İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Sentyabr, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu gün, biz azad edilmiş torpaqlarda yaşayırıq

2 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Artıq, işğaldan azad olunmuş tarixi ərazilərimizdə yeni həyat başlayır, sakinlər öz doğma yurd-yuvalarına qayıdırlar. Müstəqil Azərbaycan dövləti Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır. Azərbaycan xalqına məxsus hər bir qarış torpağımızda xalqımızın tarixi keçmişindən gələn ənənələrə, dəyərlərə və dini məbədlərimizin bərpasına ciddi önəm verilir. Dağıdılmış şəhərlərimizdə, kəndlərimizdə böyük quruculuq və abadlıq işləri aparılır. Görülən işlər, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasını təmin edir və bu prosesin davam etdirilməsi planlaşdırılır. Bu, həmçinin, Ermənistanın Vətən müharibəsindən düzgün nəticə çıxarmamasının və qanunsuz silahlı birləşmələrini Azərbaycan torpaqlarında saxlamaq cəhdlərinin qarşısını almaq üçün zəruri addımların atıldığını göstərir. Sözsüz ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquq çərçivəsində bərpa etmişdir. Ölkə Prezidenti, cənab İlham Əliyev Azərbaycanın bütün qərar və addımlarının beynəlxalq hüquqa əsaslandığını, eləcə də, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin öz gücü ilə bərpa edildiyini qeyd etmişdir. Bu, Azərbaycanın münaqişəni həll etmək üçün hərbi yolu seçməsinin beynəlxalq hüququn və xalqın əyilməz ruhunun təntənəsi olduğunu göstərir. Bu gün, müstəqil Azərbaycan dövləti dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir və Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Yürüdülən bu müstəqil siyasət, iqtisadi inkişaf və milli birlik üzərində qurulmuşdur. Bu yolda atılan hər addım isə, təbii ki, ölkənin daha parlaq gələcəyə doğru irəliləməsinin təminatıdır.

Müstəqil Azərbaycan dövləti daim bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edir. Müstəqil siyasətimizi, uğurlarımızı, hazırkı dövrdə tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən qüvvələr,  Azərbaycana qarşı əsassız təbliğatları getdikcə gücləndirir, bizə qarşı ideoloji təxribatları davam etdirlər. Şübhəsiz ki, sözügedən proseslərin bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Əsas meyar ölkələrin  suverenliyimizin bərpasına olan münasibətidir.   Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə media məkanımızda istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları isə, göz qabağındadır. Öz işğalçılıq siyasəti ucbatından bu günədək bütün  layihələrdən kənarda qalan Ermənistanın iqtisadi durumu ona havadarlıq edən dövlətlərə yaxşı məlumdur. Bu vəziyyət, onlara Ermənistandan maraqlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə etmələrinə imkanlar yaradır. Müstəqilliyi formal xarakter daşıyan bir ölkənin bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi qaçılmazdır. Vətən müharibəsində, məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Vaxt uzatma taktikası və digər məqamlar onu deməyə əsas verir ki, Ermənistan, əslində sülh istəmir, əksinə,  vaxt uzatmaq və bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Bütün bunlara baxmayaraq, müstəqil siyasət yürüdən qalib Azərbaycan dövləti öz dəyişməz mövqeyində qalmaqdadır…

 

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

Növbəti xəbər

Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

2 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır

2 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu 

5 saat əvvəl
Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.
Gündəm

Bu cür yanaşma Ermənistan ictimai-siyasi məkanında hələ də kök salmış köhnə stereotiplərin və revanşist təfəkkürün tam aradan qalxmadığını göstərir.

1 gün əvvəl
Anar İrzaquluyev: Ermənistanın bu səfərə münasibəti qəbuledilməzdir
Gündəm

Anar İrzaquluyev: Ermənistanın bu səfərə münasibəti qəbuledilməzdir

1 gün əvvəl
Deputat: ”Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur”
Gündəm

Deputat: ”Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur”

1 gün əvvəl
Növbəti xəbər
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib

Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib

Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
Dünya

Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib

2 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Bu gün, biz azad edilmiş torpaqlarda yaşayırıq

2 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır

2 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır

2 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

İslam dünyasına qarşı çağırışlar və birlik mesajı

5 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.