İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 İyul, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Azərbaycanın geopolitik gedişlərinin uğurlu nəticəsi

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”

Azərbaycan 2023-cü ili çox böyük uğurlarla başa vurdu. Ötən ildə əldə edilən tarixi nailliyyətlər xalqımız uçün unudulmaz olaraq yadda qalacaq. Əlbəttə ki, ən böyük nailliyyət ərazi bütövlüyümzün tam olaraq bərpa edilməsi oldu. Qarabağın erməni sapartçılarından azad edilməsi, Xankəndində dövlət bayrağımızın  dalğalanması düzü, sürpriz oldu. Bir çoxları üçün xəyal olanı Prezident İlham Əliyev tez bir zamanda gerçəyə çevirdi. Bu məsələni Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qürurla yada salmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir: “Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”.

Cəmi bir günlük antiterror tədbirlərinin keçirilməsi ilə Qarabağ məsələsinə nöqtə qoyuldu. Azərbaycanın bundan öncəki geopolitik gedişləri, regionda apardığı sülh siyasəti elə bir vəziyyət yatadı ki, Ermənistan dövləti belə, Xankəndindəki qondarma qurumun təksilah olunmasına tərəfsiz qaldı. Dünınə kimi, Qarabağdakı qondarma rejimi dəstəkləyən Ermənistan sentyabrın 19-20 günlərində hər hansı mövqe bildirmək gücündə olmadı. Erməni lobbisinə isə qalan yersiz çıxışlar oldu. Onları dəstəkləyən ölkələrin də çabaları faydasız oldu. Bütün bunlar Azərbaycanın həyata keçirdiyi düzgün siyast, cənab Prezidentin qətiyyəti nəticəsində baş tutmuşdur. “Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm – bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.

Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ ev həmin günləri belə xatəılamüharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”, – deyə Prezident İlham Əliyev müraciətində həmin günləri belə xatırlamışdır.

Azərbaycan Vətən müharibəsindən sonra bunu sülh yolu ilə həll etməyə çalışırdı. Görünür, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edə bilməmişdir. Bu müddətdə Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin heç birni yerinə yetimədi. Bu azmış kimi Azərnbaycana qarşı davamlı olaraq hərbi təxribatlar həyata keçirirdi. Azərbaycan ərazisində qanunsuz olaraq məskunlaşmış Ermənistan ordusu Qarabağdan çıxmaq istəmirdi. Aşıq şəkildə görünürdü ki, Qarabağda silahlanma işi güclənirdi. Azərbaycan bununla barışa bilməzdi. Buna görə də Azərbaycan güc tətbiq edərək dövlət suverenliyini özü bərpa etmişdir. Dövlət başçısının qeyd etdiyi kimi 2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik: “Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir”.

Artlq Azərbaycanla Ermənistan arasında sülh prosesində yeni mərhələ başlamışdır. Çünki hazırda sülh sazişinin mətni üzərində iş vasitəçisiz,yəni birbaşa Azərbaycanla Ermənistan arasında aparılır. Bundan da görünür kimi, hər iki ölkə sülh sazişi imzalamağa yaxındır. Ümid edirik ki, 2024-cü il bu çoxillik münaqişəyə son qoyan sülh sazişinin imzalanması ilə tarixə düşəcək.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Dünya azərbaycanlılarının səsi

Növbəti xəbər

Bakı-Sumqayıt yoluna alternativ yol çəkiləcək – Bu tarixdə

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

2 həftə əvvəl
Nigar Camaldan “Yolüstü” ilə iş birliyi
Sosial

Nigar Camaldan “Yolüstü” ilə iş birliyi

2 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Güclü Azərbaycan Ordusunun təntənəsi

3 həftə əvvəl
Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

4 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

“Üç Qardaş” – Yeni geosiyasi model

1 ay əvvəl
Növbəti xəbər
Bakı-Sumqayıt yoluna alternativ yol çəkiləcək – Bu tarixdə

Bakı-Sumqayıt yoluna alternativ yol çəkiləcək - Bu tarixdə

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

5 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.