İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 İyun, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanın COP29-a ev sahibliyi etməsi xüsusi önəm daşıyır

7 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ölkəmizin COP29 kimi bir tədbirə ev sahibliyi etməsi olduqca önəmlidir. “Bu gün Azərbaycan dünyamızı narahat edən hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır”.

“Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi kimi, bu gün də növbəti beynəlxalq tədbiri ölkəmizdə keçirir. Artıq bir sıra dövlətlərin başçıları Azərbaycana gəliblər. Hətta ölkə başçısı liderlərin bir çoxunu qəbul edib və onlarla fikir mübadiləsi aparıb. Növbəti günlərdə də liderlərin və siyasətçilərin gəlməsi davam edəcək. Bir sözlə, COP29 öz axarı ilə uğurla davam edir. COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin növbəti uğurudur və ölkəmizə olan etimadı artırır. Azərbaycanın reytinqi getdikcə daha da artır. Bu gün ölkəmiz dünyanı narahat edən hər bir məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır. Azərbaycan çalışır ki, dünyanı narahat edən mövzulara öz töhfəsini versin. Şübhəsiz ki, Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirəcək və bu, ölkəmizin qarşıdakı illərdə uğurlarını daha da artıracaq”.

“Bütün hallarda ölkə başçısı COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı mühüm mesaj verdi. Prezident bütün təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycanın öz torpaqlarını azad etdiyini xüsusilə vurğuladı. Eyni zamanda Azərbaycanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı gördüyü işlərə toxundu. Azərbaycan Qara dəniz sualtı enerji xətti ilə öz enerjisini daşıyacaq”.

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır.

Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır.

“Reallıq budur ki, ekoloji fəlakətlərin əsas səbəblərindən biri müharibələrdir. Bunun bariz nümunəsi isə Azərbaycandır. 30 il ərzində torpaqlarımız işğal altında olarkən Ermənistanın ekosid və urbisid törətdiyinin şahidi olduq. Yalnız mina çirkləndirilməsi belə ayrıca bir problemdir. Bu gün Azərbaycan dünyada ərazisi mina ilə ən çox çirklənən ölkələrdən biridir”.

“Sülhə nail olmaq, dünyada əmin-amanlığı qorumaq üçün çalışmalıyıq. Bu gün dünyanın qarşısında duran ən vacib məsələlərdən biri də budur. Burada dinlərin böyük potensialı və imkanları var. Bu potensial və imkanlardan istifadə edərək dünyanı qorumalıyıq. Burada həm dinlərin, həm də dini liderlərin üzərinə böyük məsuliyyət düşür”.

Bu açıqlamalar Azərbaycan dövlətinin sülhə, multikulturalizmə və ekoloji təhlükəsizliyə verdiyi önəmi bir daha göstərir. Dinlərarası dialoq və əməkdaşlıq təşəbbüsləri ilə Azərbaycan həm bölgədə, həm də qlobal arenada barışın və əmin-amanlığın təmin olunmasına töhfə verməyə davam edir. Dünya dini liderlərinin Bakıda sülh çağırışında birləşməsi də göstərir ki, ölkəmiz təkcə siyasi deyil, mənəvi dəyərlər baxımından da sülh və harmoniya ideallarına sadiqdir. Bu cür sammitlər, qarşılıqlı anlayış və birlik vasitəsilə dünyamızın daha təhlükəsiz və yaşanılası bir yer olması üçün yol açır.

Azərbaycan hər zaman bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir. Bunun yalnız söz olaraq deyil, real həyatda da bu cür olduğunu COP29 tədbiri çərçivəsində Azərbaycanda keçirilən dünya dini liderlərinin sammitində bir daha gördük.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır

Növbəti xəbər

200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

1 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

1 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

1 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

5 gün əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

6 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

6 gün əvvəl
Növbəti xəbər
200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir

200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir

Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

1 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

1 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

1 gün əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Xüsusi

Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

3 gün əvvəl
“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.
Xüsusi

“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.