İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı regional əməkdaşlıq üçün yeni perspektivlər açır

3 həftə əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana zəngin siyasi və iqtisadi gündəliyə malik dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir. Səfər, eyni zamanda qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi, geniş spektrli məsələlərin müzakirəsi, yeni layihələrin müəyyənləşdirilməsi və mühüm sənədlərin imzalanması münasibətlərin çoxşaxəli xarakterini əks etdirir. Xüsusilə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilənin imzalanması xalqlarımızın tarixi qardaşlığına, ortaq dəyərlərə və qarşılıqlı etimada söykənən əlaqələrin uzunmüddətli strateji xarakterini təsbit etməklə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm siyasi mərhələnin əsasını qoyur.

Dövlətimizin başçısının səfərin yekunlarına dair mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü inkişaf səviyyəsini, eləcə də gələcək inkişaf perspektivlərini aydın şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qardaş ölkələrimiz arasında ikitərəfli münasibətlər çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Xalqlarımız arasında tarixi və mədəni bağlılıq yüksək siyasi etimadla, qardaşlıq münasibətləri isə qarşılıqlı iqtisadi maraqlar və konkret layihələrlə bir-birini tamamlayır. Məhz bu amillərin vəhdəti Azərbaycan-Özbəkistan münasibətlərini ortaq gələcək hədəfləri olan strateji tərəfdaşlıq kimi xarakterizə etməyə imkan verir.

Ölkələrimiz arasında sıx əlaqələr Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə də münasibətlərində xüsusi rola malikdir və  Xəzərin iki sahili arasında yeni qarşılıqlı fəaliyyət məkanı formalaşdırır. Hesab edirəm ki, bu prosesdə regionun aparıcı dövlətlərindən olan Azərbaycan və Özbəkistan arasında sıx tərəfdaşlıq daha geniş inteqrasiya proseslərinə mühüm impuls verir.

Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Məhz ölkəmizin təşəbbüsü ilə müasir geosiyasi şəraitdə Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən mühüm bağlantı məkanına çevrilir. Mərkəzi Asiyanın zəngin iqtisadi və resurs potensialının Azərbaycanın nəqliyyat-logistika, enerji və tranzit imkanları ilə uzlaşdırılması Şərq-Qərb istiqamətində dayanıqlı bağlantıların inkişafına geniş perspektivlər açır.

Bu baxımdan, əlbəttə ki, Azərbaycan-Özbəkistan münasibətlərinin dərinləşməsi iki ölkənin maraqları ilə yanaşı, bütövlükdə regionun iqtisadi inteqrasiyasına xidmət edir.

Beləliklə, strateji tərəfdaşlıqdan müttəfiqliyə, müttəfiqlikdən isə əbədi dostluğa yüksələn Azərbaycan-Özbəkistan münasibətləri ardıcıl və sistemli şəkildə inkişaf edir və regional əməkdaşlıqlar üçün yeni perspektivlər açır.

 

Şahin İsmayılov,

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir

Növbəti xəbər

İşğalın ağır izlərindən azad olan Laçın bu gün Azərbaycanın qüdrətini nümayiş etdirən müasir şəhərə çevrilir

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

15 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

16 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

17 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni saxtakarlığının ifşası baxımından da böyük əhəmiyyətə malikdir” – Elşən Musayev

18 saat əvvəl
Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

1 gün əvvəl
Növbəti xəbər
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir

İşğalın ağır izlərindən azad olan Laçın bu gün Azərbaycanın qüdrətini nümayiş etdirən müasir şəhərə çevrilir

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

15 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

15 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

16 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

17 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.