İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ermənistanın həqiqətə dözümsüz olduğunu nümayiş etdirir

2 saat əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə hər zaman müstəqil xarici siyasət yürüdən Azərbaycan heç vaxt kənar qüvvələrin öz daxili işlərinə müdaxiləsinə yol verməyib. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren əraziləridir. Azərbaycan öz ərazisində akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin səfərlərini təşkil edir, həyata keçirilən bərpa və quruculuq işlərini, tarixi-mədəni abidələrini nümayiş etdirir.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, xarici diplomatların erməni işğalından azad olunmuş torpaqlarımıza növbəti səfərinin Ermənistanda bəzi revanşist dairələr tərəfindən aqressiv ritorika ilə qarşılanması ciddi suallar doğurur.

“Təbii ki, ilk sual doğuran məqam Ermənistan cəmiyyətinin müəyyən hissəsinin postmünaqişə dövründə yaranmış yeni reallıqları nə dərəcədə qəbul etməyə hazır olması ilə bağlıdır. İşğaldan azad olunmuş ərazilərə diplomatik korpusun səfərləri bir daha göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər.

Ermənistan cəmiyyəti də bu reallığı qəbul etməlidir. Lakin son baş verənlər Ermənistanın həqiqətə dözümsüz olduğunu aydın şəkildə nümayiş etdirir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyırsa, Azərbaycan ərazisində xarici diplomatların haraya səfər etməsi İrəvanda siyasi və ictimai müzakirə predmetinə çevrilməməlidir.

Ermənistanda başa düşməlidirlər ki, sülh həm də onun yaratdığı siyasi və hüquqi reallığın cəmiyyət tərəfindən qəbul olunmasını tələb edir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, digər tərəfdən xarici diplomatların Qarabağa səfərinə etiraz etmək bu iki yanaşma arasında açıq ziddiyyət yaradır. Hesab edirəm ki, bu ziddiyyət Ermənistan hakimiyyətinin üzərinə ciddi məsuliyyət qoyur.

Bu gün Cənubi Qafqazda uzunmüddətli sülhün sosial və siyasi əsaslarını formalaşdırmaq qarşıda duran əsas vəzifədir. Baş verənlər göstərir ki, Ermənistan cəmiyyətində əsaslı transformasiya baş verməlidir. Azərbaycanın suverenliyi yalnız rəsmi bəyanatlarla yanaşı, siyasi düşüncədə və ictimai münasibətdə də qəbul olunmalıdır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: ”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”

Növbəti xəbər

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

Əlaqədar Xəbərlər

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

13 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

2 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

6 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

6 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

1 həftə əvvəl
Növbəti xəbər
Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

2 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Ermənistanın həqiqətə dözümsüz olduğunu nümayiş etdirir

2 saat əvvəl
Deputat: ”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
Gündəm

Deputat: ”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”

13 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

2 gün əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.