İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 Fevral, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

7 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Nümayəndəliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Bazel Konvensiyası Katibliyinin tərəfdaşlığı ilə Bakıda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib.

Forumun məqsədi plastik qablaşdırma tullantılarının azaldılması sahəsində innovativ yanaşmaların, sektorlarası əməkdaşlığın və ictimai maarifləndirmə təşəbbüslərinin təşviq edilməsidir. Tədbir çərçivəsində müxtəlif sahələrdə mövcud çağırışlar və dayanıqlı həllər, süni intellekt və yeni texnologiyaların tullantıların idarə edilməsində rolu, eləcə də dövlət qurumları, özəl sektor, media və vətəndaş cəmiyyəti arasında qurulan tərəfdaşlıqlar və maarifləndirmə təşəbbüsləri müzakirə olunub.

Tədbirin açılış mərasimində Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və BMT-nin Ətraf Mühit Proqramının regional əlaqələndiricisi Mahir Əliyev çıxış edərək, plastik qablaşdırma tullantılarının, o cümlədən plastik tullantıların azaldılması, təkrar istifadəsi və ətraf mühitə uyğun şəkildə idarə olunmasının vacibliyindən bəhs etdilər. Çıxışçılar mövcud ekoloji çağırışlar fonunda bu sahədə müasir texnologiyaların tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və səmərəli institusional əməkdaşlıq mexanizmlərinin qurulmasının xüsusi prioritet təşkil etdiyini diqqətə çatdırdılar.

Daha sonra Forum öz işini panel müzakirələri ilə davam etdirib. Birinci panel “Turizm və qablaşdırma tullantıları – sektorun mövcud çağırışları və dayanıqlı həllər” mövzusunda keçirilib. Panel çərçivəsində turizm və qonaqpərvərlik sektorlarında plastik qablaşdırma tullantılarının yaranma dinamikası, bu sahədə mövcud çətinliklər və tullantıların azaldılması istiqamətində həyata keçirilən effektiv yanaşmalar müzakirə olunub. Paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev, Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova, Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Kommunal xidmətlər şöbəsinin müdiri Natavan Əhmədova, ETSN yanında İctimai Şuranın katibi və “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari çıxış ediblər.

İkinci panel “Süni intellekt dövründə davamlı tullantı idarəçiliyində innovasiya və texnoloji yanaşmalar” mövzusunda keçirilib. Panel çərçivəsində süni intellekt, rəqəmsal texnologiyalar və innovativ həllərin plastik tullantıların davamlı idarə olunmasındakı rolu müzakirə olunub. Paneldə “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov, “Sustainera Solutions” şirkətinin icraçı direktoru İlkin Hacıyev, “Smart Waste” şirkətinin icraçı direktoru Süleyman Əliyev və Bakı Mühəndislik Universitetinin Kimya kafedrasının baş müəllimi, “Bioplastik” startapının mentoru Pünhan Camalov çıxış ediblər.

Üçüncü panel “Plastiksiz gələcək naminə dairəvi iqtisadiyyatın vacibliyi və sektorlararası tərəfdaşlıqların gücləndirilməsi” mövzusunda keçirilib. Panel çərçivəsində dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında plastik tullantıların azaldılması və dairəvi iqtisadiyyatın təşviqi məqsədilə formalaşdırılmış əməkdaşlıq modelləri və birgə təşəbbüslər müzakirə olunub. Çıxış edən spikerlər ekoloji maarifləndirmə kampaniyaları, ictimai davranışa təsir edən kommunikasiya strategiyaları, təhsil və media vasitəsilə aparılan təşviqat işləri barədə öz təcrübələrini bölüşüblər. Paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, Coca-Cola Azərbaycan şirkətinin PR və Kommunikasiya üzrə supervayzeri Türkan Manaflı, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev, Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov, həmçinin Coğrafiya İnstitutunun böyük elmi işçisi və Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin (CASPISNET) koordinatoru Elnur Səfərov çıxış ediblər.

Forum, plastik tullantılarla mübarizədə strateji tərəfdaşlıqların qurulması, qabaqcıl təcrübələrin paylaşılması və ictimai iştirakçılığın təşviqi baxımından mühüm platforma rolunu oynayıb.




PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

Növbəti xəbər

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır – RƏY

Əlaqədar Xəbərlər

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

2 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

3 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

1 həftə əvvəl
Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh
Gündəm

Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh

1 həftə əvvəl
Növbəti xəbər
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır - RƏY

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

2 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

3 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.