Prezident İlham Əliyev: “Ötən il Azərbaycanda və Rusiyada Heydər Əlirza oğlu Əliyevin100 illik yubileyi xüsusi ehtiramla qeyd edildi”.
Bu gün Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin dünyada yeni imicinin formlaşmasına nail olub. Artıq dövlətimiz bütöv olub və xalqımız bundan çox böyük fəaxarət hissi keçirir. Bu gün dünya azərbaycanlıları dövlətimiz və Prezidentimizlə fəxr edir. Bununla xaricdə, o cümlədən Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana olan bağlılığı daha da artıb. Rusiyadakı azərbaycanlılar məhz Azəraycandan və Cənab İlham Əliyevin Liderliyindən güc alaraq qürurla fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin sayəsində Azərbaycan-Rusiya münasibətləri genişlənərək ən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əlbəttə ki, Azərbaycan-Rusiya əlaqələrinin keçmişinə nəzərə yetirəndə, ilk olaraq Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki misilsiz xidmətləri yada düşür. Aprelin 22-də Moskvada Prezident İlham Əliyev Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə çıxışında iki ölkə arasında əlaqələrin qurulmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi vurğulayıb: “Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar”.
Rusiyada müxtəlif vaxtlarda Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş saysız tədbirlər keçirilib. Ötən il Rusiyanın paytaxında və regionlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan bir sıra tədbirlər təşkil edildi. Bütün bunlar Azərbaycanla Rusiya arasında olan dostluq və qardaşlıq münasibətlərinin səmimiliyindən irəli gəlir. Cənab Prezident çıxışında Rusiyada bu tədbirlərin keçirilməsini çox yüksək qyimətləndirib: “Ötən il Azərbaycanda və Rusiyada Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edildi. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir”. Qeyd edək ki, bu tədbirlər həm Rusiya dövləti, həm də bu ölkədəki diasporumuz tərəfindən keçirilmişdir. Yeri gəlmişkən, hazırda Rusiya Federasiyasında Azərbaycan diaspor təşkilatları aktiv şəkildə fəaliyyət göstərərək dövlətimizi layiqincə təmsil edirlər. Soydaşlarımız Rusiyada milli-mədəni müxtariyyət təşkilatları adı altında fəallıq göstərir. Bu gün Azərbaycan diasporu Rusiyada ən fəal diasporlardan biridir. Həmvətənlərimiz Rusiyada da hər zaman azərbaycançılığı və Azərbaycanın nüfuzunu qoruyurlar. Soydaşlarımız qüdrətli dövlətimiz, gözəl mənzərəli inkişaf etmiş Bakımızla qürur duyurlar. Bu bir həqiqətdir ki, Azərbaycanda bu gün yüksək səviyyəli inkişaf var. Bunun səbəbkarı Ulu Öndər Heydər Əliyev və onun davamçısı olan cənab Prezident İlham Əliyevdir. Onlar Azərbaycanı dünyaya tanıdıblar. Azərbaycan istər siyasi, istər iqtisadi cəhətdən bu gün çox inkişaf etmişdir. Azərbaycan bugünkü gündə Avropa dövlətləri arasında yer alıb.
Azərbaycan diasporu Rusiyada bütün xalqlarla ünsiyyətdə oldurlar. Rusiyda 120-dən artıq xalq yaşıyır. Azərbaycanlılar Rusiyada müxtəlif sahələrdə çalışırlar. Eyni zamanda rəsmi qurumlarla əməkdaşalıq edir, yerli tədbirlərdə də iştirak edirlər. Onlar xalqımızı, dövlətimizi Rusiyada təmsil edirlər. Sevindirici haldır ki, Rusiyada soydaşlarımızın hüquqları qorunur. Ümumilli lidermizin dediyi kimi, xaricdəki soydaşlarımız həmişə azərbaycanlı olmalarına görə fəxr edirlər. Ümumiyyətlə, diasporumuz harada yaşmağından asılı olmayraq heç vaxt öz xalqımızı, dövlətimizi unutmamalıdır.
Hazırda Azərbaycanın Rusiya ilə müxtəlif istiqamətlərində əməkdaşlığı yüksək səviyyədədir. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib. Bu əməkdaşlıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərini də əhatə etdir. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit daşımalarının davamlı artımı iki ölkə arasında əməkdaşlığın müsbət göstəricisi kimi dəyərləndirilir. Bu müsbət təcrübənin davam etdirilməsi və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli perspektivləri var. İnanırıq ki, 2024-cü il Rusiya-Azərbaycan əməkdaşlığının inkişafı üçün uğurlu və effektli il olacaq.
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi