İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Aprel, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Azərbaycan və Konqonun strateji əməkdaşlığı

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur”

Beynəlxalq münasibətlər beynəlxalq cəmiyyətin hərəkətverici qüvvələri arasında bütün əlaqələri və qarşılıqlı təsir göstərən amilləri əhatə edir, onların təsiri vahid ölkənin hüdudlarından kənara çıxır. Müasir diplomatik münasibətlər tez-tez, sürətlə inkişaf edir. Bunun da müxtəlif aspektləri, milli və beynəlxalq dəyişənləri var. Bu gün Azərbaycanla Konqo Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli münasibətlər inkşiaf mərhələsindədir. Lakin iki ölkə arasında mövcud olan ikitərəfli əlaqələrdən asılı olaraq zaman keçdikcə beynəlxalq birliyə digər fəal tərəfləri, məsələn, regional və ya qlobal əməkdaşlıq mümkündür. Aprelin 4-də Azərbaycanda rəsmi səfrdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə Prezident İlham Əliyevin təkbətək və geniş tərkibdə görüşlərində aparılan müzakirələr iki dövlət arasında siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan perspektiv əməkdaşlığa mühüm faydası olacaq. Bunu Azərbaycan və Konqonun Prezidentləri görüşlərində xüsusi olaraq qeyd ediblər. Bu o deməkdir ki, hər iki dövlət siyasi əlaqələrin daha da möhkəmlənməsini istəyir. Ümumiyyətlə, aparılan müzakirələrdə həm Azərbaycanın, həm də Konqonun vahid mövqeyi müxtəlif sahələrdəki əməkdaşlıq imkanlarından istifadə etmək və əlaqələri gücləndirməkdir.

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonin Azərbaycana bu səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb və razılaşmalar əldə edilib. Xüsusən Prezident İlham Əliyev və Prezidenti Deni Sassu-Nqessoun izaladıqları “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki dövlətin siyasi, iqtisadi və başqa sahələr üzrə əməkdaşlığının təməli hesab olunur. Bundan əlavə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb. Bu sənədləri isə Azərbaycan tərəfindən Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imza atıblar. Bütün bunların icrası nəticəsində siyasi, iqtisadi, energetika və kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahəlrdə əməkdaşlıqda müsbət dinamika özünü göstərəcək. Çünki Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bundan sonra Konqo ilə əlaqələrin uğurla inkişaf edəcəyinə heç kimdə şübhənin olmadığını vurğulayıb: “Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir”.

Beynəlxalq münasibətlər mütəşəkkil və idarə olunan insan cəmiyyətlərinin meydana çıxması ilə formalaşır. Beynəlxalq cəmiyyətin birliyini, eyni zamanda onun ziddiyyətlərini önə çıxaran müxtəlif formalarda olmuşdur. Beynəlxalq münasibətlər sahəsi xüsusilə müstəmləkəçiliyin aradan qaldırılması və məlumatlılığın yayılmasından sonra beynəlxalq səviyyədə bütün nüfuzlu qüvvələri əhatə etməklə genişlənib. Konqo Respublikası da 1960-cı ildə Fransanın müstəmləkəçiliyndən azad olunduqdan sonra beynəlxaq münasibətlərini müstəqil ölkə olaraq qurmağa başlayıb. Cənab Prezidentin qeyd etdiyi kimi Konqo ilə  strateji əməkdaşlıq üçün çox gözəl zəmin var: “Rəsmi səfər ərəfəsində səfəri yaxşı hazırlamaq və yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var”. Dövlətlər hiss edirlər ki, insan taleyinin birliyi müxtəlif sahələrdə beynəlxalq həmrəylik tələb edir. Çox müsabət haldır ki, Konqo Respublikası Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasətinin də dəstəkləyir.

Azərbaycan beynəlxalq aləmdə sülhün stabilliyin təmin edilməsi istiqamətində aktiv işlər aparır. Digər dövlətlər də şübhəsiz, bundan məlumatlıdırlar. Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına sədirliyi beynəlxalq aləmin diqqətindədir. Sevindirici haldır ki, Qoşulmama Hərəkatının üzvləri, həmçinin Konqo Azərbaycanın hərəkatda bir il də sədr olmasını istəyiblər. Azərbaycan dünyanın bütün ölkələri, o cümlədən Konqo Respublikası ilə uyğun sahələrdə əməkdaşlıq etməyə hazırdır.

Paşa-zadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Konqo Respublikası ilə əməkdaşlığın perspektivləri

Növbəti xəbər

Müşfiq Səfərov: BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

12 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Qardaşlıq və dostluq ənənələri

1 həftə əvvəl
“Mən səhnədəyəm” layihəsi uğurla yekunlaşıb
Sosial

“Mən səhnədəyəm” layihəsi uğurla yekunlaşıb

2 həftə əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

4 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 ay əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

1 ay əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Müşfiq Səfərov: BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

12 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan səhiyyəsinə və tibb elminə xidmətin parlaq nümunəsi

12 saat əvvəl
“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”
Gündəm

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Təbabətdə öz dəst-xətti olan novator alim

2 gün əvvəl
Müşfiq Səfərov: “Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir”
Xüsusi

Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.