İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan öz gücü ilə ədaləti bərpa edən və regiona sülh gətirən ölkədir

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Qalib və qüdrətli Azərbaycan bu gün dünyada güclü iqtisadi dayaqlara, qüdrətli orduya, möhkəm beynəlxalq mövqeyə malik ölkə kimi böyük nüfuz qazanıb. Azərbaycanın təşəbbüsü ilə icra olunan layihələr regional və qlobal müstəvidə enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Bütün bunlarla yanaşı, müasir Azərbaycan beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirə olunduğu önəmli platformaların müəllifidir. Beynəlxalq ictimaiyyət də Azərbaycana yüksək hörmət və etimad göstərir, ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib. O bildirib ki, Azərbaycan öz müstəqil xarici siyasəti ilə dünya dövlətləri, mühüm beynəlxalq təsisatlarla sıx əməkdaşlıq əlaqələri qurub: “Azərbaycan 13-cü dəfədir ki, dünyanı düşündürən məsələlərin müzakirəsi üçün mühüm rol oynayan Qlobal Bakı Forumuna ev sahibliyi edir. Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan Foruma diqqət ildən-ilə daha da artır. Dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, elm adamları, ekspertlərin qatıldığı Forum qlobal sistemin üzləşdiyi çağırışlara dair müzakirələrin aparılması, fikir ayrılıqlarının siyasi dialoqlar vasitəsilə aradan qaldırılmasını, sabit, qarşılıqlı hörmətə əsaslanan nizamın formalaşmasını təşviq edir”.

Şahin İsmayılov Azərbaycan dövlətinin işğal altındakı ərazilərini güc vasitəsilə azad edib, siyasi yollarla sülhə nail olduğunu qeyd edib: “Azərbaycan işğal olunmuş əraziləri güc vasitəsilə azad etdi və siyasi yollarla sülhə nail oldu. Ölkəmiz öz gücü hesabına təxminən 30 il davam edən ədalətsizliyə son qoydu, BMT Təhlükəsizlik Şurasının qərarlarını icra etdi. Bu gün ölkəmiz öz gücü ilə tarixi torpaqlarını bərpa edir, böyük quruculuq işlərini həyata keçirir, vətəndaşlarının doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıdışını təmin edir. Eyni zamanda, Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasına nail oldu. İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir təcrübədir.

Sülh gündəliyinin təşviq edilməsi və iqtisadi əməkdaşlıq imkanlarının yaradılması regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir. Ölkəmizin təqdim etdiyi əməkdaşlıq platforması nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə daha geniş coğrafiyada tərəfdaşlıqların möhkəmlənməsinə, sabitliyin davamlı olmasına zəmin yaradır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub

Növbəti xəbər

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

Əlaqədar Xəbərlər

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

7 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

4 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

5 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

5 gün əvvəl
Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan
Gündəm

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

5 gün əvvəl
Növbəti xəbər
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

7 saat əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

22 saat əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.