İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan-Slovakiya əlaqələri şaxələndirilir

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır”

Azərbaycanla Slovakiya arasında mövcud siyasi dialoqu daha da dərinləşdməkdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Mayın 7-də Prezident İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə Bakıda görüşü və imzalanan sənədlər iki dövlət arasında siyasi əlaqələri daha da gücləndirəcək. Belə ki, həmin gün Bakıda keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, regional məsələlər, regional inkişaf haqqında danışılıb. Həmçinin görüşlərdə Azərbaycan və Slovakiya arasında ikitərəfli ticarət əlaqələrinin intensivləşdirilməsi yolları, iqtisadi əlaqələrin perspektivləri və müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqla yanaşı, iqtisadi sahədə, xüsusilə enerji sektorunda əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər. Ən önəmli isə Prezident İlham Əliyev və baş nazir Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Prezident İlham Əliyev mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Slovakiya-Azərbaycanın əlaqələrinin tarixində çox əlamətdar bir gün olduğunu deyib: “Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq”.

Slovakiyanın hazırkı rəhbərliyi xarici siyasət sahəsində kifayət qədər müstəqil fəaliyyət göstərir və Azərbaycanla, ilk növbədə enerji sektorunda əməkdaşlığa maraq nümayiş etdirir. Hələ 2023-cü il mayın əvvəlində Slovakiyanın “Slovnaft” neft emalı zavodunda “Azeri Light”ın ilk partiyası emal edilib ki, bu da enerji sektorunda uğurlu əməkdaşlıq təcrübəsi hesab olunur. Bundan əlavə, hər iki ölkə Cənub Qaz Dəhlizinə qoşulmaqla Avropa İttifaqına və Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyan Həmrəylik Halqası təşəbbüsünün üzvləridir.

Hazırda tərəflər birgə layihələrin həyata keçirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, innovasiya sahələrində təşəbbüslərin dəstəklənməsi, yaşıl enerjiyə keçid üçün birgə fəaliyyət imkanlarını nəzərdən keçirirlər.

Azərbaycan və Slovakiya arasında Azərbaycanın Ağdam rayonunun Baş Gervənd kəndində “Ağıllı” kəndin tikintisi üzrə layihə sənədləri haqqında saziş imzalanıb. Bu sazişin həyata keçirilməsi üzrə işlərə başlanılıb. Dövlətimizin başçısı bəyanatında bu haqda da danışıb: “Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək”. Rəsmi məlumatlara görə, Slovakiya Azərbaycanda 100-ə yaxın belə “ağıllı” kənd salmaq istəyir. İlk layihə təxminən 5000 ev üçün nəzərdə tutulacaq. Qarabağda böyük bərpa işləri aparılır. Bu, təxminən 20-30 il üçün nəzərdə tutulmuş layihədir, çünki 100 belə kəndin salınması vaxt aparacaq.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun bəyanatından da göründüyü kimi, bu dövlət Azərbaycanı regionda ən mühüm tərəfdaş hesab edir. Bir sıra Slovakiya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Slovakiyanın aparıcı şirkətlərinin nümayəndələri yeni şirkətlərlə əməkdaşlıq etmək niyyətindədirlər.

İqtisadi əlaqələr inkişaf etməkdədir. Hazırda əsas məqsədlərdən biri ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsidir. Azərbaycan Slovakiya şirkətlərini ölkədəki azad iqtisadi zonalara, ilk növbədə nəqliyyat layihələrinin həyata keçirilməsinə cəlb etməyə ümid edir.

Slovakiya ilə minatəmizləmə sahəsində əməkdaşlıq Bakı üçün xüsusi maraq doğurur. Bu fəaliyyət 2021-ci ildən həyata keçirilir və tərəflər onun genişləndirilməsi imkanlarını nəzərdən keçirirlər. O cümlədən, Azərbaycan tərəfi özünü yaxşı tərəfdən göstərən minatəmizləmə maşınlarının əlavə partiyasının alınmasında maraqlıdır.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon icmasının Gənclər Şurası sədrinin təqdimat mərasimi keçirilib

Növbəti xəbər

Heydər Əliyev: Müasir Azərbaycanın qurucusu, dövlət və xalqın xilaskarı

Əlaqədar Xəbərlər

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

17 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

3 gün əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

5 gün əvvəl
Daha inamlı gələcəyə doğru
Gündəm

Daha inamlı gələcəyə doğru

5 gün əvvəl
Növbəti xəbər
Müşfiq Səfərov: Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhvolmaqdan və parçalanmaqdan xilas etdi

Heydər Əliyev: Müasir Azərbaycanın qurucusu, dövlət və xalqın xilaskarı

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

17 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu
Xüsusi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.