İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Mart, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bağlanan “Günay Bank”ın əmanətçiləri pullarını bu bankdan ala bilərlər

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Günay Bank” ASC-nin əmanətçilərinə kompensasiyaları “Bank Respublika” ASC vasitəsilə ödəyəcək.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” müflis elan edilib, ADIF onun ləğvedicisi təyin olunub. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “Günay Bank”da sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib.

Kompensasiya ödənilməsinə əvvəlcədən deyildiyi kimi, iyunun 19-dan başlanılacaq. “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan “Günay Bank”ın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Bank Respublika”nın müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.

Qorunan əmanətçilər ərizə formalarını iyunun 19-dan etibarən “Bank Respublika”nın müvafiq filiallarından və www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “Bank Respublika”nın müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 %-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 %-i qədər kompensasiya ödəniləcək.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Məşğulluğa dair növbəti respublika müşavirəsi keçirilib (FOTO)

Növbəti xəbər

“Heydər Əliyev İli” çərçivəsində Xətai rayonunda park açılıb

Əlaqədar Xəbərlər

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”

8 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Azərbaycan–Aİ enerji əməkdaşlığı strateji əhəmiyyət daşıyır

8 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan qadını: ailənin dayağı və milli-mənəvi dəyərlərin qoruyucusu

3 gün əvvəl
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Gündəm

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Qadın bir varlığın, bir gücün, bir sevginin adıdır

3 gün əvvəl
“Darülaceze”də baş tutan görüş – Türkiyə modeli Azərbaycanda tətbiq olunacaq
Gündəm

“Darülaceze”də baş tutan görüş – Türkiyə modeli Azərbaycanda tətbiq olunacaq

6 gün əvvəl
Növbəti xəbər
“Heydər Əliyev İli” çərçivəsində Xətai rayonunda park açılıb

“Heydər Əliyev İli” çərçivəsində Xətai rayonunda park açılıb

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”

8 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Azərbaycan–Aİ enerji əməkdaşlığı strateji əhəmiyyət daşıyır

8 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan qadını: ailənin dayağı və milli-mənəvi dəyərlərin qoruyucusu

3 gün əvvəl
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
Gündəm

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.