İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 İyul, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

3 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər son illərdə strateji əhəmiyyət kəsb edən istiqamətlərdən birinə çevrilmişdir. Bu əməkdaşlıq enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, rəqəmsal inkişaf, yaşıl enerji və regional sabitlik kimi sahələri əhatə edir.

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınır. Xüsusilə Cənub Qaz Dəhlizi və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr Avropa bazarının enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, Avropa Komissiyası Azərbaycanın iqtisadi islahatlarını, innovasiya və rəqəmsallaşma təşəbbüslərini dəstəkləyən müxtəlif proqramlar həyata keçirir. Nəqliyyat sahəsində Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yükdaşımaların sürətlənməsinə şərait yaradır və Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır. Təhsil, elm, mədəniyyət və ətraf mühitin qorunması istiqamətlərində də əməkdaşlıq genişlənməkdədir. Mövcud mərhələ tərəflər arasında qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa və uzunmüddətli maraqlara əsaslanır. Qarşılıqlı dialoqun davam etdirilməsi yeni investisiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və regional sabitliyin möhkəmlənməsinə xidmət edir.

2026-cı il 1 iyul tarixi Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanatla yadda qaldı. Ölkə başçısı bildirdi ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir. Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik.

Ölkə rəhbəri qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi. Bu baxımdan biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.

Son dövrlərdə qaz ixracının coğrafiyası daha da genişlənmiş, yeni Avropa bazarlarına çıxış imkanları yaranmışdır. Bu isə Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirmişdir. İqtisadi əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Avropa İttifaqı Azərbaycanın qeyri-neft sektorunun inkişafı, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, yaşıl enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və Orta Dəhlizin inkişafı istiqamətlərində də mühüm tərəfdaşdır. Xəzər dənizi vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında yaradılan yeni nəqliyyat marşrutları Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, Avropa İttifaqının qlobal tədarük zəncirlərinin şaxələndirilməsinə də mühüm töhfə verir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, ölkəmizin ən iri investorlarından biridir. Qarşılıqlı etimad, iqtisadi sabitlik və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində qurulan bu münasibətlər hər iki tərəfin strateji maraqlarına cavab verir. Enerji təhlükəsizliyi, investisiyalar, ticarət dövriyyəsinin artması, yaşıl enerji və nəqliyyat layihələri Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyini göstərən əsas amillərdir. Prezident İlham Əliyevin qeyd etdiyi faktlar göstərir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, ölkəmizin iqtisadi inkişafında, enerji ixracının genişlənməsində və xarici investisiyaların cəlb edilməsində aparıcı mövqeyə malikdir. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Aİ ölkələri ilə həyata keçirilməsi, birbaşa xarici investisiyaların təxminən 70 faizinin Avropa mənbəli olması, Avropa İttifaqına təbii qaz ixracının təxminən 65 faiz artması və Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi bu strateji tərəfdaşlığın iqtisadi və geosiyasi əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

3 saat əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

7 saat əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Azərbaycanın sülh diplomatiyası

8 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Avropa İttifaqı ilə diplomatik münasibətlərdə yeni dinamika

9 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Rəqəmsal transformasiya Azərbaycanın dayanıqlı inkişafında əsas istiqamətlərdəndir

20 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bu islahatların mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin daha əlçatan, şəffaf və operativ formada vətəndaşlara təqdim edilməsidir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

3 saat əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

7 saat əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Azərbaycanın sülh diplomatiyası

8 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Avropa İttifaqı ilə diplomatik münasibətlərdə yeni dinamika

9 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.