İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Avqust, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ana dilimizi qorumaq üçün atılan böyük addımlar

2 həftə əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur”

Azərbaycan xalqının milli kimliyini, mədəni varlığını və tarixi yaddaşını yaşadan əsas amillərdən biri ana dilidir. Ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın ruhunun, düşüncə tərzinin, ədəbi və mənəvi dünyasının daşıyıcısıdır. Bu baxımdan, ana dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili səviyyəsinə yüksəldilməsi hər bir xalq üçün strateji və taleyüklü məsələdir. Azərbaycanın müasir tarixində bu istiqamətdə ən mühüm və qətiyyətli addımların müəllifi isə Ulu Öndər Heydər Əliyev olmuşdur.

SSRİ dövründə rus dilinin dominantlığı şəraitində ittifaq respublikalarının yerli dilləri sıxışdırılır, dövlət idarəçiliyində və ictimai həyatda rus dili üstün mövqe tuturdu. Belə bir şəraitdə Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi son dərəcə mürəkkəb və həssas məsələ idi. Ulu Öndər Heydər Əliyev bu məsələdə daim prinsipial və cəsarətli mövqe nümayiş etdirmiş, xalqın milli-mənəvi dəyərlərinin qorunmasına çalışmışdır.

1970-ci illərdə Azərbaycan SSR-də rəhbər vəzifəyə gəldikdən sonra Heydər Əliyev ana dilinin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm təşəbbüslərlə çıxış etdi. O, təhsil müəssisələrində Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetirdi, dövlət idarəçiliyində, mətbuatda və ictimai həyatda bu dilin daha geniş istifadə olunmasına şərait yaratdı. Ulu Öndərin ana dilinə olan xüsusi münasibətinin bariz nümunəsi 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyasıdır. O dövrdə Sovet İttifaqında belə bir təşəbbüs çox nadir və cəsarətli addım hesab olunurdu. Çünki mərkəzi hakimiyyət rus dilini ümumi ünsiyyət vasitəsi kimi tanıyır, yerli dillərin hüquqlarını məhdudlaşdırmağa çalışırdı.

Lakin Heydər Əliyevin prinsipiallığı nəticəsində 1978-ci il Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəası yer aldı. Bu, təkcə hüquqi sənəd deyildi, həm də milli şüurun formalaşması, milli özünüdərk prosesinin sürətlənməsi baxımından böyük tarixi hadisə idi. Ulu Öndər həmin dövrdə açıq şəkildə bildirirdi ki, hər bir vətəndaşın ana dilində təhsil almaq hüququ təmin olunmalıdır. O, SSRİ Konstitusiyası barədə danışarkən də bu məsələyə xüsusi önəm verərək demişdi: “Bu Konstitusiya vətəndaşlara təhsil hüququ verir. Bu hüquq isə ana dilində oxumaq imkanı ilə təmin olunmalıdır.”

Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. O, milli dövlət quruculuğu prosesində dil siyasətini prioritet istiqamətlərdən biri elan etdi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Konstitusiyanın 21-ci maddəsində açıq şəkildə qeyd olunur ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan dövləti Azərbaycan dilinin inkişafını təmin edir.”

Ulu Öndərin təşəbbüsü ilə dövlət dili sahəsində normativ-hüquqi baza gücləndirildi. 2001-ci il 18 iyun tarixində “Dövlət dili haqqında” Qanun qəbul edildi və bu sənəd Azərbaycan dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Həmçinin, Ulu Öndərin Sərəncamı ilə 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu. Bu, milli dəyərlərə verilən önəmin növbəti təsdiqi idi. Heydər Əliyev gənclərin və ziyalıların milli dəyərlər uğrunda səfərbər olunmasına böyük önəm verirdi. O, dəfələrlə vurğulayırdı ki, xalqın gələcəyi gənclərin milli-mənəvi dəyərlərə, o cümlədən ana dilinə bağlılığından asılıdır. Ulu Öndər bildirirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”. Bu sözlər təkcə bir siyasi liderin deyil, həm də xalqının tarixinə və taleyinə dərindən bələd olan bir müdrik şəxsiyyətin düşüncələrinin ifadəsidir.

