Azərbaycan artıq ikinci dəfədir ki Şanxay əməkdaşlıq təşkilatının zirvə görüşünə dəvət edilir. Bu olduqca önəmli və vacib məsələdir ki artıq Azərbaycan bu mötəbər tədbirə bir neçə dəfədir ki dəvət olunur.
Heç şübhəsiz ki, bu Azərbaycanın nüfuzunun və gücünün artmasının göstəricisidir. Bu gün dünyanın bütün dövlətləri və bütün beynəlxalq təşkilatları Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar və bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlərin və addımların açıq aydın atıldığının şahidiyik.
Bu mənada Azərbaycanın burda iştirakı xüsusi önəm daşıyır. Bu gün Azərbaycan Şanxay əməkdaşlıq təşkilatına üzv ölkələrlə çox sıx əməkdaşlıq edir və bu əlaqələr günü gündən daha da güclənir və möhkəmlənir. Azərbaycan bu təşkilata üzv ölkələrlə iqtisadi sahədə də əməkdaşlıq edir və Azərbaycanın yerləşdiyi bölgə də bu dövlətlərdə istehsal olunan xammalın Azərbaycandan keçməklə xarici ölkələrə daşınması üçün çox geniş perspektivlər və imkanlar yaradır.
Məhz bu əlaqələrin genişlənməsini və daha da sürətli formada inkişaf etməsini nəzərə alaraq Azərbaycan Ələt dəniz limanın imkanlarını daha da genişləndirir. Azərbaycan yeni gəmilər istehsal edir və eyni zamanda burdan yükdaşıma imkanlarının genişləndirilməsi üçün çox ciddi və ardıcıl addımlar atır. Bu gün Azərbaycan qeyd etdiyimiz kimi bu ölkələrdə istehsal olunan malların xaricə daşınmasında da çox mühüm rol oyanayan ölkəyə çevrilmişdir. Azərbaycan təbii ki bütün dövlətlərlə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda əlaqələrin daha da güclənməsində maraqlıdır və bu barədə addımlar atır.
Bu da onu deməyə imkan verir ki Azərbaycan qısa müddətdə öz imkan və potensialını daha da gücləndirəcək və inkişaf etdirəcək. Bu gün Azərbaycan bölgənin loqistika mərkəzlərindən birinə çevrilir. Bu gün dünyada yükdaşıma məsələsi çox önəmli məsələdir və dünya ölkələri öz istehsal etdiyi məhsulları müxtəlif yerlərə ixrac etmək üçün addımlar atırlar və Azərbaycanın da bu sahədə potensialı və imkanları çox genişdir və bir sıra dövlətlər də bu imkanlardan və potensialdan yararlanmağa çalışırlar.
Bu mənada Cənab Prezidentin Astanaya səfəri və burdakı çıxışı, verdiyi mesajlar xüsusilə ciddi önəm daşıyan məsələləri özündə ehtiva edir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov