İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 Avqust, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri ortaq tarixi köklərə, dərin qarşılıqlı hörmətə və üst-üstə düşən milli maraqlara söykənən münasibətlərin strateji dərinliyə və tükənməz potensiala malik olduğunun parlaq və əyani təsdiqi kimi tarixə yazıldı.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” və müxtəlif sahələri əhatə edən digər çoxsaylı fundamental sənədlər tərəfdaşlığın konkret hədəflərini və prioritet istiqamətlərini, qarşılıqlı faydalı əməkdaşlığın geniş üfüqlərini müəyyənləşdirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 23 sentyabr 1992-ci ildə Azərbaycan ilə Vyetnam arasında rəsmi diplomatik əlaqələr qurulmuş və münasibətlər keyfiyyətcə fərqli dinamika ilə inkişaf etməyə başlamışdır. Bu inkişafda yüksək səviyyəli qarşılıqlı səfərlər müstəsna rol oynamışdır. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin may ayında Vyetnam Sosialist Respublikasına ilk rəsmi dövlət səfəri və bunun ardınca Vyetnam Sosialist Respublikasının ozamankı Prezidenti Çıonq Tan Şanqın 2015-ci ilin may ayında Azərbaycana tarixi rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm səhifə açmış, siyasi, iqtisadi-ticari, enerji, mədəni-humanitar və digər bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişlənməsinə və dərinləşməsinə güclü təkan vermişdir. Bu strateji əhəmiyyətli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, əldə olunan mühüm razılaşmalar və aparılan səmimi, konstruktiv danışıqlar iki ölkə arasında münasibətlərin ümumi ruhunu və keyfiyyətini əsaslı şəkildə dəyişərək gələcək uzunmüddətli inkişaf üçün möhkəm və etibarlı hüquqi və siyasi zəmin yaratmışdır. Prezident İlham Əliyev 2014-cü ildə Hanoy şəhərində olarkən Azərbaycanın müxtəlif ali məktəblərinin çoxsaylı vyetnamlı məzunları ilə səmimi və unudulmaz görüş keçirmiş, onların Azərbaycanda keçirdikləri tələbəlik illəri ilə bağlı xoş xatirələrini, səmimi fikirlərini və təkliflərini böyük diqqətlə dinləmişdir. Məhz bu görüşün məntiqi nəticəsi olaraq, 2015-ci ildə Hanoyda Azərbaycan ali təhsil ocaqlarının minlərlə məzununu sıralarında birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası rəsmən təsis edilmişdir ki, bu da iki ölkə arasında xalq diplomatiyasının və humanitar əlaqələrin inkişafına mühüm töhfədir. Qəbul edilən Bəyanat iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrin həcminin və keyfiyyətinin artırılması, enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələri, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil və elmi tədqiqatlar, mədəniyyət və incəsənət, turizm potensialının reallaşdırılması, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik kimi geniş və müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha yüksək və hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün möhkəm, etibarlı hüquqi və siyasi baza rolunu oynayacaq.
Azərbaycan-Vyetnam əməkdaşlığının əsas sütunlarından biri enerji sektorudur. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcısıdır, neft alan ölkələr arasında 21-ci yerdədir. On ildən artıqdır ki, SOCAR və Vyetnamın ən böyük enerji şirkətləri “PetroVietnam” və “Vietsovpetro” neftin kəşfiyyatı, təchizatı və emalı sahələrində əməkdaşlığı inkişaf etdirirlər. “Strateji tərəfdaşlığın qurulması haqqında birgə Bəyanat”ın imzalandığı, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüş çərçivəsində Prezident İlham Əliyevin vurğuladığı kimi “neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.”
Azərbaycanın müstəqillik dövründə Vyetnamın neft sənayesinin inkişafına göstərdiyi dəstək də, 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanmış müqavilə də bu təməl üzərində qurulan iqtisadi həmrəylik ruhundan qaynaqlanır.
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

Növbəti xəbər

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

2 həftə əvvəl
Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

3 həftə əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

4 həftə əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

1 ay əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

2 ay əvvəl
Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib
Xüsusi

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

2 ay əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”

8 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

21 saat əvvəl
“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”
Gündəm

“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”

2 gün əvvəl
“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Sən guya anlamırsan ki…” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.