İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Azərbaycan hər zaman olimpiya oyunlarında yüksək nəticələr əldə etməyə çalışıb

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Cənab prezidentin idmançılarımızla görüşü xüsusi əhəmiyyət daşıyır. Azərbaycan idmançıları da bundan ruhlanaraq ölkəmizi layiqincə təmsil etməyə davam edəcəklər.

Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin gücünün ildən-ilə artması idmanımızın inkişafına da müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

Biz cənab prezidentin həyata keçirdiyi siyasətə baxsaq, ədalət prinsipinin əsas yer tutduğunu görürük. Həm ölkəmizə qarşı ədalətsizliyə, həm dünyadakı ədalətsizliyə qarşı cənab prezident öz mövqeyini ortaya qoyub.

Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bununla qürur duyuruq. Eyni zamanda bu qələbə hər bir Azərbaycan gənci üçün stimul olmalıdır. Biz döyüş meydanındakı qələbəmizi idmanda da, təhsildə də davam etdirməliyik. Bizim qalib xalq olduğumuzu artıq bütün dünya qəbul edir.

Bu gün Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edir. Hesab edirəm ki, cənab prezidentin idmançılarımızla görüşü xüsusi əhəmiyyət daşıyır. Cənab prezidentin bu cür tədbirlərdə iştirakı və idmançıları mükafatlandırması bu baxımdan önəm daşıyır. Şübhəsiz ki, Azərbaycan idmançıları da bundan ruhlanaraq ölkəmizi layiqincə təmsil etməyə davam edəcəklər.

Cənab prezident idmançılarla görüşdə gələn il Azərbaycanın növbəti böyük idman yarışına, MDB oyunlarına ev sahibliyi edəcəyini bildirdi. Ümumilikdə bu oyunların 14 şəhərdə keçirilməsi nəzərdə tutulub. 7 min idmançının iştirakı gözlənilən üçüncü MDB oyunlarının mərkəzi kimi Gəncə şəhəri seçilibdir. Gəncədə yeni stadion inşa edilir və oyunlara qədər hazır olacaq. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Əminik ki, idmançılarımız dövlət başçımızın yaratdığı bu şəraiti layiqli qiymətləndirərək yaxşı nəticələr göstərəcəklər.

Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir.

Azərbaycanda bir çox mötəbər Avropa Oyunları keçirilmişdir. İslam Həmrəylik oyunlarına, COP29 beynəlxalq iqlim konfransına da Azərbaycanın necə yüksək səviyyədə ev sahibliyi etməsinə bütün dünya şahid oldu. İnanırıq ki, bu dəfə də Azərbaycan üçüncü MDB oyunlarının yüksək şəkildə təşkili üçün çalışacaq və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil eədərək bizləri sevindirəcək. Prezident ­İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür

Növbəti xəbər

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, gənclər siyasətinin xüsusi rolu vardır

Əlaqədar Xəbərlər

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

2 gün əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

3 gün əvvəl
“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

1 həftə əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

2 həftə əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

2 həftə əvvəl
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
Xüsusi

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

4 həftə əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, gənclər siyasətinin xüsusi rolu vardır

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

2 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

2 gün əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

3 gün əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.