İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 İyul, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

TRIPP layihəsi regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək

3 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Cənubi Qafqazda formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar regionun nəqliyyat-kommunikasiya xəritəsini yenidən gündəmə gətirib. Son dövrlər Ermənistanın Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpası ilə bağlı açıqlamaları, Orta Dəhlizin strateji əhəmiyyətinin artması, Zəngəzur dəhlizi və TRİPP marşrutu ətrafında aparılan müzakirələr regional inteqrasiyanın perspektivlərini bir daha ön plana çıxarır. Ekspertlər hesab edirlər ki, bu layihələrin reallaşması təkcə nəqliyyat əlaqələrinin genişlənməsi deyil, həm də regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, tranzit imkanları və Cənubi Qafqazın qlobal logistika sistemində mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra ölkəmizdə bütün sahələrlə yanaşı, media da yeni inkişaf və beynəlxalq inteqrasiya mərhələsinə qədəm qoyub. Milli jurnalistikamız 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində nümayiş etdirdiyi peşəkarlıqla mühüm sınaqdan çıxaraq daha da möhkəmlənib, yeni keyfiyyətlər qazanıb və beynəlxalq informasiya məkanında mövqeyini gücləndirib. Məhz bu yeni mərhələdə Azərbaycanın informasiya siyasətinin qlobal miqyasda təqdim olunmasına xidmət edən mühüm təşəbbüslərdən biri də artıq ənənəyə çevrilən Şuşa Qlobal Media Forumudur.

İyulun 13-də işə başlayan IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndəsi, 60-dan artıq media qurumu, habelə bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat təmsil olunur. Bu geniş iştirak forumun beynəlxalq nüfuzunun ildən-ilə artdığını, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir.

Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib, forum iştirakçılarının suallarını cavablandıraraq qlobal gündəmdə duran mühüm məsələlərə dair ətraflı fikirlərini bölüşüb. Dövlət başçısına ünvanlanan suallar, əsasən, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri, Cənubi Qafqazda regional əməkdaşlığın gələcək istiqamətləri, Zəngəzur dəhlizi layihəsinin icrası, eləcə də beynəlxalq gündəmdə mühüm yer tutan digər aktual mövzuları əhatə edib. Prezident qlobal siyasi proseslər, bəzi ölkələrdə azsaylı xalqlara qarşı ayrı-seçkilik halları, Fransanın neokolonial siyasətinin nəticələri, beynəlxalq münasibətlər sistemində müşahidə olunan çağırışlar, dünyada davam edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini açıqlayaraq mühüm siyasi mesajlar verib.

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevlə media nümayəndələri arasında əsas müzakirə mövzularından biri Cənubi Qafqazda sülh, təhlükəsizlik və yeni əməkdaşlıq perspektivləri olub. Dövlətimizin başçısı Azərbaycanın bölgədə dayanıqlı sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın qətiyyətli tərəfdarı olduğunu vurğulayaraq ölkəmizin bu istiqamətdə nümayiş etdirdiyi ardıcıl, prinsipial və konstruktiv mövqeni bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu yanaşma fonunda son bir ildə Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan müsbət dinamika xüsusi diqqət çəkir. Ötən il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdən sonra ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi dialoqun intensivləşməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi, regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın möhkəmlənməsi tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir. Paralel olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişlər, sülh gündəliyinin ardıcıl şəkildə təşviqi və regionda kommunikasiyaların bərpasına yönəlmiş təşəbbüslər də Vaşinqtonun dəstəklədiyi əsas istiqamətlər sırasında yer alır.

Ümumilikdə, Şuşa Qlobal Media Forumu Azərbaycanın regional və qlobal miqyasda həyata keçirdiyi əməkdaşlıq siyasətinin əsas istiqamətlərinin təqdim olunduğu nüfuzlu beynəlxalq platforma kimi öz mövqeyini daha da möhkəmləndirir. Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan dəyişən dünya nizamında milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, sülhün, sabitliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən təşəbbüslərlə çıxış edir. Respublikamız enerji və nəqliyyat layihələri ilə yanaşı, siyasi dialoq, regional inteqrasiya və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri vasitəsilə də Avrasiyanın mühüm bağlantı mərkəzlərindən biri kimi mövqeyini gücləndirir. Etibara, qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir.

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır

Növbəti xəbər

“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”

Əlaqədar Xəbərlər

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Şahin İsmayılov: Şuşa Forumu beynəlxalq media məkanında nüfuzlu platformalardan birinə çevrilib

2 saat əvvəl

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır

3 saat əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Heydər Əliyevə pislik etmək istəyənlərin bir qismi zaman-zaman bu parlamentdə oturub”

20 saat əvvəl
Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
Gündəm

Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

2 gün əvvəl
Beyləqanda “14 iyul 1969-cu il – Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib
Gündəm

Beyləqanda “14 iyul 1969-cu il – Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib

2 gün əvvəl
Növbəti xəbər
“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”

“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Şahin İsmayılov: Şuşa Forumu beynəlxalq media məkanında nüfuzlu platformalardan birinə çevrilib

2 saat əvvəl
“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”
Gündəm

“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”

3 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

TRIPP layihəsi regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır

3 saat əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Heydər Əliyevə pislik etmək istəyənlərin bir qismi zaman-zaman bu parlamentdə oturub”

20 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.