İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 İyul, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Azərbaycan-Misir münasibətlərində qarşılıqlı etimad

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan-Misir əlaqlərinin inkişafında mühüm nailiyyətlər əldə edilib

Misirlə Azərbaycan arasında uzunmüddətli dostluq əlaqələri var. Xalqlarımızı qarşılıqlı sevgi və oxşarlıq birləşdirir. Əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin iyunun 8-də Misirə səfəri bu ölkə ilə ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək. Xatırladaq ki, ötən illərdə də bir neçə mühüm yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur. Eyni zamanda, Misirin də daxil olduğu Ərəb Liqasının bütün üzv dövlətləri də Qoşulmama Hərəkatının (QHH) üzvüdür. 24-26 oktyabr 2019-cu il tarixlərində Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının (QHH) 18-ci Zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Beləliklə, Azərbaycan və Misir Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimadı və dəstəyi gücləndirdi. Prezident İlham Əliyev iyunun 8-də Qahirədə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Misirlə Azərbaycanın beynəlxalq əməkdaşlığına da toxunub: “Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi Misir rəsmiləri tərəfindən dəfələrlə yükəsk qiymətləndirilib. Bu təşkilatın gücləndirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səyləri onlar xüsusi qeyd ediblər. Yeri gəlmişkən, Qahirədə Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşündə də iki ölkə arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinn ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib. Bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulanıb. Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olunub.

Həm Avropa ölkələri, həm türk dünyası ölkələri, həm də ərəb dövlətləri ilə güclü tərəfdaşlıq əlaqələri quran Azərbaycan etibarlı, etibarlı tərəfdaş kimi imicini yüksəltməkdə davam edir. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan biznes mühitinin inkişafında mühüm nailiyyətlər əldə edib. Beləliklə, dünyanın ən böyük şirkətləri Azərbaycanda perspektivli layihələrə külli miqdarda vəsait yatırmaq istəyir və təbii ki, Misir də kənarda qalmayacaq. Azərbaycan və Misir dost ölkələr olaraq yüksək iqtisadi və mədəni əlaqələrə malikdir. Misirlə ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanları genişdir. Sabitlik, mükəmməl biznes və investisiya mühiti, eləcə də ölkə rəhbərliyinin nümayiş etdirdiyi ciddi siyasi iradə Azərbaycan iqtisadiyyatının uğurunun və ölkənin tərəfdaşları ilə uğurlu ikitərəfli münasibətlərinin əsasını təşkil edir.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Cənab Prezident bəyanatında bildirib ki, Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar: “Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır.

Onu da bildirdim ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. Həmkarımın diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir”. Azərbaycan iqtisadi tərəqqiyə, sosial sabitliyə nail olub. Eyni zamanda ölkədə və regionda təhlükəsizliyin təmin olunması ölkəmiz üçün çox önəmlidir. Bu baxımdan Misir də iqtisadi inkişafa və sosial tərəqqiyə, sülhə nail olmaq üçün ölkəmizin səylərini güclü şəkildə dəstəkləyir.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Misir-Azərbaycan əlaqələrinin inkişafına töhfə verən səfər

Növbəti xəbər

Şahin İsmayılov: Köklü əlaqələr imzalanmış sənədlərin uğurla icra edilməsinə heç bir şübhə yaratmır

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

2 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

6 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

7 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

9 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

9 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

9 ay əvvəl
Növbəti xəbər
Şahin İsmayılov: Köklü əlaqələr imzalanmış sənədlərin uğurla icra edilməsinə heç bir şübhə yaratmır

Şahin İsmayılov: Köklü əlaqələr imzalanmış sənədlərin uğurla icra edilməsinə heç bir şübhə yaratmır

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

2 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

3 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.