İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər

5 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə Azərbaycan ictimaiyyətində və beynəlxalq mediada geniş əks-səda doğurub. Müsahibədə dövlət başçısı ölkənin daxili və xarici siyasəti, regional təhlükəsizlik və Ermənistanla münasibətlər kimi mühüm mövzulara toxunub. Prezident Əliyev müsahibəsində Azərbaycanın suverenliyinin tam bərpa edildiyini vurğulayaraq, 2024-cü ilin bu baxımdan yeni bir dövrün başlanğıcı olduğunu qeyd edib. O, sentyabr hadisələrinin ölkənin suverenliyinin bərpasında mühüm rol oynadığını bildirib. Ermənistanla sülh müqaviləsi məsələsinə toxunan Prezident Azərbaycanın beş əsas prinsip əsasında sülh müqaviləsi təklif etdiyini və bu prinsiplərin beynəlxalq hüququn əsaslarına uyğun olduğunu qeyd edib. O, Ermənistanın və bəzi ölkələrin müqaviləyə Qarabağla bağlı məsələləri daxil etmək cəhdlərinin məntiqsiz olduğunu bildirib. Prezident bir daha Ermənistanın bəzi dövlətlərdən qeyri-qanuni silah əldə etməsi ilə bağlı xəbərdarlıqlar edib və bu hərəkətlərin bölgədə gərginliyi artırdığını bildirib. Prezident, eyni zamanda, Zəngəzurda azərbaycanlıların əksəriyyət təşkil etdiyini və bəzi kəndlərin tamamilə azərbaycanlılardan ibarət olduğunu vurğulayıb. Bu fikirlər Ermənistanın tarixə dair təhrif olunmuş mövqeyinə qarşı Azərbaycanın təqdim etdiyi tarixi həqiqətlərin bir hissəsidir. XX əsrdə azərbaycanlıların üç dəfə deportasiyaya məruz qalması Zəngəzur və digər ərazilərin tarixi baxımdan Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir.

Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlət başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları var: “Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin. Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”. Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycan  bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyir: “Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar”. Azərbaycanın bu məsələdə mövqeyi sırf beynəlxalq hüquqa söykənir. Xatırladaq ki, Qərbi Azərbaycandan olan soydaşlarımız mərhələli şəkildə deportasiyaya məruz qalıblar. 1988-1991-ci illəri əhatə edən sonuncu deportasiya isə ən ağır mərhələ hesab olunur və Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə eyni vaxta düşürdü. Ermənistanın hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilən deportasiya zamanı soydaşlarımız fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalaraq, öz dədə-baba torpaqlarından zorla qovulublar. Qeyd edək ki, qayıdış hüququ beynəlxalq hüquqda konkret şəkildə təsbit olunub və təməl insan hüququ kimi tanınır. Qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu xüsusi qeyd etmək lazımdır. Bunlar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsini təsbit edir. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyü və suverenliyimizin bərpasından sonra yaranan yeni reallıqlar fonunda Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışı yeni dövrün əsas hədəf və prioritetləri sırasındadır. Azərbaycanın bu məqsədinə nail olacağına heç bir şübhə yeri yoxdur. Azərbaycana qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar soydaşlarımızın qayıdışı məsələsinə insan hüquqları müstəvisində yanaşmalıdırlar. Başda BMT olmaqla bütün müvafiq qurumlar insan hüquqlarına münasibətdə ikili standartlara son qoymalı, Qərbi azərbaycanlıların qayıdışı məsələsini siyasiləşdirməkdən çəkinməlidirlər. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olmalıdır. Onların fərdi və kollektiv hüquqları təmin edilməlidir. Bunlar fonunda Ermənistan azərbaycanlılara qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxsləri də cəzalnadırmalı, davam etdirən strukturları ləğv etməli və Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamalıdır.  Elə regionda   barışıq üçün Ermənistanın tarixi ədalətsizlikləri aradan qaldırması, birgəyaşayış və inam üçün şərait yaratması vacibdir. Azərbaycan bu yanaşmasının qəbul edilməsi istiqamətində bundan sonra da müvafiq fəlaiyyətini davam etdirəcək.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir

Növbəti xəbər

Azərbaycan cəmiyyəti, artıq öz mövqeyini ortaya qoyub

Əlaqədar Xəbərlər

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

15 saat əvvəl
Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

16 saat əvvəl
Revanşist qüvvələrə vacib mesaj
Gündəm

Revanşist qüvvələrə vacib mesaj

16 saat əvvəl
“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…
Gündəm

“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…

1 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

2 gün əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycan cəmiyyəti, artıq öz mövqeyini ortaya qoyub

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

14 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

15 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

15 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.