İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 May, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi istiqamətindəki  səylərinə görə 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Dövlətimizin başçısının müəyyənləşdirdiyi strateji xətt ölkəmizin dayanıqlı inkişafı ilə yanaşı, regionda sülhün və sabitliyin bərqərar olmasını təmin edib. İnkişafının yeni mərhələsində inamla addımlayan Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində bütün istiqamətlərdə fundamental dəyişikliklərə, tarixi uğurlara imza atıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, ölkəmizin güclü iqtisadi potensialı formalaşıb, müasir cəmiyyət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə olunub, əhalinin rifahı  əsaslı şəkildə yüksəlib, təhlükəsizlik və müasir ordu quruculuğu sahəsində mühüm nəticələr əldə edilib. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, Azərbaycan regional və qlobal miqyasda strateji əhəmiyyətə malik etibarlı tərəfdaş kimi güclü mövqe qazanıb. “Möhtərəm Prezidentimizin müəyyənləşdirdiyi praqmatik və nəticəyönümlü siyasət nəticəsində ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edən Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini uğurla həyata keçirir. Böyük qayıdış prosesinin ardıcıl və təhlükəsiz şəkildə davam etdirilməsi nəticəsində bu gün 70 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzurda yaşayışı təmin olunub. İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz ən müasir standartlara uyğun şəkildə bərpa olunur”, – deyə deputat əlavə edib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması ölkə rəhbərinin müəyyənləşdirdiyi siyasətin prioritet istiqamətlərindəndir. Azərbaycanda yaradılan əlverişli investisiya mühiti dünyanın ən nüfuzlu şirkətlərinin ölkəmizə olan marağını daha da artırır. Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr bunun əyani təzahürüdür.

Deputat deyib ki, Prezident İlham Əliyev ölkəmizin gələcəyi olan gənclərimizin potensialından səmərəli istifadə olunmasını müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biri kimi müəyyənləşdirib: “Sağlam, vətənpərvər, savadlı gəncliyimizin formalaşması, gənc ailələrin sosial təminatının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınması, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi istiqamətlərində mühüm addımlar atılır. Dövlətimizin başçısının rəhbərliyi ilə bu sahədə görülən işlər nəticəsində Azərbaycan müxtəlif mədəniyyətlərin formalaşdığı, dinlərin qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşadığı nümunəvi ölkə kimi beynəlxalq aləmdə yüksək nüfuz qazanıb”.

Ş.İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə yüksək uğurlara imza atan Azərbaycan bu gün regionun sabit və dayanıqlı inkişafının əsas təminatçısıdır. Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu sülh gündəliyi beynəlxalq birliyin tam dəstəyini qazanıb və bu gün regionumuzda sabitlik, əmin-amanlıq hökm sürür, yeni əməkdaşlıqlar, tərəfdaşlıqlar üçün geniş imkanlar açılır.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də dövlət başçısının ölkəmizdə inkişafın təmin olunmasına, ədalət prinsiplərinə, beynəlxalq hüquqa, qarşılıqlı hörmətə əsaslanan müdrik siyasətinə, sülhün və sabitliyin təmin olunması, mədəniyyətlər və sivilizasiyalar arasında körpülərin qurulması istiqamətində gördüyü işlərə dünya birliyinin verdiyi yüksək qiymətin bariz təzahürüdür.

“Azərbaycan” qəzeti

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

Növbəti xəbər

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib

Əlaqədar Xəbərlər

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

18 saat əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

5 gün əvvəl
Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında
Gündəm

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

6 gün əvvəl
Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir
Gündəm

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

7 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur

7 gün əvvəl
Növbəti xəbər
Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

18 saat əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

4 gün əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.