İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 İyul, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

2 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan ilə Fələstin arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq modeli kimi diqqət çəkir. Bu əlaqələrin əsas xüsusiyyətlərindən biri siyasi dialoqla yanaşı, humanitar həmrəyliyin və qarşılıqlı etimadın da davamlı şəkildə qorunmasıdır.

 

Azərbaycan xalqı və dövləti hər zaman Fələstin xalqının yanında olub, ona dost və qardaş dəstəyi göstərib. Rəsmi Bakı Fələstin məsələsində beynəlxalq hüquqa əsaslanan ardıcıl mövqe nümayiş etdirərək BMT-nin qəbul etdiyi qərarlara uyğun “iki dövlət” prinsipini dəstəkləyir. Bu yanaşma Azərbaycanın xarici siyasətində beynəlxalq hüquqa və ədalətli həll mexanizmlərinə verdiyi önəmin ifadəsidir.

 

Son illərdə iki ölkə arasında siyasi əlaqələr daha da intensivləşib. Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana səfəri bu baxımdan mühüm hadisələrdən biri hesab oluna bilər. Səfər çərçivəsində Prezident İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşlərdə siyasi münasibətlər, iqtisadi əməkdaşlıq, humanitar layihələr və parlamentlərarası əlaqələrin inkişaf perspektivləri geniş müzakirə edildi. Bu görüşlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi mesaj kimi dəyərləndirilə bilər.

 

Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsi münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərir. Bununla yanaşı, Azərbaycanın Fələstində məktəb tikintisini həyata keçirməsi və mütəmadi humanitar yardım göstərməsi münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, real layihələr və sosial təşəbbüslərlə dəstəkləndiyini nümayiş etdirir. Bu addımlar Fələstin xalqı ilə həmrəyliyin konkret ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.

 

Azərbaycan müsəlman dünyasının ayrılmaz bir hissəsi kimi İslam həmrəyliyinin möhkəmləndirilməsinə daim xüsusi önəm verib. İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olaraq ölkəmiz müsəlman dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı dəstəyin artırılması və ümumi problemlərin birgə həlli istiqamətində ardıcıl fəaliyyət göstərir. Fələstin məsələsində nümayiş etdirilən prinsipial mövqe də bu siyasətin mühüm tərkib hissəsidir.

 

Təsadüfi deyil ki, Fələstin xalqı və onun siyasi rəhbərliyi Prezident İlham Əliyevin nümayiş etdirdiyi qardaşlıq mövqeyini və Azərbaycanın humanitar təşəbbüslərini yüksək qiymətləndirir. Qarşılıqlı etimad, siyasi iradə və ortaq dəyərlər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradır.

 

Mövcud dinamika göstərir ki, Azərbaycan–Fələstin əlaqələri gələcək dövrdə daha da genişlənəcək. Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın inkişafı, humanitar layihələrin artırılması və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi münasibətlərin yeni məzmun qazanmasına şərait yaradacaq. Bunun üçün həm güclü siyasi iradə, həm də formalaşmış etibarlı tərəfdaşlıq mövcuddur.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir

Əlaqədar Xəbərlər

Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

6 gün əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

1 həftə əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

3 həftə əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

4 həftə əvvəl
Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib
Xüsusi

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

1 ay əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

2 ay əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

2 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir

23 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

23 saat əvvəl
ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb
Gündəm

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.