İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Dünya

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika Xalqına Dəstək Qrupunun Bəyanatı

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2024-cü ilin 28 yanvar tarixində Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni bir “Nazione” hərəkatını təsis etmişdir.

 

Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların azad şəkildə fikirlərini ifadə etmək hüququna hörmət etməyərək, hərəkatın yaranmasından iki gün sonra “Nazione”nin fəallarına qarşı təqiblərə başlamışdır.

 

Yanvarın 30-da “Nazione”nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə, Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Fransa polisi “Nazione”nin fəallarının evlərinə hücum edərək, qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edilib, evləri darmadağın edilib, uşaqların gözü qarşısında onların oyuncaqları qəsdən sındırılıb. Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparılıb.

 

Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içərisində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə partladılması riyakarlıqdır. Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübut edir.

 

Bu gün də Fransa polisin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır. Lakin 2 fevral tarixində “Nazione” hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini susdura, boyun əyməyə məcbur edə bilməz.

 

150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib.

 

Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bu özü şovinizmdir.

 

Fransa Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bəyannaməsi” də vardır. Həmçinin, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiyası”, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, UNESCO-nun Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, “Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası” və s. bura daxildir.

 

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika Xalqına Dəstək Qrupu olaraq:

 

Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;

Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik;

Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən təmin edilməlidir;

Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edirik.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bilgəhdəki 12 milyonluq villanı alan şəxsin adı gizli qalacaq – FOTOLAR

Növbəti xəbər

Deputat: Azərbaycanın parlaq gələcəyi Prezident İlham Əliyevin əlindədir

Əlaqədar Xəbərlər

Türkiyə Avropanın ən yaxşı yay tətilı ölkəsidir
Dünya

Türkiyəyə rekord sayda turist gəldi – FOTO

10 ay əvvəl
Türkiyəni kəşf etmək üçün “Ən rahat səyahət bələdçisi” – FOTOLAR
Dünya

Türkiyəni kəşf etmək üçün “Ən rahat səyahət bələdçisi” – FOTOLAR

10 ay əvvəl
İki türk gözəli: Çorumla Laçını birləşdirən dəyərlər– FOTOLAR
Dünya

İki türk gözəli: Çorumla Laçını birləşdirən dəyərlər– FOTOLAR

10 ay əvvəl
Mehmet Nuri Ersoy: Bu Türkiyə tarixində ən önəmli tapıntıdır
Dünya

Mehmet Nuri Ersoy: Bu Türkiyə tarixində ən önəmli tapıntıdır

10 ay əvvəl
Qazaxıstan hökuməti istefa verdi
Dünya

Qazaxıstan hökuməti istefa verdi

1 il əvvəl
Prezident: Biz, şanlı Azərbaycan Ordusu dünyaya sübut etdik ki, bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır
Dünya

Prezident: Biz, şanlı Azərbaycan Ordusu dünyaya sübut etdik ki, bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır

1 il əvvəl
Növbəti xəbər
Nəticə: Tarixin ən güclü Azərbaycanı

Deputat: Azərbaycanın parlaq gələcəyi Prezident İlham Əliyevin əlindədir

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

13 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

13 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

13 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

13 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

14 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.