İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 İyun, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan cəmiyyəti, artıq öz mövqeyini ortaya qoyub

5 ay əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sirr deyil ki, intibah yolunda olan hər bir xalq dünya reallığına nəzərən gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün, ilk növbədə zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. Belə ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində, müstəqilliyin ilk illərində ölkədə baş verən siyasi-iqtisadi böhranı aradan qalxmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Bu gün, müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayan Azərbaycan dövləti, bütün istiqamətlərdə özünün qazandığı möhtəşəm uğurlara görə, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevə borcludur. Təbii ki, Azərbaycan dövlətinin iqtisadi-sosial inkişafı, iqtisadi təhlükəsizlik və dünya inteqrasiya sisteminə daxil olması dayanıqlı inkişaf strategiyasını əhatə edir. Bu baxımdan inkişafın əsas amili insan kapitalı, onun davranışı iqtisadi fəaliyyəti və maddi-mənəvi resursların artımına təsir edən bacarıqlı sistemi təşkil edir. Azərbaycan dövlətinin müstəqillik illərinin uğuru respublikamızın heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini müdafiə etməsidir. Müxtəlif dövrlərdə insanların tələbat sistemi, insan kapitalının formalaşması müasir şəraitdə strateji planlaşdırma və idarəetmə sisteminin meyarı olaraq istifadə olunur. Əsasını Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan davamlı inkişaf strategiyası, müstəqil Azərbaycan dövlətinin siyasi və iqtisadi simasını müəyyən edir. Sürətli intibah yolunda qarşıya qoyulan hədəflərə inamla yetişən bütün sahələrdə respublikamızı beynəlxalq aləmdə ildən-ilə möhkəmləndirir və ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsi, təşkilatçılığı və bilavasitə rəhbərliyi Azərbaycanda formalaşdırılan, reallaşdırılan milli iqtisadi inkişaf modelinin prinsiplərində transformasiya dövrünü yaşayan ölkələrdə zərurətini, əhəmiyyətini sübut edir. Azərbaycanın qlobal və regional proseslərə fəal qoşulması müasir dövrdə ölkəmizin milli xüsusiyyətlərini, iqtisadi gerçəkliklərini, ölkənin təbii-maddi əmək resurslarından səmərəli istifadə edilməsi əlverişli investisiya, innovasiya, eləcə də, sahibkarlıq mühitini yaratmaqla milli iqtisadiyyatın inkişafına nail olması, məhz Heydər Əliyev iqtisadi modelinin fundamental prinsiplərindəndir. Azərbaycanın bugünkü uğurlarının əsl mənbəyi 1993-2003-cü illərdə formalaşdırılan və reallaşdırılan siyasət nəticəsində yaradılmış iqtisadi zəmin olub. Heç şübhəsiz ki, bu dövrlərdə Azərbaycanda ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın təməli qoyuldu. Heydər Əliyevin böyük səyi, iradəsi, idarəçilik məharəti sayəsində ölkədə qısa müddət ərzində əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə, müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbulu iqtisadi sistemin transformasiyası ilə bağlı iqtisadi islahatların hüquqi bazasının yaradılmasına, sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə, cari və perspektiv məqsədlərin reallaşdırılmasının taktiki, strateji strategiyasını müəyyənləşdirməyə imkan verdi. Heydər Əliyev bir qayda olaraq, sosial-iqtisadi vəziyyəti obyektiv qiymətləndirir, makroiqtisadi sabitliyə nail olmaq üçün qabaqlayıcı, privintiv tədbirlər görməklə, digər MDB ölkələrindən fərqli olaraq, belə bir mürəkkəb, ziddiyyətli şəraitdə gecikmə effektini minimuma endirdi. Onu da qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizdə bu dövrdə həyata keçirilən bütün sistem dəyişikliklərinin istisnasız şərtini milli və iqtisadi təhlükəsizliyin təmin olunması hesab edirdi. O, çox gözəl bilirdi ki, müstəqil dövlətə çevrilən Azərbaycanda sistemin transformasiyasını nisbətən daha qısa müddətdə, mümkün qədər az sosial itkilərlə həyata keçirmək üçün qarşıya qoyulan məqsədə çatmağın yollarını, prinsiplərini və imkanlarını dəqiq, aydın müəyyənləşdirmək lazımdır. Belə ki, Heydər Əliyevin milli iqtisadiyyatın formalaşması, inkişafı ilə formalaşdırdığı iqtisadi siyasətin ana xətti onun neft strategiyası və “Əsrin müqaviləsi”nin bağlanması təşkil edirdi. Bu baxımdan, Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanan və uğurla həyata keçirilən neft strategiyası, Azərbaycanın dərin iqtisadi böhrandan çıxmağın, iqtisadi təhlükəsizliyin, sabitliyin, regional əməkdaşlığın inkişafının, son nəticədə ölkəmizdə sabit və davamlı inkişafın təmin edilməsinin ümumi əsası hesab edilməlidir.

