İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Sentyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
31 iyul 1997-ci il İlham Əliyev ilk dəfə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bu qərarla ölkədə Olimpiya hərəkatının sistemli inkişafına hesablanmış uzunmüddətli strategiyanın əsası qoyuldu.
1990-cı illərin ortalarında mövcud olan mürəkkəg geosiyasi şəraitdə idman yalnız yarışlarda iştirak və medal qazanmaq vasitəsi kimi deyil, ölkənin beynəlxalq nüfuzunun artırılması, sağlam həyat tərzinin təşviqi və vətənpərvər gənc nəslin formalaşdırılması istiqamətində mühüm dövlət siyasəti kimi müəyyənləşdirildi.
Bu yanaşma qısa müddətdə real nəticələr verdi. Azərbaycanın müxtəlif bölgələrində müasir Olimpiya İdman Kompleksləri tikildi, idman federasiyalarının fəaliyyəti gücləndirildi, milli komandaların hazırlıq sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı, idmançılara göstərilən dövlət dəstəyi genişləndirildi. Artıq 2000-ci illərin əvvəllərində Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq Olimpiya ailəsinin nüfuzlu üzvlərindən birinə çevrilərək digər ölkələr üçün uğurlu idarəetmə modeli kimi təqdim edilməyə başladı.
Sonrakı illərdə bu siyasət Azərbaycanın idman uğurlarını daha da genişləndirdi. Olimpiya Oyunlarında qazanılan medalların sayı artdı, dünya və Avropa çempionları yetişdi. Azərbaycan eyni zamanda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi mötəbər yarışları yüksək səviyyədə təşkil etməklə beynəlxalq idman təşkilatlarının etibarlı tərəfdaşı statusunu qazandı.
Prezident İlham Əliyev Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlarla bağlı bildirib: “Biz güclü idman dövlətləri arasındayıq. Bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür.”
Bu fikir ötən 29 ildə həyata keçirilən dövlət siyasətinin nəticəsini aydın şəkildə ifadə edir. Bu gün idman ölkənin beynəlxalq nüfuzunun, sosial inkişafının və müasir dövlət idarəçiliyinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.
Azərbaycanın idman sahəsində qazandığı uğurlar beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artırdığı kimi, təəssüf ki, bəzi qərəzli dairələrin narahatlığına da səbəb olur. Bəzən idmançıların fərdi qərarları məqsədli şəkildə siyasiləşdirilir, Azərbaycanın idman sahəsində əldə etdiyi sistemli nailiyyətlərə kölgə salmağa cəhd göstərilir. Halbuki on minlərlə gəncin idmana cəlb olunması, müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışların uğurla təşkili və idmançılarımızın qazandığı uğurlar ölkədə həyata keçirilən ardıcıl dövlət siyasətinin real nəticələridir.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi şəxslər və qruplar bu uğurların təbliği, gənclər üçün sağlam nümunələrin təşviqi əvəzinə, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə xidmət edən kampaniyalarda iştirak etməyə üstünlük verirlər. Belə yanaşma Azərbaycan idmanına, ölkənin milli maraqlarına xidmət etmir. İdman siyasətinin yaratdığı uğurları kölgədə qoymağa çalışan bu cəhdlər Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzu dəyişmir. Çünki ölkənin idman sahəsində əldə etdiyi nəticələr konkret faktlar, rekordlar və beynəlxalq yarışlarda qazanılmış uğurlarla təsdiqlənir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə Azərbaycan idmanına yeni məsuliyyət gətirdi. Bu gün beynəlxalq yarışlarda çıxış edən idmançılar qalib xalqı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövləti təmsil edirlər. Üçrəngli bayrağın beynəlxalq arenalarda yüksəlməsi və Dövlət Himnimizin səslənməsi həm də Azərbaycanın müasir gücünün və milli qürurunun rəmzinə çevrilib.
Prezident İlham Əliyevin “Biz qalib xalqıq, qalib dövlətik və bundan sonra əbədi yaşayacağıq” fikri idman sahəsində də yeni vəzifələr müəyyənləşdirir. Qalib ölkənin idmançısı olmaq həm də Azərbaycanın nüfuzunu, qalib xalqın iradəsini və dövlətçilik ənənələrini beynəlxalq arenalarda layiqincə təmsil etmək deməkdir.
Bu gün Azərbaycan idmançılarının qazandığı hər medal ölkənin beynəlxalq nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və dövlətimizin müasir simasının tanıdılmasına xidmət edir. Məhz buna görə də cəmiyyətin bütün təbəqələrinin ölkənin uğurlarını obyektiv şəkildə qiymətləndirməsi, gənc nəslə müsbət örnəkləri təqdim etməsi və Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə töhfə verməsi xüsusi əhəmiyyət daşıyır.
31 iyul 1997-ci ildə əsası qoyulan inkişaf strategiyası özünü tam doğruldub. Azərbaycan Olimpiya hərəkatı beynəlxalq idman ailəsinin nüfuzlu hissəsinə çevrilib, ölkəmiz isə idman sahəsində həm qalib, həm də etibarlı tərəfdaş kimi tanınır. Bu nailiyyətlər göstərir ki, dövlətin idmana göstərdiyi ardıcıl diqqət və qayğı Azərbaycanın gələcək uğurlarının da möhkəm təməlini formalaşdırır.
Milli Məclisin deputatı Könül Nurullayeva
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Sən guya anlamırsan ki…” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

Növbəti xəbər

Azərbaycan Mərkəzi Asiya regionunda yeni əməkdaşlıq arxitekturasının formalaşmasında yaxından iştirak edir

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

19 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

5 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

5 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

1 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Növbəti xəbər
Azərbaycan Mərkəzi Asiya regionunda yeni əməkdaşlıq arxitekturasının formalaşmasında yaxından iştirak edir

Azərbaycan Mərkəzi Asiya regionunda yeni əməkdaşlıq arxitekturasının formalaşmasında yaxından iştirak edir

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

19 saat əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

2 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

3 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

4 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.