İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Oktyabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Astanadan dünyaya verilən həmrəylik mesajı

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib”

Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü bir daha türk birliyini ortaya qoydu. Bu tədbir göstərdi ki, Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin birliyində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bu məqamı xüsusi vurğuladı. Azərbaycan Prezidenti Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”. Təxminən ötən 30 il müddətində Türk Dövlətləri Təşkilatı bir təşkilat kimi əhəmiyyətli şəkildə inkişaf edib. Təşkilat türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və başqa sahələrdə əlaqələrin inkişafında önəmli rol oynayır. Türk Dövlətləri Təşkilatının digər mötəbər təşkilatlarla əlaqələri genişlənir. Bununla təşkilatın siyasi çəkisi də artmış olur. Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlərdə türk düyasının zəngin mədəni irsi tədqiq olunur, maddi və mənəvi dəyərlərimiz dünya səviyyəsində tanıdılır. Türk Dövlətləri Təşkilatının müxtəlif orqanları da uğurla fəaliyyət göstərir. Türk dövlətləri bir sıra sahələr üzrə birgə fəaliyyət göstərir. Bu da türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini daha möhkəmləndirir.

Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə qəbul olunan  Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi türk düyası üçün önəm daşıyan sənəddir. Əlbəttə ki, türk dövlətləri prezidentlərini bir arada görmək hər bir türkü qürurlandırır. Türk dövlət rəhbərlərinin Astanada toplanması və birgə şəkil çəkdirmələri gözlədiyimiz tablo idi. Elə Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü məhz bu birliyə xidmət edən tədbir idi. Bu, həm də türk dövlətlərinin dünyaya verdiyi həmrəylik mesajıdır.

Türk dövlətlərinin birliyinin və əməkdaşlığının daha da güclənməsi üçün görüləsi çox işlər var. Bu gün türk ölkələri xalqları bir-birilərinin tarixindən, mədəniyyət və incəsənətindən, kulinariyasından xəbərsizdirlər, yaxud da kifayət qədər məlumatlara malik deyillər. Elə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin mükəmməl turizm  imkanları var. İstər təbii, istər tarixi mənzərələri görmək bütün üzv ölkələri insanında böyük maraq oyadar. Fikrimizcə, öncə turizm sahəsində böyük güzəştli imkanlar yaradılmalı, vizalar və digər əngəllər qaldırılmalı, bir türk insanı bəyəndiyi hər hansı türk ölkəsində istədiyi sahədə iş qurmaq çətinliyi olmamalıdır. Eyni zamanda türk dövlətlərini birləşdirən bir təhsil müəssisəsi yaradılmalı və bütün türk dövlətlərində bu universitetin filialı açılmalıdır. Təhsil 5 il, hər kursu bir ölkədə olmaqla tədris edilməlidir. Fikrimcə, belə bir addım öz bəhrəsini mütləq verəcək.

Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin birliyində əhəmiyyəti böyükdür. Türk xalqlarının dövlətlərinin birliyində TDT başda ticarət olmaqla, bir çox sahələrdə böyük önəm daşıyır. İnanırıq ki, qısa zamanda Avropa Birliyi kimi Türk Birliyi qurulacaq. Ən əsası isə ölkələr arasındakı var olan körpülərin daha da möhkəmləndirilməsi ilə bərabər, yeni körpülər də qurulacaq.

Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin güclənməsinə hər zaman öz töhfəsini verir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının Azərbaycanda da zirvə görüşləri keçirilib. Prezident İlham Əliyevin dediyi kimi, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının ilk zirvə görüşü 1992-ci ildə Ankarada keçirlib. 2009-cu ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib. Prezidentlər IX zirvə görüşünün yekunu olaraq Naxçıvan bəyannaməsini imzalamışdılar. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq, türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Türk dünyasına açılan qapının açarı, sadəcə, Azərbaycandır.  Həmçinin bu qapının olduğu yer də Azərbaycandır. Məhz bu səbəbdən Azərbaycan da Türk Dövlətləri Təşkilatının toplantılarına ev sahibliyi etmişdir.

Türk Dövlətləri Təşkilatının ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar və s. sahələrdə əlaqələrin inkişafında bundan sonra böyük rola sahib olacağına inanırıq. Ən əsası isə var olan əlaqələr daha da möhkəmlənəcək. Tanrı türk millətini qorusun və ucaltsın!

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Türk dünyasının əməkdaşlıq mərkəzi – Azərbaycan

Növbəti xəbər

Müşfiq Səfərov: İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

5 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

5 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Sosial

TDT-nin artan nüfuzu

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Cəbrayılın inkişaf perspektivləri

3 həftə əvvəl
Parlaq qələbələr
Sosial

Heydər Əliyev irsi – müasir Azərbaycanın təməli

3 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Enerji diplomatiyasının zəfəri

3 həftə əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Müşfiq Səfərov: İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

15 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.