İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Oktyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanın qlobal enerji sektoruna daha bir töhfəsi

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır”

İyun ayının ilk həftəsi Azərbaycan üçün daha bir beynəlxalq tədbirin açılışı ilə əlamətdar oldu. Belə ki, iyunun 4-də Bakı Enerji Həftəsinin açılışı olub. Elə həmin gün Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib. Bakı Enerji Həftəsi istər Azərbaycan, istər isə qlobal dünya üçün çox əhəmiyyətlidir. Prezident İlham Əliyev açılış mərasimindəki nitiqində də bunu xüsusi qeyd edib: “Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir”.  Artıq 30 ildir ki, Bakı Enerji Həftəsi keçirilir. Bu o deməkdir ki, Azərbaycan ildən-ilə dinamik inkişafı ilə fərqlənir. Ölkəmiz enerji sektorunda innovasiya və tərəqqiyə yiyələnib. Eyni zamanda bu istiqamətdə müxtəlif ölkələrlə əməkdaşlıq güclənir.

Müstəqil Azərbaycanın enerji sektoruna töhfəsi özünü “Əsrin müqaviləsi”nin imzalanmasın ilə də göstərdi. Cənab Prezidentin dediyi kimi, Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı: “Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər”.

Bakı Enerji Həftəsində enerjinin inkişafına və dayanıqlılığa dair bir sıra təkliflər irəli sürülüb. Bu, dünyanı səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq ölklərarası tərəfdaşlığın inkişaf etdirilməsində də mühüm rol oynayır. Bu da ölkəmizin enerji sektoru ilə bağlı tarixi bir təşəbbüsüdür. Prezident İlham Əliyev deyib ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir: “İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər”. Hazırda Azərbaycanın Avropaya təbii qaz ixracının həcminin artırılması ilə bağlı danışıqları davam edir. Eyni zamanda ölkəmizin Avropa ilə “yaşıl” enerji sahəsində də çalışmaları aparılır. Ötən gün keçirilən Bakı Enerji Forumunda da bu məsələ də günədmə gəlib. Rəsmi məlumatlara görə, son 3 il ərzində Azərbaycan qaz təchizatını 40 %-dən çox artırıb. Lakin bu, Azərbaycan üçün kifayət etmir. Bu üzdən rəsmi Bakı uzunmüddətli müqavilələrin bağlanmasında maraqlıdır. Hər halda Avropa İttifaqı Azərbaycanla bu məsələdə daha çox əməkdaşlıq və tərəfdaşlığı gücləndirməldir. Bu istiqamətdə danışıqların uğurlu olması, əlbəttə ki, qarşı tərəfdən asıldır. Çünki Azərbaycan üzərinə düşənləri tam yerinə yetirir. Azərbaycanın  “yaşıl enerji”nin nəqli baxımından olduqca böyük potensialı var.

Bu gün Bakı Enerji Həftəsi müxtəlif xarici ölkələrin enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib. Bu tədbirin hər il mövzuları və əhatə dairəsi daha da genişlənir. Bakı Enerji Həftəsinin açılışındakı çıxışlarda iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəsarətli bir addım kimi qiymətləndirlirb. Aparılan müzakirələrdə bu mövzu, eləcə də COP29 Bakı Enerji Həftəsinin gündəliyində daha geniş yer tutub. Cənab Prezident çıxışında bu məsələyə də toxunub: “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq”. Azərbaycanın COP29-a ev sahibliyi etməsi əksər ölkələrdə məmnunluq yaradıb. Bakı Enerji Həftəsi çərçivəsidnə keçirilən tədbirlərdəki çıxışlarda da bu məmnunluq ifadə olunub. Bütün bunlar Azərbaycanın qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir. Ölkəmiz üçün hər zaman iqlim dəyişikliyi üzrə məsələlərin həlli prioritetdir. Bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bunu bir daha sübut edir. Həmçinin COP29-un Bakıda keçirilməsi iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərdə ön sırada olmağımızın bariz nümunəsidir.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat köməkçisi: Bu gün vətəndaş rahat şəkildə bizimlə əlaqə saxlayıb, dərdini danışa və görüşə bilər

Növbəti xəbər

Sənaye sektoru sahəsində körpü

Əlaqədar Xəbərlər

Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Müstəqilliyimiz əbədi, bayrağımız daim ucalarda olsun!

11 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

1 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Azərbaycanın artan geosiyasi rolu

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Tarixi Zəfərdən Böyük Qayıdışa

2 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı VIII Qurultaya həsr olunmuş daha bir tədbir keçirib

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

4 gün əvvəl
Növbəti xəbər
Uğurlu inkişafın təməli

Sənaye sektoru sahəsində körpü

Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Müstəqilliyimiz əbədi, bayrağımız daim ucalarda olsun!

11 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

1 gün əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

1 gün əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.