Bu gün, Azərbaycanda milli iqtisadiyyatın formalaşması, inkişafı sahəsində əldə etdiyi uğurlar bir daha əyani sübut edir ki, Ulu Öndərin bilavasitə təşəbbüsü, iştirakı, rəhbərliyi ilə formalaşdırılan, həyata keçirilən iqtisadi siyasət mövcud reallıqlar şəraitində optimal və ən başlıca düzgün istiqamətlənmiş yeganə bir siyasətdir. Məhz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuş, müstəqilliyimiz möhkəmlənmiş, zəruri siyasi, iqtisadi islahatlar aparılmış, ölkədə demokratik proseslər dönməz xarakter almışdır. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuş sosial-iqtisadi inkişaf kursu, 2003-cü ilin oktyabr ayının 31-dən başlayaraq, Onun layiqli davamçısı ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən varislik prinsipini əsas götürməklə, dahi uzaqgörənliklə, xüsusi yaradıcılıqla davam etdirilir. Sözsüz ki, dövlət başçısı, cənab İlham Əliyev öz fəaliyyətində uzunmüddətli strategiya ilə sosial dayanıqlığı, ədalətli bölgü sistemini, hər bir Azərbaycan vətəndaşının inkişafı strategiyasını əsas götürür. Ölkədə inkişafın müsbət dinamikasının təmin edilməsi, iqtisadi potensialın möhkəmləndirilməsi, dərinləşdirilməsi, onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi, makroiqtisadi sabitliyə və artıma nail olunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, təşviqi, qeyri-neft sektorunun, rəqabət qabiliyyətli, ixracyönümlü yerli istehsalın inkişafı üçün möhkəm zəmin yaradır. Təbii ki, bazar iqtisadiyyatının prinsiplərinə uyğun islahatların dərinləşməsi, habelə, regionların resurslarının təsərrüfat dövriyyəsinə cəlb olunması, onların kompleks və sürətli sosial-iqtisadi inkişafına nail olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyası, Azərbaycanın bölgənin aparıcı ölkəsinə çevrilməsi, son nəticədə ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə həyata keçirilən iqtisadi siyasətin həmin proqramların uğurla reallaşdırılmasının məntiqi sosial-iqtisadi nəticəsi hesab edilməlidir. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası, bu gün ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, qətiyyətli, sistemli, elmi cəhətdən əsaslandırılmış formada, ölkəmizin iqtisadi-sosial həyatının bütün sahələrində ardıcıllıqla və yüksək səmərəliliklə həyata keçirilir. Şübhəsiz ki, milli iqtisadiyyat, həmçinin, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir…

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

 

 

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər

Növbəti xəbər

Deputat Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

3 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

3 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

4 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Xalqımızın birliyi sayəsində əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir

6 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycan Xalq Cümhüriyyətinin tarixi əhəmiyyəti

7 gün əvvəl
Azərbaycan xalqının ideoloji birliyində YAP-ın rolu
Gündəm

Gələcək nəsillərə örnək

7 gün əvvəl
Növbəti xəbər
Deputat Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb

Deputat Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

“Üç Qardaş” – Yeni geosiyasi model

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

3 gün əvvəl
Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir
Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

3 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

3 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.