İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Avqust, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azəbaycanın dayanıqlı inkişafında sağlam gəncləyin rolu

3 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Gənclərin vətənpərvərliyi Azərbaycanın müstəqilliyini daim gücləndirir

Sağlam gənclik bir dövlətin inkişafı üçün, bir millətin yaşaması üçün əsasdır. Çünki müstəqilliyin, dövlətçiliyin daha da möhkəmləndirilməsinin, millətin gələcək taleyinin həll olunmasının etibarlı təminatı intellektual səviyyəli, potensiallı kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz buna görə də gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu günədək ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin, Azərbaycan gəncliyinin inkişafına verilmiş təkanın nəticəsidir ki, cənclər cəmiyyətdə özlərini təsdiq edə bilir və bütün sahələrdə özlərini doğruldurlar.

Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək millət üçün, dövlət üçün, ölkə üçün, xalq üçün uşaq, gənclik hər şeydən qiymətlidir: “Uşağın dünyaya gəlməsi, onun sağlam böyüməsi, gənc nəslin yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, millətin, xalqın daimiliyidir, əbədiliyidir”.

Ulu Öndərin bu kimi fikirləri daim gəclərimizi ruhlandırıb. Gənclərimiz Azərbaycanın uğurlu inkişafında öz fəallıqlarını göstərirlər. Dövlət tərəfindən gənclərin öz potensiallarını ortaya qoymaları üçün geniş imkanlar yaradılır.  Bu gün uşaq və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi istiqamətdə müvafiq dövlət qurumları və müxtəlif QHT-lər, gənclər təşkilatları tərəfindən layihələr həyata keçirilir. Son illər uşaq və gənclərin elmi, mədəni, ümumiyyətlə, mənəvi və fiziki inkişafı istiqamətində ölkəmizdəki gənclər təşkilatlarının fəaliyyətində aktivlik özünü daha çox büruzə verir. Bu sahədə ixtisaslaşmış gənclər təşkilatları vardır ki, onlar da tələbə və gənclərin intellektual səviyyəsinin artırılması istiqamətdə layihələr icra edir, intellektual klublar vasitəsi ilə intellektual yarışlar və oyunlar təşkil edirlər. Respublika çempionatları həyata keçirilir. İntellektual yarışların keçirildiyi maraqlı televiziya verilişləri də çəkilir. Lakin bunlar, əlbəttə ki, kifayət deyil. Regionlara diqqət artırılmalı və intellektual klublar yaradılmalıdır. Tələbə və gənclər üçün texnologiyaya marağın artırılması istiqamətində texnoparklar da yaradıla bilər. Çünki Azərbaycanın yüksək texnoloji biliklərə sahib olan gənclərə ehtiyacı vardır. Bu gün gənclər əsasən elm və təhsilə töhfə verməlidir. Peşə məktəbləri müasir texnoloji standartlara cavab verməlidir. Müasir texnoloji standartlara cavab verən kitabxanaların sayı artırılmalıdır. Tələbələr və gənclərə daha dolğun məlumatların çatdırılması üçün müasir teleradio verilişlərinin və internet resurslarının sayı artırılmalıdır. Burada qeyri – formal təhsil metodlarından da geniş istifadə olunmalıdır.

Uşaqların fiziki və mənəvi inkişafı məktəbəqədər müəssisələrdən başlayır. Məsələn, bağça uşaqların ilk təlim, tərbiyə və tədris ocağı hesab olunur. Və uşaqların burada öyrəndikləri onlara hərtərəfli ilkin istiqamət verir və əbədi olaraq yaddaşlarından silinmir. Ona görə də psixoloqlar hesab edirlər ki, kiçik yaşlı uşaqlara ətrafdakılarla ünsiyyətdə olmaq, öz fikrini başqalarına düzgün, aydın və ifadəli çatdırmağı öyrətmək bağçanın mühüm vəzifələrindən biridir. Qeyd edək ki, fikrin ardıcıl, düzgün və dolğun ifadə edilməsi, sözlərin dəqiq seçilməsi və tələffüzün təmizliyi üzrə işin aparılması “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”nın  əsas istiqamətlərindən birini təşkil edir. Uşaq bağçasının ən böyük üstünlüyü orada ictimai mühitin, uşaqların yaşıdları ilə ünsiyyət saxlamaları üçün gözəl imkan və şəraitin olmasıdır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin uşaq və gənclərlə bağlı fikirləri örnək xarakteri daşıyır: “Mən inanıram ki, indiki gənclər, indiki uşaqlar bizim nəsillərdən də qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri, bugünkü uşaqları Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq, əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz”. İnsanın uzun müddət təbiətdən və cəmiyyətdən təcrid formada yaşaması heç bir halda mümkün deyil. Belə olan halda insanda nə mənəvi inkişaf gedər, nə də ictimai şüur təşəkkül tapar. Təbiətlə tanışlıq uşaqların mənəvi dünyasının, duyğularının, qavrayış və təsəvvürlərinin, təfəkkür və təxəyyüllərinin, xüsusilə nitqlərinin inkişafına böyük təkan verir.

Azərbaycan gəncləyi informasiya müharibəsində aktivliyini artırmalıdır. Bu baxımdan gənclərimiz bütün səy və bacarıqları, şəxsi təşəbbüsləri birləşdirməlidirlər. Həmçinin gənclərimiz xaricdə iştirak etdikləri müxtəlif elmi konfranslarda, tədbirlərdə Azərbaycanın dünyada tanıdılması yönündə əllərindən gələnin ən yaxşısını eləməyə səy göstərməlidir. Xarici ölkələrin ali təhsil ocaqlarında, dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər tədbirlərdə nə qədər çox gənclərimiz iştirak etsə bu, ölkəmizin həm tanıdılmasına, həm də diasporumuzun inkişafına təkan verəcək.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın bugünkü inkişafında da gənclərin rolunu yüksək qiymətləndirər. Ölkə başıçısının “Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir” fikri dövlətin gənclərə olan inam və etimadının göstəricisidir. Azərbaycan gəncləri milli maraqların daim keşiyində dayanır, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss edir, dövlətçilik ideyalarını üstün tutur. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Gənclərin vətənpərvərliyi Azərbaycanın müstəqilliyini daim gücləndirir. Məhz elə bu vətənpərvərliyini nəticəsi olaraq 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandıq. Azəbaycanın dayanıqlı inkişafının təmin edilməsində sağlam və intellektual gəncləyin rolu danılmazdır.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gənclər siyasətinin prioritetləri

Növbəti xəbər

Onun uğurlarının nəticəsi ilk növbədə Azərbaycan vətəndaşının xoş gələcəyinə hesablanıb

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər
Onun uğurlarının nəticəsi ilk növbədə Azərbaycan vətəndaşının xoş gələcəyinə hesablanıb

Onun uğurlarının nəticəsi ilk növbədə Azərbaycan vətəndaşının xoş gələcəyinə hesablanıb

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

4 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.