İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

2 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycanda mövcud olan investisiya imkanları ölkəmizdə ötən illər ərzində həyata keçirilən ardıcıl iqtisadi siyasətin, yaradılmış əlverişli biznes mühitinin və müasir infrastrukturun məntiqi nəticəsidir. İqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının təşviqi, xarici sərmayələrin qorunması və yeni investisiya istiqamətlərinin müəyyənləşdirilməsi Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaşa çevirib. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dünyanın aparıcı şirkətlərinin geniş təmsil olunması və mühüm razılaşmaların əldə edilməsi də məhz bunun təsdiqidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Şahin İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirilən tədbirdə qeyd etdiyi kimi, əlverişli investisiya mühiti sayəsində ölkəmiz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb edib. Bunun təxminən yarısı birbaşa xarici investisiyalardır. Bu göstərici ilk növbədə beynəlxalq biznes dairələrinin Azərbaycan iqtisadiyyatına uzunmüddətli etimadının ifadəsidir. Xüsusilə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlərin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi ölkədə formalaşmış investisiya mühitinin əsas üstünlüklərindən biridir.

Komitə sədri qeyd edib ki, investisiya cəlbediciliyini şərtləndirən başlıca amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Uzunmüddətli investisiya qərarları yalnız iqtisadi potensialla deyil, həm də proqnozlaşdırılabilən siyasi mühit, maliyyə dayanıqlılığı və tərəfdaşların öz öhdəliklərinə sadiqliyi ilə birbaşa bağlıdır. Azərbaycanın güclü maliyyə imkanları, aşağı xarici borcu, sabit milli valyutası və müsbət ticarət balansı xarici sərmayələr üçün əlavə təminat yaradır. Ölkəmizin valyuta ehtiyatları xarici borcu təxminən 20 dəfə üstələyir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının dövlətimizin başçısının müdrik rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğunlaşdırılmaqla davam etdirildiyini söyləyən Şahin İsmayılov deyib: “Təbii ki, neft və qaz resurslarının iqtisadiyyatımızda rolu bu gün də çox böyükdür. Amma bununla yanaşı, bərpaolunan enerji istehsalı və ixracı, elektrik enerjisinin ötürülməsi və enerji saxlanc sistemlərinin yaradılması yeni investisiya istiqamətləri kimi ön plana çıxır. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat həcmində külək enerjisi potensialının mövcudluğu, quruda Günəş və külək elektrik stansiyalarının yaradılması ölkəmizin enerji xəritəsini daha da şaxələndirir”.

Azərbaycanın investisiya potensialının digər mühüm istiqamətinin nəqliyyat və logistika sektoru olduğunu söyləyən komitə sədri bildirib ki, ölkəmizin coğrafi mövqeyi ötən illər ərzində düzgün qiymətləndirilib və müasir infrastruktur yaradılıb. Bütün görülən işlər ölkəmizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişdiyi mühüm nəqliyyat qovşağına çevirib. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan dəmir yollarına, dəniz limanlarına, hava yükdaşımalarına və avtomobil yollarına böyük həcmdə investisiya yatırıb. Bu infrastrukturun inkişafı yalnız Azərbaycanın tranzit imkanlarını artırmır, həm də Avropa ilə Asiya arasında alternativ və etibarlı təchizat zəncirlərinin formalaşdırılmasına xidmət edir.

Onun sözlərinə görə, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində mühüm razılaşmalar əldə olunub. Yeni investisiyaların cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinə, müasir istehsal sahələrinin yaradılmasına və ölkəmizin regional iqtisadi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

2 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

20 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir

21 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı

21 saat əvvəl
Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

1 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

1 gün əvvəl
Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

2 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

2 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

2 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

20 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir

21 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.