İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Oktyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Azərbaycan-Tacikistan münasibətləri bu gün də davam etməkdədir

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü baş tutdu.

Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Tacikistan Prezidenti İmaməli Rəhmanın Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Tacikistan hər zaman Azərbaycanın yürütdüyü siyasəti beynəlxalq səviyyədə dəstəkləyib. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir.

Prezident Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri ərəfəsində – mayın 20-də Bakıda Azərbaycan-Tacikistan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycanın və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş etdirilib, müxtəlif iqtisadi subyektlər arasında yeni əməkdaşlıqlar müzakirə olunub. Biznes-forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.

Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Hazırda iki ölkə arasında dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında mədəni əlaqələr yüksək dinamikliyi ilə səciyyələnir.  Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir.

Bundan başqa İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır.

Bu çox sevindirici haldır ki, bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Bu isə uzun illər boyu qarşılıqlı əməkdaşlıq etdiyimiz, dost olduğumuz, birlikdə qurub-yaratmış olduğumuz xalqlarla birgə fəaliyyətimizin sayəsində mümkün olmuşdur.

Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İnanırıq ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qürur günü

Növbəti xəbər

Xalq Cümhuriyyətinin varisi

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

1 həftə əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

4 həftə əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

2 ay əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

3 ay əvvəl
Növbəti xəbər
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerji sahələrinə diqqətinin göstəricisi

Xalq Cümhuriyyətinin varisi

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ikitərəfli münasibətlər

3 gün əvvəl
Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır
Gündəm

Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır

3 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Füzulinin azadlığı Zəfərimizin təzahürüdür

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.