İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 İyul, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə İqtisadiyyat

Azərbaycan Respublikasının önəmli iqtisadi əlaqələri mövcuddur

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sirr deyil ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi düzgün inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən islahatlar, ilk növbədə, ölkənin dinamik sosial-iqtisadi inkişafına və şaxələnməsinə imkan yaradır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat, infrastruktur və logistika sahələrində reallaşdırılan transmilli layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, eyni zamanda xarici sərmayədarların da diqqətini ölkəmizə cəlb edir. İşğaldan azad olunan rayonlarımızda – Füzuli, Zəngilan və Laçında tikilən beynəlxalq hava limanları, Ələt Azad İqtisadi Zonası, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Dəniz Ticarət Limanı bu istiqamətdə reallaşdırılan uğurlu layihələrdir. Son dövrlərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində, Azərbaycanın dünya ölkələri ilə iqtisadi əlaqələri getdikcə daha böyük miqyas alır. İqtisadiyyatının davamlı inkişafını və rəqabət qabiliyyətini artırmaq, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyini gücləndirmək, həmçinin, çoxşaxəli nəqliyyat infrastrukturunu yaratmaq dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şübhəsiz ki, 2021-ci ildə ölkə başçısı, cənab İlham Əliyev tərəfindən təməli qoyulan, yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək məqsədilə yaradılan Ələt Azad İqtisadi Zonası böyük həcmdə dividendlər gətirməklə, ölkəmizin Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirəcəkdir. Bu mənada, xarici investorları Azərbaycana cəlb etmək və onların yerli şirkətlərlə əməkdaşlığına imkan yaratmaqla dinamik inkişaf edən dayanıqlı iqtisadiyyata nail olmaq qarşıya qoyulan əsas hədəflərdəndir. Azad İqtisadi Zonanın yaradılmasında da əsas məqsəd, ilk növbədə, xaricdən ölkəmizə investisiyalar cəlb etməkdir ki, bu da ölkə iqtisadiyyatının inkişafında mühüm şərtdir. Bu baxımdan, Ələt Azad İqtisadi Zonanın yaradılması uzaqgörən siyasətin təzahürü kimi böyük əhəmiyyət kəsb edir. Ələt Azad İqtisadi Zona yaxın gələcəkdə Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika və nəqliyyat mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcəkdir. Bununla yanaşı, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla, azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafını, rəqabət qabiliyyətini yüksəldəcək və nəqliyyat infrastrukturunun fəaliyyətinin çoxşaxəliliyini təmin etməklə ölkəmizin ticarət dövriyyəsini artıracaqdır. Xəzər dənizinin ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə beynəlxalq yüklərin daşınmasında mühüm rol oynayır. Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri olan bu liman Azərbaycanın infrastrukturunun yeni istiqamətlər üzrə inkişafını təmin etməklə yükdaşımaların həcmini artıracaqdır. Dövlət başçısının 2007-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq, eləcə də, 2010-cu il noyabr ayının 3-də ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən təməli qoyulan və 2014-cü ildə açılışı həyata keçirilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının layihəsinin birinci mərhələsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil, dəmir yolları, o cümlədən digər qurğular, infrastruktur obyektlərinin, binaların tikintisinə başlanmışdır. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir, böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaratmışdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkəmizi qərbdə Avropa İttifaqı ölkələri ilə Türkiyə, cənubda İran və Hindistan, şimalda isə, Rusiya ilə birləşdirən mühüm iqtisadi əhəmiyyətə malik nəqliyyat qovşağıdır. Ölkə iqtisadiyyatının dinamik inkişafında, ixracın artırılmasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı böyük əhəmiyyətə malikdir. Belə ki, bu nəqliyyat infrastrukturu Azərbaycanın bütün bölgələrinin daha yaxşı inteqrasiyasına şərait yaratmaqla, regionda biznes mühitinin inkişafına əlavə təkan verəcəkdir. Bu gün, respublikamızda nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın tranzit potensialının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkəmizin iqtisadiyyatına yeni investisiyalar qoyulur və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirir…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir

Növbəti xəbər

“Məsafədən iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması” layihəsinin icrasına davam edir

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
İqtisadiyyat

Azərbaycan ixrac coğrafiyasını genişləndirir

4 həftə əvvəl
Bakıda “Turan e-ticarət və e-ixracat Forum”u keçiriləcək
İqtisadiyyat

Bakıda “Turan e-ticarət və e-ixracat Forum”u keçiriləcək

11 ay əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
İqtisadiyyat

Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artacaq

1 il əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
İqtisadiyyat

Ceyhun Məmmədov: Bu Layihə ölkəmiz üçün çox faydalı olacaq

1 il əvvəl
“AQAT-Silver” böyüməkdə davam edir – FOTOLAR
İqtisadiyyat

“AQAT-Silver” böyüməkdə davam edir – FOTOLAR

1 il əvvəl
Yeni hava limanı yaradılır | Qurum sədrindən açıqlama
İqtisadiyyat

Yeni hava limanı yaradılır | Qurum sədrindən açıqlama

2 il əvvəl
Növbəti xəbər
“Məsafədən iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması” layihəsinin icrasına davam edir

“Məsafədən iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması” layihəsinin icrasına davam edir

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Bakının ən gözəl yerində Özbəkistan parkı açılacaq

6 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

6 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır – RƏY

7 saat əvvəl
Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

2 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.