İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 İyun, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

13 saat əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”

Azərbaycan ilə Türkiyə arasında münasibətlər tarixən dərin köklərə, ortaq mədəniyyətə, dinə, dilə və milli dəyərlərə əsaslanır. Hər iki xalq əsrlər boyu bir-birinə dayaq olmuş, çətin zamanlarda çiyin-çiyinə dayanmışdır. XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsi ilə bu münasibətlər rəsmi dövlətlərarası əməkdaşlıq səviyyəsinə yüksəlmiş və zamanla strateji tərəfdaşlığa çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətləri uzun illərdir dostluq, qardaşlıq və strateji əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu münasibətlərin zirvəsi isə şübhəsiz ki, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsidir. Bu sənəd Azərbaycan və Türkiyə arasında münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldib və iki ölkə arasında əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib. Bəyannamə, 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra, Şuşa şəhərində — Azərbaycanın mədəniyyət beşiyində imzalanıb. Bu, həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bu, təkcə qələbənin təntənəsi deyil, həm də Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin bütün dünyaya nümayişi idi. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir.

Bəyannamə 15 iyun tarixində imzalanıb. Bu gün həm də Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Beləliklə, bu sənəd həm də milli dirçəlişin və gələcəyə inamın simvoluna çevrilmişdir.

Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini əhatə edir. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Sənəddə hərbi-siyasi sahədə əməkdaşlığın dərinləşdirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, silahlı qüvvələrin modernləşdirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı dəstək öhdəliyi yer alır. Bəyannamənin ən mühüm hissələrindən biri hərbi əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik zəmanətidir. Sənəddə göstərilir ki, tərəflərdən birinə qarşı təhdid və ya hücum baş verərsə, digər tərəf ona yardım edəcəkdir.

Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir. Şuşa Bəyannaməsi bu əməkdaşlığı daha da dərinləşdirir və iki ölkənin regional sülh və sabitlikdə birgə rolunu ön plana çıxarır. Əgər tərəflərdən biri üçün təhlükə yaranarsa, digər tərəfin onu müdafiə etmək üçün tədbirlər görməsi ehtimalı bu bəyannamə ilə güclənmişdir. Bu həm də qardaşlığın hüquqi təsdiqidir. Əsrlər boyu davam edən Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığın rəsmi, hüquqi müstəviyə keçməsini təmin edib. Bu, regional təhlükəsizlik balansında mühüm dəyişiklik yaradıb. Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması və Orta Dəhliz layihəsinin inkişafı ilə bağlı çağırışlar yer alır. Bu, Azərbaycanın geostrateji əhəmiyyətini artırır, Türkiyə ilə birbaşa quru əlaqəsinin bərpasına və Asiya-Avropa ticarət yolunda güclü mövqe tutmasına şərait yaradır. Ümumiyyətlə, bu dəhliz Türkiyə ilə Azərbaycanın quru yolla birləşməsini təmin edəcək və türk dünyasının birləşməsində strateji rol oynayacaq. Enerji təhlükəsizliyi, neft-qaz layihələri, bərpa olunan enerji sahəsində əməkdaşlıq kimi istiqamətlərdə ortaq planlar nəzərdə tutulur. TANAP və TAP kimi layihələr fonunda bu bəyannamə enerji əməkdaşlığının daha da dərinləşməsinə zəmin yaradır.

Bəyannamə təkcə siyasi və hərbi sahələri deyil, həm də mədəni, təhsil və gənclər sahəsində inteqrasiyanı nəzərdə tutur. Şuşa Bəyannaməsində ortaq mədəni irsin qorunması, təhsil mübadilələrinin təşviqi və gənclərin milli kimlik ruhunda yetişdirilməsi kimi sahələrə də xüsusi diqqət ayrılıb. Bu, iki xalqın gələcək nəsillərinin də milli birlik ruhunda böyüməsini təmin edəcək. Şuşanın seçilməsi mədəni-siyasi simvolizm daşıyır və Qarabağın azadlığı ilə Türk dünyasının birliyi arasında bağ qurur. Şuşa Bəyannaməsi yalnız iki dövlətin sənədi deyil, eyni zamanda regionda yeni siyasi arxitekturanın əsasını qoyan strateji sənəddir. Türkiyənin Cənubi Qafqazda rolu daha da güclənmiş, Azərbaycan isə regional liderlik mövqeyini təsdiqləmişdir. Bu sənəd, Türk Dövlətləri Təşkilatının inteqrasiyasına dəstək kimi də qiymətləndirilə bilər. İki əsas üzv dövlətin belə dərin ittifaqı digər türkdilli ölkələri də yaxınlaşdırmaq potensialına malikdir.

Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi deyil, həm də Cənubi Qafqazın geosiyasi arxitekturasını dəyişdirən sənəddir. Bu sənədlə iki ölkə arasında olan qardaşlıq münasibətləri artıq hüquqi baxımdan da müttəfiqlik statusuna keçmişdir. Eyni zamanda, bu bəyannamə regionda sülh və təhlükəsizlik üçün yeni çərçivə təqdim edir və Türk dünyasının gələcəyi üçün strateji yol xəritəsi rolunu oynayır.

Şuşa Bəyannaməsi təkcə iki dövlət arasında imzalanmış siyasi sənəd deyil, həm də “Bir millət, iki dövlət” fəlsəfəsinin reallaşmış formasıdır. Bu sənəd Azərbaycan və Türkiyənin müstəqilliklərini, suverenliklərini və milli maraqlarını qorumaq üçün bir-birinə şəriksiz və açıq dəstək verdiyinin bariz nümunəsidir. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri tarixinin yeni bir mərhələsinə qədəm qoymuşdur — bu mərhələ müttəfiqliyə, strateji tərəfdaşlığa və birgə gələcəyə aparan yoldur.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

Əlaqədar Xəbərlər

Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

13 saat əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

13 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

5 gün əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

5 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

5 gün əvvəl
Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

6 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

13 saat əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

13 saat əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

13 saat əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Xüsusi

Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

2 gün əvvəl
“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.
Xüsusi

“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.