“Bakı Sığorta” şirkətinin müdiri Natiq Quliyev görəsən rəhbərlik etdiyi şirkətin özbaşınalıqlarından xəbərdardırmı???

Hər halda, şirkətdə cərəyan edən hadisələr müdir subyektindən kənar baş vermir.

Maraqlıdır, “Bak Sığorta” şirkətinin rəhbərliyi kimə və nəyə güvənərək Azərbaycan Respublikasının qanunların kobud sürətdə pozur? vətəndaşlara hər hansı ziyan dəyəndə onların zərərini qarşılamaq istəmirlər. Halbuki həmin pullar vətəndaşlardan yığılır. Sərxan Qocayevə məxsus avtomobilə dəyən ziyanın 21 min manat civarında olduğunu “Atəşgah”  Sığorta təsdiqləyir. “Atəşgah” sığortanın dəyən ziyanın məbləğini təsdiqləməsinə baxmayaraq, “Bakı Sığorta” dəyən ziyanı inkar edir. Tərkibində olan avtoservislə əlbir olaraq qiymətləndirməni 12 min manat hesablayır.

Avtomobilinə ziyan dəyən şəxsin öz müraciət etdiyi servis və “Atəşkah” sığortanın hər ikisinin dəyən zərərə verdiyi qiymət 20150 manat olduğu halda, “Bakı Sığorta” məbləği öz xeyrinə dəyişir.

 Qeyd edək ki, avtomobilin həm icbari, həm kasko sığortası var.

Sərxan Qocayevə məxsus  “Range Rover “ markalı  avtomobil öz servisində diaqnostika olunub, təmir olunmalıdır. Avtomobilə düzgün diaqnoz qoyulması üçün müvafiq təlim keçmiş ixtisaslı ustaların və orijinal ehtiyat hissələrinin olduğu rəsmi servisə yönləndirilməli idi.  Lakin hər fürsətdə öz çıxarını güdən, mənfəət arxasınca sürünən sığorta şirkəti vətəndaşı aldatmaq üçün min cür yalana əl atır.

Bu artıq insanlıqdan, işin peşəkarlığından kənar bir hərəkətdir.

 “Bakı Sığorta” sayəsində qəza baş verdikdə sığortalı həyatın heç də qəzaya hazırlıqlı həyat olmadığınının şahidi olduq. Bu neqativ halla, sığorta şirkətinin öhdəliklərini yerinə yetirmədiyi faktına vətəndaş Qocayev Sərxanın başına gələn hadisədə əyani şahid olduq.

Müxtəlif üsullarla pul qazanmaq istəyi əksər sahələrə təzahür etdiyi kimi, sığorta şirkətlərindən də yan keçmir. “Bakı” Sığorta şirkəti də vətəndaşları aldatmaq, maxinasiyalar etmək üsulu  ilə asan pul qazanır.

Onu da vurğulayaq ki, “Bakı Sığorta” şirkəti ən çox şikayət olunan sığorta şirkətləri siyahısında ön sıralardadır.

 

Mənbə: https://azerinews.az/cemiyyet/4355-bak-sorta-aldadr.html

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Mühacirlərə “tərs şillə” – Ehtiram Mehdiyev

Növbəti xəbər

Nazir müavini: “Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək”

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur

23 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Beynəlxalq etimadın göstəricisi olan mükafat

1 gün əvvəl
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Gündəm

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

3 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Söyüş müxalifəti”ni kim(lər) aktivləşdirir?” – Faktlar, sübutlar…

4 gün əvvəl
Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi
Gündəm

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi

5 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib

5 gün əvvəl
Növbəti xəbər
Nazir müavini: “Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək”

Nazir müavini: “Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək”

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur

23 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür

23 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sülh gündəliyinin müəllifi kimi Azərbaycan lideri

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Beynəlxalq etimadın göstəricisi olan mükafat

1 gün əvvəl
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Gündəm

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.