İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Mart, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib

4 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan ilə Mərkəzi Asiya ölkələrini dərin tarixi köklər, ortaq mədəni irs, mənəvi dəyərlər birləşdirir. Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişlənməsinə daim xüsusi önəm verib və bu ölkələrlə əməkdaşlığı xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov “Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, intensiv siyasi dialoq, müxtəlif platformalarda və ikitərəfli əsasda reallaşan təmaslar ölkələr arasında əməkdaşlığın möhkəmlənməsində həlledici rol oynayır. Bu xüsusda Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı ölkəmiz ilə bu regionun dövlətləri arasında əlaqələrin genişlənməsi baxımından xüsusi  əhəmiyyət kəsb edir.

Ş.İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə  müsahibəsində də qeyd edildiyi kimi, ilk baxışda Xəzər dənizi Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, əslində, mühüm birləşdirici amildir: “Bu gün Xəzər dənizi sadəcə coğrafi anlayış deyil, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlıq gündəliyində Orta dəhliz layihəsi əsas diqqət mərkəzindədir. Bu layihə region ölkələri üçün yeni iqtisadi və logistika imkanları açaraq Azərbaycanı Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevirir”.

Komitə sədri xatırladıb ki, Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Azərbaycan Prezidentinin də iştirakı ilə dost və qardaş Özbəkistanda baş tutub. Özbəkistan Azərbaycan üçün müttəfiq ölkədir. Xüsusən ölkə prezidentlərinin birgə səyləri nəticəsində son illər əlaqələr sürətlə genişlənir. Həm ikitərəfli, həm də regional formatlarda əməkdaşlıq qardaş xalqlarımızı daha da yaxınlaşdırır. Özbəkistan hökuməti adından Füzulidə məktəbin inşası əsl qardaşlıq nümunəsi, xalqlarımız arasındakı sarsılmaz dostluğun tarixi ifadəsidir.

Şahin İsmayılovun sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətlərində iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsi üzrə davamlı iş aparılır. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. “Eyni zamanda ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb ki, bu şirkət həm qardaş ölkələrimizdə, həm də digər dövlətlərdə investisiyalar yatırmaq imkanına malikdir. Beləliklə, qarşılıqlı sərmayə layihələrinin genişlənməsi, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və xidmət sektorlarında mövcud əməkdaşlıq qısa müddət ərzində real nəticələr verir. Xankəndidə yaradılan tikiş fabriki isə bu əməkdaşlığın həm iqtisadi, həm də sosial məzmun daşıdığını nümayiş etdirir”, – deyə Ş.İsmayılov əlavə edib.

“Azərbaycan” qəzeti

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan-Mərkəzi Asiya münasibətləri: Strateji tərəfdaşlığın dərinləşməsi – Şərh

Növbəti xəbər

Azərbaycan–Özbəkistan münasibətlərinin tarixi kökləri

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

7 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

1 həftə əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

1 həftə əvvəl
Növbəti xəbər
Parlaq qələbələr

Azərbaycan–Özbəkistan münasibətlərinin tarixi kökləri

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

4 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

7 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

7 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

7 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.