İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyul, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Danimarkanın aparıcı qlobal səhiyyə şirkəti “Novo Nordisk” Azərbaycanda mühüm bir mərhələni qeyd edərək piylənmə ilə yaşayan insanlar üçün “Live Lighter – Az çəki, çox həyat” kampaniyasını Bakı Konqres Mərkəzində keçirilən xüsusi media konfransında təqdim edib.

İnformasiya.az xəbər verir ki, tədbir səhiyyə liderlərini, dövlət qurumlarının nümayəndələrini, media təmsilçilərini və ictimaiyyət nümayəndələrini bir araya gətirərək piylənmənin tibbi, sosial və ictimai səhiyyə baxımından təsirlərinin müzakirəsinə həsr olunub.

Qlobal miqyasda olduğu kimi, Azərbaycanda da yayılma səviyyəsi artmaqda olan piylənmə hələ də çox vaxt yalnız şəxsi məsuliyyət və həyat tərzi seçimi kimi qiymətləndirilir. Piylənmə 200-dən çox tibbi vəziyyətlə, o cümlədən 2-ci tip şəkərli diabet və ürək-damar xəstəlikləri ilə yaxından əlaqələndirilir. Bu hallar insanların sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərir.

Bu kontekstdə “Novo Nordisk” orijinal semaqlutid tərkibli yeni GLP-1 preparatının Azərbaycanda istifadəyə təqdim olunduğunu bildirir. Preparatın ölkəmizdə əlçatan olması həkim nəzarəti altında müalicə imkanlarını genişləndirə bilər. Yeni preparat piylənmə ilə yaşayan insanlar üçün nəzərdə tutulub və həftədə 1 dəfə istifadə edilir. Preparatın istehsal prosesi Danimarkada yerləşən, beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış nüfuzlu istehsal müəssisələrində həyata keçirilir və ABŞ Qida və Dərman Administrasiyası, Avropa Dərman Agentliyi daxil olmaqla aparıcı qlobal tənzimləyici orqanlar tərəfindən təsdiqlənib. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də rəsmi təsdiqini almışdır.

Orijinal semaqlutid həm klinik tədqiqatlarda, həm də real klinik praktikada geniş şəkildə öyrənilib və bu günədək dünyada 49 milyondan çox istifadə təcrübəsinə malikdir.

Tədbirdə çıxış edən Danimarkanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Ole Toft səhiyyə sahəsində daha yaxşı nəticələrə nail olmaq üçün tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib: “Piylənmə kimi kompleks sağlamlıq problemlərinin həlli əməkdaşlıq, innovasiya və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş ortaq öhdəlik tələb edir. Danimarka səhiyyə innovasiyaları sahəsində güclü irsə malikdir və bu təcrübənin Azərbaycanın səhiyyə mühitində mənalı irəliləyişə töhfə verdiyini görmək sevindiricidir.”

“Piylənmə artıq səhiyyə müzakirələrinin kənarında qalmamalıdır,” – deyə “Novo Nordisk”in Azərbaycan üzrə rəhbəri Şule Erdim Ersoy bildirib. “Uzun müddət piylənmə yalnız iradə məsələsi kimi təqdim olunub. Halbuki elm bunun daha mürəkkəb tibbi vəziyyət olduğunu göstərir.  “Novo Nordisk” diabet sahəsində 100 ildən artıq təcrübəyə və ciddi xroniki xəstəliklərin müalicəsində dərin biliklərə malik qlobal səhiyyə lideridir. Şirkət həmçinin piylənmə sahəsində üç onillikdən artıq müddətdə məqsədyönlü elmi tədqiqatlar aparır. Bizim üçün bu, yeni bir istiqamət deyil. Bu, elmə, məsuliyyətə və pasiyent təhlükəsizliyinə əsaslanan uzunmüddətli öhdəlikdir.”

EASO ECN-in Azərbaycan üzrə İdarə Heyətinin üzvü, piylənmə müalicəsi üzrə mütəxəssis həkim Emil Hidayətli bildirib: “Bir çox pasiyent üçün piylənmə və artıq çəki sadəcə həyat tərzi seçimlərinin nəticəsi deyil. Heç kim bu vəziyyəti özü seçmir — bu bir xroniki haldır. Hər pasiyentin yolu fərqlidir və bir çox insan üçün çəkinin idarə olunması bioloji səbəblərə görə çətin olaraq qalır. Piylənmə ilə yaşayan insanları həkimləri ilə danışmağa və peşəkar tibbi dəstək almağa təşviq edirəm.”

“Novo Nordisk” Azərbaycanın Tibbi Meneceri Aytən Aslanovanın sözlərinə görə semaqlutid tərkibli GLP-1 preparatı piylənmənin müalicəsində yalnız çəki azalmasına deyil, xəstəliyin daha kompleks idarə olunmasına yönəlmiş elmi əsaslı yanaşmanı təmsil edir: “Klinik tədqiqatlar semaqlutidin bədən çəkisinin əhəmiyyətli və davamlı azalmasına kömək edə biləcəyini, həmçinin müəyyən pasiyent qruplarında ürək-damar sağlamlığı baxımından əlavə klinik faydalar göstərdiyini ortaya qoyur.”

“Novo Nordisk” haqqında

“Novo Nordisk” 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir. Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.

“Novo Nordisk” Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərir. Şirkət Azərbaycanda diabet və xroniki xəstəliklərlə bağlı maarifləndirmə və müalicə imkanlarının inkişafına dəstək verir. Bu gün “Novo Nordisk” həmin uzunmüddətli təcrübə və elmi əsaslı yanaşmanı piylənmə ilə mübarizə sahəsinə də tətbiq etməklə Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.

 









PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

Növbəti xəbər

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

Əlaqədar Xəbərlər

Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

2 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

14 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

1 həftə əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

4 həftə əvvəl
Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

4 həftə əvvəl
Növbəti xəbər
Deputat növbəti hesabat jurnalını təqdim edib

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

23 dəqiqə əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

27 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir

31 dəqiqə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

2 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.