İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Noyabr, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır

3 gün əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Ölkə başçısı cənab İlham Əliyev dilimizə böyük sevgi, diqqət və qayğısının bariz ifadəsi olaraq bildirmişdir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”.

Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir. Ümumiyyətlə, ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Hər bir xalqın milli- mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun ana dilidir və dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Müstəqillik dövrünün Azərbaycan dilinin müasir inkişaf mərhələsinin başlanğıcı olduğunu diqqətə çatdıran deputat bildirib ki, xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.

Azərbaycan dilinin saflığının qorunması milli kimliyimizin əsas təminatıdır. Dilin saflığı hər bir xalqın milli varlığının, mənəvi irsinin və mədəni bütövlüyünün əsas göstəricisidir. Azərbaycan dili — xalqımızın düşüncə tərzini, dünyagörüşünü, tarixini və milli kimliyini özündə daşıyan müqəddəs bir dəyərdir. Bu dil əsrlər boyu böyük sınaqlardan keçmiş, xalqımızın milli şüurunun formalaşmasında, ədəbi və elmi fikrin inkişafında aparıcı rol oynamışdır. Azərbaycan dilinin saflığının qorunması məsələsi bu gün təkcə dilçilərin və ədəbiyyat adamlarının deyil, bütün cəmiyyətin — dövlətin, alimlərin, müəllimlərin, jurnalistlərin və hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir. Prezident cənabnİlham Əliyevin də qeyd etdiyi kimi: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdı. Əgər biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.”

Bu çağırış təkcə dil məsələsi deyil, həm də milli təhlükəsizlik və mədəni müstəqillik məsələsidir. Çünki dilin yad təsirlər qarşısında zəifləməsi, onun saflığının pozulması milli düşüncənin parçalanmasına, mədəniyyətin bərbad olmasına səbəb ola bilər. Azərbaycan dili xalqımızın mədəni varlığının əsas sütunudur. Bizim klassik ədəbiyyatımız, dastanlarımız, bayatılarımız, atalar sözlərimiz və müasir yazılı irsimiz bu dilin saflığı sayəsində qorunub və nəsildən-nəslə ötürülüb. Hər bir xalqın dili onun ruhudur; ruhsuz xalq isə tarix səhnəsində öz varlığını uzun müddət qoruya bilməz. Bugünkü qloballaşma dövründə dünya dilləri bir-birinə daha çox təsir göstərir. İnformasiya texnologiyalarının, sosial medianın və kütləvi mədəniyyətin sürətli yayılması nəticəsində Azərbaycan dilinə də çoxlu sayda yad kəlmələr daxil olur. Bu proses bəzən dilin lüğət tərkibini zənginləşdirsə də, çox hallarda onun orijinallığını və təbii ifadə imkanlarını zəiflədir. Buna görə də dövlət səviyyəsində dilin qorunması, normativ qaydalarının möhkəmləndirilməsi, ədəbi dilin saflığının təmin olunması mühüm vəzifədir.

 

Niyaməddin Əsgərov

 

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq

Növbəti xəbər

Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalq, iqtidar və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı

2 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq

3 gün əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Şahin İsmayılov: Azərbaycan elminin müasir çağırışlara cavab verən inkişafı dövlət siyasətinin prioritetidir

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Deputat: Milli dəyərimiz olan dilimizi hər zaman qorumalıyıq

3 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

AMEA-nın 80 illik tarixi və rolu

3 gün əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalq, iqtidar və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı

2 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.