Ulu Öndər Heydər Əliyevin ana dilimizə göstərdiyi qayğı, onun dövlətçilik siyasətinin əsas dayaqlarından biri olmuşdur. Bu siyasi irs bu gün Prezident İlham Əliyev tərəfindən dönmədən davam etdirilir. Dövlət başçısı Azərbaycan dilinin qorunması, təbliği və zənginləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul etmiş, ardıcıl tədbirlər həyata keçirmişdir.

Prezident İlham Əliyev dəfələrlə ana dilinin milli kimliyimizin təməli olduğunu vurğulayaraq bildirir ki: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. Bu prinsipə uyğun olaraq, Prezidentin imzaladığı sərəncam və fərmanlar nəticəsində Azərbaycan dili ilə bağlı hüquqi baza daha da gücləndirilmiş, dilin düzgün istifadəsi və normativliyinin təmin olunması istiqamətində tədbirlər genişləndirilmişdir. 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dil siyasətinin daha da təkmilləşdirilməsi haqqında” Sərəncam bu sahədə yeni mərhələnin əsasını qoymuşdur. Həmçinin dilin tədrisi sahəsində də ciddi islahatlar aparılır. Təhsil müəssisələrində Azərbaycan dili dərslərinin keyfiyyəti artırılmış, dilin düzgün və mənalı istifadəsinə yönəlik yeni proqramlar hazırlanmışdır. Medianın, reklamların və rəsmi sənədlərin dilinin normativ şəkildə işlədilməsi üçün müvafiq nəzarət mexanizmləri gücləndirilmişdir.

Prezident İlham Əliyev həm də Azərbaycan dilinin beynəlxalq səviyyədə tanıdılması, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər, xüsusilə dil birliyi ətrafında birləşdirilməsi istiqamətində uğurlu addımlar atmışdır. Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə daxilində və xaricdə keçirilən mədəni tədbirlərdə Azərbaycan dili və mədəniyyəti əsas mövzulardan biri kimi çıxış edir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dili ilə bağlı formalaşdırdığı dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimiz həm ölkə daxilində, həm də beynəlxalq arenada milli kimliyimizi ifadə edən əsas dəyər kimi qorunur və inkişaf etdirilir. Bu ardıcıl və milli təməlli siyasət sayəsində Azərbaycan dili bu gün güclü və müstəqil dövlətin rəsmi dili kimi öz tarixi missiyasını davam etdirir.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir

Növbəti xəbər

Azərbaycan dilinə verilən davamlı dövlət qayğısı

Əlaqədar Xəbərlər

Bu, təsadüfi addım deyil…
Gündəm

Bu, təsadüfi addım deyil…

1 gün əvvəl
Üzeyir Mustafayev: “Sülh Sazişin paraflanmış mətni prinsipial mövqenin və diplomatik qalibiyyətin təcəssümüdür”
Gündəm

Üzeyir Mustafayev: “Sülh Sazişin paraflanmış mətni prinsipial mövqenin və diplomatik qalibiyyətin təcəssümüdür”

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Cənubi Qafqazda sülhün yeni səhifəsi

2 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Müşfiq Səfərov: Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir

3 gün əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Prezident İlham Əliyev Dünya Lideridir!

3 gün əvvəl
Növbəti xəbər
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

Azərbaycan dilinə verilən davamlı dövlət qayğısı

Bu, təsadüfi addım deyil…
Gündəm

Bu, təsadüfi addım deyil…

1 gün əvvəl
Üzeyir Mustafayev: “Sülh Sazişin paraflanmış mətni prinsipial mövqenin və diplomatik qalibiyyətin təcəssümüdür”
Gündəm

Üzeyir Mustafayev: “Sülh Sazişin paraflanmış mətni prinsipial mövqenin və diplomatik qalibiyyətin təcəssümüdür”

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sülh və əməkdaşlığa aparan yol

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Cənubi Qafqazda sülhün yeni səhifəsi

2 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Müşfiq Səfərov: Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.