İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 İyul, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni mərhələdə

11 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu xüsusda, Türk dünyasının önəmli hissəsi olan və eyni köklər, mədəniyyət, qədim tarixi ənənələrə malik Azərbaycan, türkmən və özbək xalqları arasında münasibətlərin dərinləşdirilməsi ölkələrimiz üçün böyük perspektivlər vəd edir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Ötən həftə Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin görüşü ölkələrimiz arasında yeni üçtərəfli əməkdaşlıq formatının yaradılması və inkişafını təmin edəcək”, – deyən komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaradıb və artıq bölgəmizdə sülh, əməkdaşlıq və rifahın təmin olunması yeni əməkdaşlıqlar üçün də imkanlar yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur.
Şahin İsmayılov qeyd edib ki, regional inteqrasiyanın gücləndirilməsinə xidmət edən bu layihələr, enerji sahəsində həyata keçirilən əməkdaşlıq ölkələrimizin iqtisadi dayanıqlığının təmin olunmasına, xalqlarımızın rifahının daha da yüksəldilməsinə töhfə verəcək.

Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistan ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malik olduğunu söyləyən komitə sədri bildirib ki, ölkə liderlərinin birgə səyləri nəticəsində bu münasibətlər  geostrateji təşəbbüslərin həyata keçirilməsi, o cümlədən nəqliyyat-kommunikasiya və enerji sahələrində əlaqələrin inkişafı ilə genişləndirilir. “Təbii ki, yeni üçtərəfli format dövlətlər arasında qarşılıqlı institusional əməkdaşlığın gücləndirilməsi ilə proseslərin sistemli şəkildə aparılmasına imkan verəcək”, – deyə Şahin İsmayılov əlavə edib.

Komitə sədri son illər Azərbaycan-Özbəkistan münasibətlərinin sürətlə inkişaf etdiyini, ötən il ölkələrimiz arasında əlaqələrin müttəfiqlik səviyyəsinə  yüksəldiyini xatırladıb. Dövlət başçıları tərəfindən aparılan fəal siyasi dialoq, qarşıya qoyulan vəzifələri dövlət strukturlarının uğurla icrası etməsi əlaqələrimizin sürətli inkişafını təmin edir. Eyni zamanda qardaş Özbəkistan Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də Azərbaycana mühüm dəstək verir. Belə ki, işğaldan azad olunmuş Füzuli şəhərində özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Azərbaycan-Özbəkistan qardaşlığının əyani təzahürüdür. Eyni zamanda, Özbəkistanın dəstəyi və təşəbbüsü ilə  Xankəndidə yaradılmış tikiş fabriki torpaqlarımızda məşğulluq səviyyəsinin yüksəldilməsi və yüngül sənayenin inkişafı baxımından böyük əhəmiyyətə malik müəssisədir.

“Qardaşlıq dəstəyindən bəhs edərkən Türkmənistan tərəfindən Füzuli şəhərində məscidin inşa olunması ilə bağlı qərar da xalqlarımızın tarixi dostluğunun təcəssümüdür”, – deyən komitə sədri bildirib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ötən ay Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələr, qəbul olunan qərarlar, Qarabağ torpağını ziyarət etməsi ölkələrimiz arasında münasibətlərin dinamik inkişafına təkan verəcək.

Azərbaycanın Türk Dövlətləri Təşkilatının inkişafı və üzv ölkələr arasında fəal əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də böyük addımlar atdığını söyləyən Şahin İsmayılov deyib ki, Azərbaycan, Özbəkistan və Türkmənistanın iştirakı ilə reallaşdırılacaq layihələr eyni zamanda təşkilatın daha da güclənməsində, onun beynəlxalq mövqelərinin möhkəmlənməsində fəal rol oynayacaq.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bizim işimiz quruculuqdur

Növbəti xəbər

Mehriban xanım xalqa olan dərin sevgisi, sadəliyi, humanist dəyərlərə bağlılığı ilə insanların rəğbətini qazanmışdır

Əlaqədar Xəbərlər

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

2 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

3 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

3 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Azərbaycanın sülh diplomatiyası

4 gün əvvəl
Növbəti xəbər
Mehriban xanım xalqa olan dərin sevgisi, sadəliyi, humanist dəyərlərə bağlılığı ilə insanların rəğbətini qazanmışdır

Mehriban xanım xalqa olan dərin sevgisi, sadəliyi, humanist dəyərlərə bağlılığı ilə insanların rəğbətini qazanmışdır

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

2 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

3 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.