İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Fevral, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2025-ci ilin noyabrında Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyi (UzA) ilə geniş müsahibə verərək, Azərbaycan–Özbəkistan münasibətlərinin cari vəziyyəti, regional əməkdaşlıq və gələcək perspektivlər haqqında dərin fikirlərini bölüşüb. Bu müsahibə, ölkələr arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə dair bir sıra mühüm mesajlar daşıyır.Prezident Əliyev bildirib ki, tezliklə Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bu, onun üçüncü belə zirvə görüşü olacaq — əvvəlkiləri Düşənbə (2023) və Astana (2024) şəhərlərində keçirilmişdir. Xüsusilə diqqət çəkən məqamlardan biri, Xəzər dənizinin region xalqları üçün yalnız fiziki məsafə amili kimi deyil, eyni zamanda strateji körpü funksiyasını yerinə yetirməsidir. Əliyev vurğulayıb ki, Xəzər dənizi xalqlarımızın birliyi, iqtisadi potensialı və mədəni əlaqələri üçün mühüm simvoldur.  Prezident Əliyevin sözlərinə görə, Azərbaycanla Özbəkistan arasındakı münasibətlər “ən yüksək – müttəfiqlik” səviyyəsindədir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrin dərinləşməsi qarşılıqlı iqtisadi fəaliyyətin artması ilə müşayiət olunur. Bu uğurun təməli şaxələndirilmiş ticarət yollarının inkişafındakı və regional sabitliyin gücləndirilməsindəki ortaq maraqdır. Son illərin məlumatları iqtisadi əlaqələrdə yeni bir dövrün başlanğıcından xəbər verir. Belə ki, ötən il Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon dollara çatıb. Cari ilin birinci yarısında ticarət dövriyyəsi 501 milyon dollara çatmaqla artmağa davam edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Cari ilin yanvar-may aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 118,479 milyon ABŞ dolları təşkil edib. Azərbaycanla Özbəkistan arasındakı əmtəə dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artıb. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,5 dəfə artıb. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 99,1 faiz artıb.

Şaxələndirilmiş nəqliyyat-logistika infrastrukturunun inkişafı əməkdaşlığın ən vacib amillərindən biridir. Azərbaycan Qərb bazarlarına çıxış əldə etmək istəyən Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə kimi çıxış edir. Ölkəmizin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda və Orta Dəhlizdə fəal iştirakı strateji əhəmiyyətə malikdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və geniş ticarət donanması da daxil olmaqla, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bu marşrutun əsas halqasıdır. Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu artıq nəzərəçarpacaq nəticələr verir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında tranzit daşımaların həcmi 2024-cü ildə 1,3 milyon tonu ötüb və 2023-cü illə müqayisədə 18 faizdən çox artım olub. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm nəqliyyat mübadiləsində davamlı dinamik artım nümayiş etdirərək bir milyon tona yaxınlaşıb.

Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiyanın bütün ölkələrinə yüksək dividendlər gətirəcək, onların Türkiyəyə, daha sonra isə Avropaya çıxış imkanlarını genişləndirəcək amil kimi qiymətləndirilir.

Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində Zəngəzur dəhlizinin açılmasının bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini deyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq enerji sektorunda da genişlənir. Dayanıqlı inkişafa qlobal keçid şəraitində Azərbaycan enerji təhlükəsizliyi və bərpaolunan mənbələrin inkişafı məsələlərində əsas tərəfdaş kimi çıxış edir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar. Bu, regionun davamlı inkişafı çərçivəsində enerji əməkdaşlığının gücləndirilməsi üçün yeni perspektivlər açır.

Azərbaycan güclü daxili potensiala, böyük enerji təchizatçısı statusuna və fəal çoxvektorlu diplomatiyaya arxalanaraq, beynəlxalq nüfuzunu yüksək səviyyəyə çatdırıb. Xüsusilə Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və yaşıl enerji sahəsində intensiv siyasi təmaslar, strateji iqtisadi layihələr ölkəmizin Şərqlə Qərb arasında əsas geoiqtisadi və siyasi körpü rolunu artırır.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Tarixin dönüş nöqtəsi

Növbəti xəbər

Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır

Əlaqədar Xəbərlər

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi
Gündəm

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi

9 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib

10 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Ceyhun Məmmədov: Gənclərimiz dövlətimizin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

11 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Gənclərin beynəlxalq təmsilçiliyinə dəstək

11 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Gəncliyə verilən dəyərin təcəssümü

15 saat əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi
Gündəm

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi

9 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib

10 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Ceyhun Məmmədov: Gənclərimiz dövlətimizin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

11 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Gənclərin beynəlxalq təmsilçiliyinə dəstək

11 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.