İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanın yeni strateji nəqliyyat qapısı – Zəngilan

2 gün əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusuşanlı Vətən müharibəsində parlaq Qələbə qazanaraq otuzillik işğala son qoydu. Vətən müharibəsinin hər bir günü müasir tariximizə qızıl hərflərlə yazıldı.

Dövlətimizin başçısı 2020-ci il 20 oktyabr tarixində Zəngilanın işğaldan azad edilməsi ilə bağlı xəbəri xalqa çatdıraraq, şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə daxil olduğunu, yaşayış məntəqələrinin azad olunduğunu bildirdi. Bu, uzun illər məcburi köçkün həyatı yaşayan zəngilanlıların Vətən həsrətinə son qoyan xəbər idi.

1993-cü ilin oktyabrında 67 gün tam mühasirə şəraitində ermənilərlə döyüşən zəngilanlılar doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdılar. 235 nəfər şəhid və itkin verən zəngilanlılar uzun illər respublikamızın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşadılar.

İşğal illərində rayonun bütün kəndlərinin, infrastruktur obyektlərinin, tarixi və dini abidələrinin erməni vandalizminə məruz qaldığını qeyd edən Şahin İsmayılov məscid, türbə, ziyarətgah və qədim yaşayış yerlərinindağıdıldığını, təhqir olunduğunu diqqətə çatdırıb.

Bu gün digər işğaldan azad olunmuş torpaqlarımız kimi Zəngilanda da nəhəng quruculuq işlərinin həyata keçirilib. Zəngilan  “Böyük Qayıdış” proqramının aparıcı mərkəzlərindən biridir. Bütün bərpa-quruculuq işləri “ağıllı kənd” və “ağıllı şəhər” prinsipləri əsasında aparılır. Zəngilanın Ağalı kəndi Azərbaycanın ilk “ağıllı kəndi”dir.

Kənddə 200 müasir ev, məktəb, bağça, tibb məntəqəsi, sosial obyektlər, “ASAN”, “DOST” və KOB  xidmətləri fəaliyyət göstərir. Bu gün Ağalı kəndindəümumilikdə 871 nəfər olmaqla 175 ailə məskunlaşıb.

Əhalinin məşğulluğu üçün tikinti, xidmət, kənd təsərrüfatı və biznes sahələrində iş yerləri yaradılıb. Kənd tam “ağıllı” idarəetmə sistemi ilə təchiz olunub. Enerji təminatı üçün Həkəri çayı üzərində Arximed tipli mini su elektrik stansiyası və günəş panelləri quraşdırılıb.

“2023-cü ildə Nazirlər Kabineti tərəfindən Zəngilan şəhərinin 2040-cı ilədək Baş Planı təsdiqlənib. Şəhərdə müasir yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, sosial və inzibati binalar, geniş yollar və parklar inşa edilir. Ölkəmizin hər bir bölgəsində olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da tarixi və dini abidələrimizin bərpasına xüsusi diqqət ayıran Heydər Əliyev Fondu tərəfindən XIX əsrə aid Zəngilan şəhər məscidi yenidən inşa edilib.

Zəngəzur dəhlizi üzərində yerləşən Zəngilanda Beynəlxalq Hava Limanının istifadəyə verildiyini, Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun və Zəngilan–Horadiz avtomobil yolununsürətlə inşa edildiyini bildirən komitə sədri qeyd edib ki, icra olunan layihələr Zəngilanın mühüm nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da artıracaq.

“Beləliklə, yenidən qurulan Zəngilan müasir və qüdrətli Azərbaycanın rəmzidir. Zəngilanlılar bundan sonra sürətlə inkişaf edən doğma torpaqlarında sülh və rifah şəraitində əbədi yaşayacaq, ölkəmizin davamlı tərəqqisinə töhfə verəcəklər.

 

Şahin İsmayılov

Milli Məclisin deputatı

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Füzuli şəhər gününü doğma Füzulidə qeyd etmək başqa bir sevincdir

Növbəti xəbər

Zəngilan mühüm nəqliyyat qovşağıdır

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

20 dəqiqə əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

26 dəqiqə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

1 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Azərbaycan və Qazaxıstan prezidentlərinin fəal siyasi dialoqu iki ölkə münasibətlərinin inkişafında mühüm rola malikdir

20 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir

22 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Zəngilan mühüm nəqliyyat qovşağıdır

22 saat əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Zəngilan mühüm nəqliyyat qovşağıdır

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

17 dəqiqə əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

20 dəqiqə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

24 dəqiqə əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

26 dəqiqə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

1 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.