İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyun, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Artıq Ermənistanın sülh sazişi imzalamasının vaxtı çatıb – AÇIQLAMA

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın qarşısındakı əsas hədəfi Cənubi Qafqaz bölgəsini sülh, əmin-amanlıq, sıx inteqrasiya olunmuş inkişaf etmiş bir bölgəyə çevirməkdir.

Bunu Ölkə.Az-a açqılamasında deputat Şahin İsmayılov deyib.

 

Onun sözlərinə görə, 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında suveren hüquqlarını bərpa edən Azərbaycanın yürütdüyü siyasətin ana xəttini Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq təşkil edir. “Bu gün Azərbaycanın Gürcüstanla çox sıx əlaqələri mövcuddur və bu əlaqələr strateji tərəfdaşlıq münasibətləri ilə xarakterizə olunur. İki ölkə arasında münasibətlər dinamik olaraq inkişaf edir və əlaqələrin inkişafı, dərinləşməsi təkcə iki ölkənin davamlı inkişafına deyil, eyni zamanda digər ölkələrlə də əlaqələrin inkişafına öz töhfəsini verir. Bu məqsədlə də davamlı olaraq hər iki ölkənin ən yüksək səviyyəli rəhbərlərinin qarşılıqlı səfərləri həyata keçirilir. Ən sonuncu Azərbaycan Prezidenti oktyabrın 8-də Gürcüstanda səfərdə olub. Azərbaycan Prezidentinin səfəri ənənəvi xarakter daşısa da, lakin son səfəri regionun gələcək əməkdaşlıq formatı baxımdan çox  böyük əhəmiyyət  kəsb edir. Xüsusən də cənab Prezidentin Cənubi Qafqazda dayanıqlı sülhün, əməkdaşlığın formalaşması istiqamətində verdiyi mesajlar çox mühüm əhəmiyyət daşıyır”, – o qeyd edib.

Deputat əlavə edib ki, cənab Prezidentin bu səfərini həm də ümumi Qafqaz bölgəsində dayanıqlı sülhün yaranması və gələcək inkişafı istiqamətində atılan ciddi addım kimi dəyərləndirilməlidir:

“Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində yürütdüyü siyasətin qayəsini təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafı, sülhün, sabitliyin, təhlükəsizliyin, inkişafın və sıx inteqrasiya olunmuş əməkdaşlığın bərqərar olması təşkil edib. Bu ötən 20 il ərzində Azərbaycan Prezidenti yürütdüyü uzaqgörən siyasəti ilə  addım-addım nail olub. Onun liderliyi altında istər ölkə daxilində, istərsə də bölgədə həyata keçirilən transmilli layihələr nəticə etibarı ilə bütövlükdə regionun inkişafına, regionlararası əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib.

Artıq Ermənistanın da mövcud reallığı dəyərləndirib sülh sazişi imzalamasının vaxtı çatıb. Lakin çox təəssüflər  olsun ki, Ermənistan hələ də mövcud vəziyyəti dəyərlndirib sülh sazişini imzalamaqdan yayınır.

Azərbaycan  Prezidenti hətta Tbilisiyə son səfərində istər ikitərəfli, istərsə də region ölkəsi olaraq Gürcüstanın iştirakı ilə üçtərəfli formatda görüşün keçirilməsini də təklif etdi.  Lakin buna baxmayaraq biz hələ də qarşı tərəfdən müsbət reaksiya görmürük. Azərbaycan hələ 44 günlük müharibədən sonra region ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq təklif edib. Ermənistan hər vasitə ilə bütün bu əməkdaşlıqdan və sülhdən yayınır. Amma Ermənistan onu da unutmamalıdır ki, bu sülh ilk növbədə onun özünə lazımdır. Sülh olarsa Ermənistan nəhayətində uzun illər bpyunca üzləşdiyi siyasi, sosial-iqtisadi böhranlardan xilas ola bilər.  Sülhün olmaması isə Ermənistandakı mövcud böhranın daha da dərinləşməsinə, xaosa, yeni-yeni təhlükələrə, itkilərə  sürükləyir ki, bu da nəticə etibarı ilə Ermənistan dövlətçiliyini, o cümlədən regonun təhlükəsziliyini təhdid  altında qoyur. Ona görə də Ermənistan vaxt itirmədən vəziyyəti dəyərləndirib, buna adekvat addım atmalıdır. Gecikən sülhün isə Ermənistan elə də faydası olmayacaq”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Erməni vandalizminin təzahürləri

Növbəti xəbər

Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfəsi

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

3 həftə əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

5 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

6 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

8 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

8 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

8 ay əvvəl
Növbəti xəbər
Cəbrayıla həyat qayıdıb

Şuşa Bəyannaməsinin İƏT çərçivəsində əməkdaşlığın inkişafına töhfəsi

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

“Üç Qardaş” – Yeni geosiyasi model

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

1 gün əvvəl
Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir
Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

2 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.